Son xəbərlər

Cari illə müqayisədə növbəti ildə orta aylıq pensiya məbləğinin 31,29 manat məbləğində və ya 10,4 faiz artması proqnozlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

2020.12.23. 22:07

Azərbaycandan Rusiyaya ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə zəruri tədbirlər davam etdirilir.

AQTA-dan Axar.az-a verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") ilə aparılan müzakirələr nəticəsində 24 dekabr tarixində daha 12 müəssisədən - "Suliddinoğlu Kəndli Fermer Təsərrüfatı" MMC, "Səma Agro" MMC, "Xızı Aqropark" MMC, "ART GREEN" MMC, Abbasov Elman Davud oğlu, Ələsgərova Lamiyə Eyvaz qızı, Ələsgərov Elçin Teymur oğlu, Əsgərov Çingiz Cəmil oğlu, Quliyeva Aidə Əhməd qızı, Yusifov Çingiz Əmiralı oğlu, Məmmədov Vilayət Rüstəm oğlu, Məmmədov Həmid Behbud oğluna məxsus müəssisələrdən pomidor məhsulunun Rusiyaya ixracına icazə verilib.

Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.

Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müvafiq qurumu tərəfindən 5 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilmişdi.

Kişilər Yeni İldə hansı hədiyyələri gözləyir?

“Onlar nə qədər böyüsələr də, qəlbən hələ də uşaqdırlar” – kişilər barəsində deyilən bu ifadə yəqin hər kəsə tanışdır. Onlar emosialarını yaxşı gizlədə bilsələr də, Yeni ildən möcüzə gözləyirlər. Əgər hələ də həyatınızdakı “böyük uşağı” sevindirəcək hədiyyə tapa bilməmisinizsə, bu məqalə sizin üçündür.

Kontakt Home kişilərin istəklərini nəzərə alaraq, onları sevindirə biləcək Yeni İl hədiyyələrinin siyahısını hazırlayıb.

SMARTFON

 

Kişilərə smartfon seçərkən funksionallığına çox böyük önəm vermək lazımdır. Çünki onlar eynilə uşaqlar kimi, telefonlarında film izləməyi, musiqi dinləməyi və mobil oyunlar oynamağı sevirlər. Eyni zamanda davamlı olaraq e-poçtları yoxlamaq və xəbərləri oxumaq üçün internetə bağlanırlar. Sevdiyiniz kişinin bütün istəklərini qarşılaya biləcək smartfon olaraq 2020-ci ilin modeli olan Samsung galaxy Note 20 məsləhət görürük. Smartfonun boz korpusu ilə o, başqalarının yanında soyuq görsənə, funksionallığı ilə isə evdə əsl uşağa çevrilə biləcək.

GENİŞ EKRANLI TELEVİZOR

Futbol, film və ya sadəcə maraqlı TV şou 4K keyfiyyətli televizorlarla daha maraqlı və canlıdır. Ona bu ilin ən populyar 2 modelini: 109 sm-lik LG Televizorunu, daha geniş ekran sevənlər üçün isə Samsung-un 127 sm-lik bu modelini hədiyyə etməyinizi təklif edirik. 4K televizorlarla futbol matçlarını izləyərkən özünü stadiondakı kimi hiss edəcək. Playstation həvəskarları üçün də 4K televizoru ən gözəl tandemdir. Əgər deyirsiniz ki, o oyun oynamağı və matç izləməyi sevmir, ona yenə də televizor hədiyyə edin, evinizdə əsl kiçik kinoteatr yaradın. Sevdiyiniz filmləri birlikdə izləyin. İnan ki, bu universal hədiyyə ilə siz heç vaxt uduzmayacaqsınız.

PLAYSTATION 4

Qəlbən hələ də uşaq olan kişilər üçün ən ideal hədiyyə Sony Playstation-4 ola bilər. Playstation-la o, artıq bütün asudə vaxtını evdə keçirəcək, buna əmin ola bilərsiniz J Çünki indi o, sevdiyi oyunlarını oynaya bilmək üçün internet klublara getməyəcək. Üstəlik, elə siz də sevdiyinizə qoşulub bir yerdə vaxt keçirə bilərsiniz. Bir sözlə, Yeni il gecəsi onun üçün əsl Qar qızı olmaq istəyirsinizsə, ona mütləq Playstation hədiyyə edin.

TRIMMER

Həyatınızdaki kişi xüsusi qapanmaları səbəb göstərərək əsl “Şaxta Babaya” çevirilibsə, ona Panasonic Trimmer hədiyyə edin. 4 başlıqlı trimmer ilə onun artıq üzünü qırxmamaq üçün heç bir səbəbi qalmayacaq. Hətta o, bu hədiyyəyə həvəslənib öz saçlarına da əl gəzdirəcək. Yeni il endirimləri bitmədən bu möhtəşəm hədiyyəni kontakt.az-dan sifariş edin.

