Son xəbərlər

“Azəri Layt” markalı neftin qiymətində artım davam edəcək. Bu, ilin sonu üçün normal tendensiyadır.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli dünya birjalarında neft qiymətlərinin hazırkı vəziyyəti və “Azəri Layt” markalı neftin bahalaşması haqda danışarkən deyib.

Onun sözlərinə görə, hazırda dünya birjalarında neft qiymətləri sabitdir:

“Bəzi hallarda cüzi artım müşahidə edilir. “Brent” markalı neftin bir barreli ötən günlərlə müqayisədə cüzi ucuzlaşsa da, artıq yüngül neftin artımı müşahidə olunur. “Azəri Layt” markalı neftin bir barreli isə 52 dolları keçib.

Ümumiyyətlə, böyük tender kampaniyaları və fyuçers şirkətləri bahalaşmada maraqlıdır. İlin sonudur deyə, növbəti ilin fyuçerslərinə tələbatı artırmaq üçün qiymətlərdə süni artıma yol verilir”.

Ekspert deyib ki, dünya birjalarında neft qiymətlərinin artmasının digər səbəbi vaksinasiya işlərinin başlamasıdır:

“Pandemiya əleyhinə vaksinlərin tətbiq edilməsi də qiymət artımlarını stimullaşdırır. Yəni vaksinlərin tətbiqinə görə karantin tədbirlərinin yumşaldılacağı ehtimal edilir. Bu da öz növbəsində neft qiymətlərinə təsirsiz ötüşmür.

Hazırkı durumu qısa perspektivdə müsbət saymaq olar, lakin növbəti il üçün artımın olması gözlənilmir. Yəni qiymətlərin sabitləşməsi, cüzi ucuzlaşma müşahidə olunacaq. Nəzərə alsaq ki, İran da yenidən bazara qayıdır və bu da bazarda xam neft bolluğunun yaşanacağı deməkdir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirilir.

Nazirlikdən Axar.az-a bildirilib ki, Fond 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən artıq 1300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin – Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin gəlirləri artıb.

Axar.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 1,6 faiz artaraq 1 milyard 996,1 milyon manat təşkil etmişdir ki, onun da 73,3 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 42,1 faizi və ya 840,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Yeni il ərəfəsində Bank Respublika “20+21” kredit kampaniyasına start verir

 

Yeni il ərəfəsində hər birimiz müxtəlif planlar qurub, ürəyimizdə arzu tuturuq. İndi ən cəsarətli arzularınızı gerçəkləşdirmək və hədəflərinizə çatmaq daha asan olacaq. Belə ki, 17 dekabrdan etibarən bank "20 + 21" adlı nağd kredit kampaniyasına start verir! Kampaniya  çərçivəsində bankın müştəriləri yeni il planlarının həyata keçirmək üçün 3 faydalı təklif alacaqlar.

Kampaniya müddətində nağd kredit rəsmiləşdirən müştərilərə 3 aylıq güzəşt müddəti veriləcək və bu müddət ərzində yalnız hesablanmış faizlər ödəniləcək. Başqa sözlə, gələn ilin ilk 3 ayında kredit borcunun əsas hissəsini ödəmək qayğısı müştəriləri narahat etməyəcək.

Bununla yanaşı, bank bütün nağd kreditlər üzrə komissiyada 20% endirim edir ki, bu güzəşt Bank Respublika-da kredit üçün müraciət etməyi daha sərfəli edəcək.

 

Yeni il kampaniyası çərçivəsində üçüncü təklif isə, 3 aylıq güzəşt dövrü ərzində ödənilən faizlərin ümumi məbləğinin 21% -i həcmində keşbək şəklində geri qaytarılmasıdır. Bank Respublika-da nağd kredit üçün müraciət etməyin üstünlüklərindən biri də illik 15%-dən başlayan sərfəli faiz dərəcəsidir.