MUSİQİ MƏRKƏZİ

Audotexnika - yaşından aslı olmayaraq hər kişinin arzusudur. Əgər həyat yoldaşınız və ya qardaşınız musiqi dinləməyi çox sevirsə, onun bu Yeni ilini udulmaz edəcək hədiyyə HOFFMANN musiqi mərkəzidir. Bu musiqi mərkəzi ilə əsl Yeni İl şənliyini evinizə gətirə və eləcə də boş vaxtlarınızda birgə karaoke oxuya biləcəksiniz. Üstəlik indi kontakt.az saytında bu hədiyyəni xüsusi endirimlə tapa bilərsiniz.

DƏBLİ QULAQLIQLAR

Əgər o musiqisevərdirsə, siz isə daha çox sakitçiliyə üstünlük verirsinizsə, o zaman sevdiyiniz kişiyə simsiz qulaqlıq hədiyyə edin. Beləliklə, o, sevdiyi mahnılara sizə mane olmadan qulaq asa biləcək. Lakin siz bu hədiyyə ilə həm də onu xoşbəxt etmək istəyirsinizsə, JBL brendinin geniş çeşidlərindən seçim edə bilərsiniz. Bu hədiyyə ilə o, həm dəbli görünə, həm də vacib zənglərə asanlıqla cavab verə biləcək.

BUZ HAZIRLAYAN QURĞU

O, bağ evində və ya təbiətdə vaxt keçirməyi sevir, lakin içkilərin sərin qala bilməməsindən hər zaman narazılıq bildirirsə, ona Gorenje buz hazırlayan hədiyyə edin. Bu cihaz soyuducunu əvəz edərək, ərzaqlarınızın təzə və içkilərinizin sərin qalmasına kömək edəcək. Sizi əmin edirik ki, bu buz hazırlayan ilə siz onun ürəyinin buzlarını əridə biləcəksiniz.

ELEQANT QOL SAATI

Sevdiyiniz kişiyə saat hədiyyə edin. Qədimdən bu günə qədər saat kişilər üçün ən aktual hədiyyə hesab olunur. Çünki kişilər saatdan yalnız vaxta baxmaq üçün istifadə etmirlər. Qolundaki saat həm də onların cəmiyyətdə olan statusunun göstəricisidir. Əgər həyatınızdaki kişinin sizin üçün dəyərli olduğunu bildirmək istəyirsinizsə, Casio brendinin geniş çeşidlərindən seçim edin.

TƏMİR ÜÇÜN PEŞƏKAR ALƏTLƏR

Evinizdə kiçik təmir işləri olunmalıdır, lakin “evinizdəki ustanın” bu işləri görməsi üçün keyfiyyətli alətləri yoxdur. O zaman, ona Bosch zərbəli drelini hədiyyə edin. Bu hədiyyəni sevdiyiniz çox bəyənəcək, çünki artıq o, kiçik təmir işlərini görərək sizin qəhramanınıza çevrilə biləcək. Axı sirr deyil ki, bütün kişilər xanımların gözündə qəhraman olmaq istəyir.

Yeri gəlmişkən, Kontakt Home-da Yeni İlə özəl 50%-dək endirim kampaniyası hələ də davam edir! Elə indi kontakt.az saytına keçid edin və seçdiyiniz məhsulları evdən çıxmadan, xüsusi endirimlə düz qapınıza, pulsuz sifariş edin. Ödənişi həm onlayn, həm də qapıda nağd, bank və ya taksit kartları ilə edə bilərsiniz. Taksit kartınız varsa, endirimli qiyməti faizsiz hissələrə də bölə bilərsiniz. Məhsulları ilkin ödənişsiz, 24 ayadək faizsiz kredit şərtləri ilə də almaq imkanınız var.

Bunlardan əlavə, bu dəfə də Kontakt Home “Şeş-Qoşa” kampaniyası ilə Yeni İl hədiyyənizi pulsuz almaq imkanı da yaradır. Belə ki, yanvarın 18-dək Kontakt.az-dan etdiyiniz hər nağd sifarişə görə sizə xüsusi kupon və akt təqdim olunacaq. Bu kupon və aktla birlikdə 1-15 fevral tarixləri arasında istənilən - Kontakt Home mağazasında yaxınlaşaraq zər ata bilərsiniz. Bəxtinizə şeş-qoşa (6 qoşa) düşərsə, aldığınız məhsulun pulu sizə 100% geri qaytarılacaq.

“İrşad Electronics” şəhid övladlarına 100 ədəd planşet hədiyyə edəcək

Hər zaman sosial layihələri ilə cəmiyyətimizə töhvəsini verən “İrşad Electronics” bu dəfə də həmrəylik günü münasibəti ilə vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladlarını sevindirib. Şirkət 100 şəhid övladının təhsilinə dəstək olmaq məqsədilə uşaqlara planşetlər təqdim etməyə başlayıb.