 “20 + 21” Yeni il təklifindən bankın rəsmi veb saytı, Facebook səhifəsi, habelə WhatsApp-da Chat-Bot xidməti üzərindən 051 4 144 144 nömrəsinə “Kredit” sözünü göndərməklə onlayn yararlana bilərsiniz.

Kampaniya 17 dekabr 2020 - 15 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də dekabr ayının pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

Yaxın günlərdə dekabr ayı üzrə sosial müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar da ödəniləcək.

Bundan əvvəl birdəfəlik ödəmə üçün müraciət edən şəxslər barədə elektron araşdırma aparılacaq.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, bu dəfə də 600 min şəxsə 190 manat yardım ediləcək, ancaq bu rəqəm dəyişə də bilər:

“Karantin rejimindəki məhdudlaşma ilə bağlı iqtisadi fəallıq aşağı düşdüyünə görə, daha öncə 190 manat birdəfəlik yardım üçün müraciət edən vətəndaşlar arasında Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara və qaydalara uyğun olaraq elektron araşdırma aparılacaq. O şəxslər ki, bu dövr ərzində işsiz statusu qüvvədədir və əmək müqaviləsi ilə işə götürülməyiblər onlara yenidən 190 manat ödəniləcək. Ödəniləcək şəxslər hazırda 600 min nəfərdir, ancaq bu arta da bilər, azala da”.

Koronavirus pandemiyası 2021-ci ilin ikinci rübündə bitəcək, dünya iqtisadiyyatı isə normal səviyyəsinə bir il ərzində qayıdacaq.

Axar.az xəbər verir ki, bunu “Sakso Bank”ın (Danimarka) sahibi Stiv Yakobsen deyib. O, ilk olaraq Asiya iqtisadiyyatının bərpa olunacağını bildirib:

“Çin iqtisadiyyatı birinci rübdə 10%-lik artım tempi göstərəcək. Ondan sonrakı yerləri Şimali Avropa, ABŞ, Britaniya və Yaxın Şərq bölüşəcək”.

Unibank hər kəs üçün endirimli onlayn kredit kampaniyası keçirir
 

Bankdan sərfəli şərtlərlə kredit götürmək istəyirsiniz, amma növbəyə düşərsiniz və “SMS-in vaxtı bitər” deyə narahatsınız, indi bu narahatlığınıza əsas yoxdur. Çünki Unibank hər kəs növbələrdə vaxt itirmədən dəqiqələr ərzində, həm də aşağı faizlə kredit götürsün deyə, xüsusi kampaniya keçirir. Evinizdə, işinizdə oturaraq saniyələr ərzində onlayn kredit sifariş edin və sizə yaxın Unibank filialından dəqiqələr ərzində pulunuzu götürün. Həm səhhətinizi qoruyun, həm vaxtınıza qənaət edin, həm də 2% daha aşağı faizlə kredit götürün. “Unibank”ın “Onlayn kredit aksiyası” çərçivəsində rəsmi gəliri olan hər bir peşə sahibi ilin sonunadək endirimli faizlərlə 20 000 manatadək kredit sifariş edə bilər.

Kampaniya dövründə “Unibank”dan nağd kredit götürənlər bu üstünlükləri əldə edəcək:

- krediti bank fililına gəlmədən sifariş etmək;

- illik faiz dərəcəsinə 2% endirim;

- sığorta xərci yoxdur;

- zamin tələb olunmur;

- 60 ayadək ödəniş müddəti;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

Krediti banka gəlmədən:

- 050 778 8117 whatsapp nömrəsinə yazaraq;

- “Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;

- Unibankın yenilənmiş mobil tətbiqi olan uBank istifadə edərək; - www.unibank.az saytından (https://unbk.az/2PgNi30) onlayn sifariş etməklə əldə edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Dünya birjalarında neft bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 50,33 dollara, yüngül neftin bir barreli isə 46,90 dollara təklif olunur.