“Məktubunuz çatdı, hədiyyəniz yoldadır!” adlı sosial layihəsi ölkənin müxtəlif şəhər və rayonlarından olan ailələri əhatə edir. Bu barədə məlumat verən  “İrşad Electronics” şirkətinin İdarə Heyətinin Üzvü, Marketinq departamentinin rəhbəri Əli Bədəlov bildirib ki, :“Vətən uğrunda şəhid olan igidlərimizin bizə, bütün azərbaycanlılara əmanət qalan övladlarına sahib çıxmaq borcumuzdur. Biz də şirkət olaraq övladlarımızın təhsili üçün addım atmağa qərar verdik. Uşaqların sosial şəbəkələrdə yayılan, həmçinin bizə ünvanlanan məktublarını və müraciətlərini  diqqətə alaraq 100 nəfərlik siyahı üzrə balaca dostlarımızın hədiyyələrini göndərməkdəyik. Təhsil bir insanın xilası, yeni həyata atacağı uğurlu addımın başlanğıcıdır. Qəhrəmanlarımızın övladlarına dəstək olmaqdan qürur duyuruq”.

 

Qeyd edək ki, həmrəylik günü öncəsi belə bir addım atan “İrşad Electronics” II Qarabağ döyüşləri müddətində bir çox sosial layihələri ilə fərqlənib. Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurub. Zəfər döyüşləri müddətində şəhid olan, yaralanan hərbçilərin kredit borclarını isə tam silib. Həmçinin, Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin  və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım təqdim edib. Ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat vəsait köçürüb, cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb. Bununla kifayətlənməyən şirkət yaralı qazilərimizə 100 ədəd mobil telefon bağışlayıb. Müharibə müddətində mülki vətəndaşlara edilən hücum nəticəsində hər iki valideyninin itirmiş, Gəncə sakinləri Xədicə və Nilayı isə 18 yaşınadək himayəsinə götürüb.

Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri oldu

SOCAR Türkiyə və Qrup şirkətlərindən "Petkim Petrokimya Holding A.Ş." və STAR neft emalı zavodunun rəhbərliyində yüksək səviyyəli dəyişiklik olub.

"Qafqazinfo" xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabr ayından etibarən SOCAR Türkiyə ilə yanaşı, şirkətin törəmə müəssisələri olan "Petkim" və STAR NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb.

Türkiyənin ən böyük xarici investoru olan SOCAR-ın Türkiyədəki əməliyyatlarına Rövnəq Abdullayev rəhbərlik etməyə başlayıb. Vaqif Əliyevdən səlahiyyətləri təhvil alan Rövnəq Abdullayev İdarə Heyətinin sədri seçilib. Rövnəq Abdullayev hazırda icra etdiyi SOCAR prezidentliyi vəzifəsinə də davam edəcək. Vaqif Əliyevin isə SOCAR Türkiyə və törəmə müəssisələrindəki vəzifəsi İdarə Heyəti Sədrinin müavini kimi davam edəcək.

 

SOCAR Türkiyədəki fəaliyyətlərini genişləndirəcək.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qarşıdakı dövrlə əlaqədar biznesin inkişafı planında Türkiyədəki fəaliyyətlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Türkiyə və Avropanın təbii qaz təchizatı təhlükəsizliyinə töhfə verəcək ən mühüm layihələrdən biri olan TANAP-ın da İdarə Heyəti sədrliyini yerinə yetirən Rövnəq Abdullayev SOCAR-ın Azərbaycanın hüdudlarından kənarda ən böyük investisiyalarının yatırıldığı Türkiyə əməliyyatlarına da rəhbərlik edəcək. Rövnəq Abdullayev SOCAR Türkiyə ilə yanaşı, şirkətin nəhəng obyektlərinin yer aldığı "Petkim" və STAR neft emalı zavodunun da İdarə Heyətinin sədri vəzifələrini icra edəcək.

1965-ci ildə Naxçıvanda anadan olan Rövnəq Abdullayev Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirib. 1989-cu ildə Azərbaycan neft sənayesinin rəmzi olan Neft Daşlarında mühəndis kimi əmək fəaliyyətinə başlayan Rövnəq Abdullayev “28 May” NQÇİ-də şöbə rəisi, “Xəzərdənizneftqaztikinti” Trestində baş mühəndis və 1997-ci ildən müdir olaraq çalışıb. 2003-cü ildə Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru olan Rövnəq Abdullayev 2005-ci ildən SOCAR-ın prezidenti kimi fəaliyyət göstərir.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.

S.Babayev bildirib ki, növbəti ildə əmək pensiyaların orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat təşkil edəcək. Nazir qeyd edib ki, bu rəqəmlər bu ilin göstəricilərin 13 faiz çoxdur.