Kişilər Yeni İldə hansı hədiyyələri gözləyir?

“Onlar nə qədər böyüsələr də, qəlbən hələ də uşaqdırlar” – kişilər barəsində deyilən bu ifadə yəqin hər kəsə tanışdır. Onlar emosialarını yaxşı gizlədə bilsələr də, Yeni ildən möcüzə gözləyirlər. Əgər hələ də həyatınızdakı “böyük uşağı” sevindirəcək hədiyyə tapa bilməmisinizsə, bu məqalə sizin üçündür.

Kontakt Home kişilərin istəklərini nəzərə alaraq, onları sevindirə biləcək Yeni İl hədiyyələrinin siyahısını hazırlayıb.

SMARTFON

 

Kişilərə smartfon seçərkən funksionallığına çox böyük önəm vermək lazımdır. Çünki onlar eynilə uşaqlar kimi, telefonlarında film izləməyi, musiqi dinləməyi və mobil oyunlar oynamağı sevirlər. Eyni zamanda davamlı olaraq e-poçtları yoxlamaq və xəbərləri oxumaq üçün internetə bağlanırlar. Sevdiyiniz kişinin bütün istəklərini qarşılaya biləcək smartfon olaraq 2020-ci ilin modeli olan Samsung galaxy Note 20 məsləhət görürük. Smartfonun boz korpusu ilə o, başqalarının yanında soyuq görsənə, funksionallığı ilə isə evdə əsl uşağa çevrilə biləcək.

GENİŞ EKRANLI TELEVİZOR

Futbol, film və ya sadəcə maraqlı TV şou 4K keyfiyyətli televizorlarla daha maraqlı və canlıdır. Ona bu ilin ən populyar 2 modelini: 109 sm-lik LG Televizorunu, daha geniş ekran sevənlər üçün isə Samsung-un 127 sm-lik bu modelini hədiyyə etməyinizi təklif edirik. 4K televizorlarla futbol matçlarını izləyərkən özünü stadiondakı kimi hiss edəcək. Playstation həvəskarları üçün də 4K televizoru ən gözəl tandemdir. Əgər deyirsiniz ki, o oyun oynamağı və matç izləməyi sevmir, ona yenə də televizor hədiyyə edin, evinizdə əsl kiçik kinoteatr yaradın. Sevdiyiniz filmləri birlikdə izləyin. İnan ki, bu universal hədiyyə ilə siz heç vaxt uduzmayacaqsınız.

PLAYSTATION 4

Qəlbən hələ də uşaq olan kişilər üçün ən ideal hədiyyə Sony Playstation-4 ola bilər. Playstation-la o, artıq bütün asudə vaxtını evdə keçirəcək, buna əmin ola bilərsiniz J Çünki indi o, sevdiyi oyunlarını oynaya bilmək üçün internet klublara getməyəcək. Üstəlik, elə siz də sevdiyinizə qoşulub bir yerdə vaxt keçirə bilərsiniz. Bir sözlə, Yeni il gecəsi onun üçün əsl Qar qızı olmaq istəyirsinizsə, ona mütləq Playstation hədiyyə edin.

TRIMMER

Həyatınızdaki kişi xüsusi qapanmaları səbəb göstərərək əsl “Şaxta Babaya” çevirilibsə, ona Panasonic Trimmer hədiyyə edin. 4 başlıqlı trimmer ilə onun artıq üzünü qırxmamaq üçün heç bir səbəbi qalmayacaq. Hətta o, bu hədiyyəyə həvəslənib öz saçlarına da əl gəzdirəcək. Yeni il endirimləri bitmədən bu möhtəşəm hədiyyəni kontakt.az-dan sifariş edin.

MUSİQİ MƏRKƏZİ

Audotexnika - yaşından aslı olmayaraq hər kişinin arzusudur. Əgər həyat yoldaşınız və ya qardaşınız musiqi dinləməyi çox sevirsə, onun bu Yeni ilini udulmaz edəcək hədiyyə HOFFMANN musiqi mərkəzidir. Bu musiqi mərkəzi ilə əsl Yeni İl şənliyini evinizə gətirə və eləcə də boş vaxtlarınızda birgə karaoke oxuya biləcəksiniz. Üstəlik indi kontakt.az saytında bu hədiyyəni xüsusi endirimlə tapa bilərsiniz.

DƏBLİ QULAQLIQLAR

Əgər o musiqisevərdirsə, siz isə daha çox sakitçiliyə üstünlük verirsinizsə, o zaman sevdiyiniz kişiyə simsiz qulaqlıq hədiyyə edin. Beləliklə, o, sevdiyi mahnılara sizə mane olmadan qulaq asa biləcək. Lakin siz bu hədiyyə ilə həm də onu xoşbəxt etmək istəyirsinizsə, JBL brendinin geniş çeşidlərindən seçim edə bilərsiniz. Bu hədiyyə ilə o, həm dəbli görünə, həm də vacib zənglərə asanlıqla cavab verə biləcək.

BUZ HAZIRLAYAN QURĞU

O, bağ evində və ya təbiətdə vaxt keçirməyi sevir, lakin içkilərin sərin qala bilməməsindən hər zaman narazılıq bildirirsə, ona Gorenje buz hazırlayan hədiyyə edin. Bu cihaz soyuducunu əvəz edərək, ərzaqlarınızın təzə və içkilərinizin sərin qalmasına kömək edəcək. Sizi əmin edirik ki, bu buz hazırlayan ilə siz onun ürəyinin buzlarını əridə biləcəksiniz.

ELEQANT QOL SAATI

Sevdiyiniz kişiyə saat hədiyyə edin. Qədimdən bu günə qədər saat kişilər üçün ən aktual hədiyyə hesab olunur. Çünki kişilər saatdan yalnız vaxta baxmaq üçün istifadə etmirlər. Qolundaki saat həm də onların cəmiyyətdə olan statusunun göstəricisidir. Əgər həyatınızdaki kişinin sizin üçün dəyərli olduğunu bildirmək istəyirsinizsə, Casio brendinin geniş çeşidlərindən seçim edin.

TƏMİR ÜÇÜN PEŞƏKAR ALƏTLƏR

Evinizdə kiçik təmir işləri olunmalıdır, lakin “evinizdəki ustanın” bu işləri görməsi üçün keyfiyyətli alətləri yoxdur. O zaman, ona Bosch zərbəli drelini hədiyyə edin. Bu hədiyyəni sevdiyiniz çox bəyənəcək, çünki artıq o, kiçik təmir işlərini görərək sizin qəhramanınıza çevrilə biləcək. Axı sirr deyil ki, bütün kişilər xanımların gözündə qəhraman olmaq istəyir.

Yeri gəlmişkən, Kontakt Home-da Yeni İlə özəl 50%-dək endirim kampaniyası hələ də davam edir! Elə indi kontakt.az saytına keçid edin və seçdiyiniz məhsulları evdən çıxmadan, xüsusi endirimlə düz qapınıza, pulsuz sifariş edin. Ödənişi həm onlayn, həm də qapıda nağd, bank və ya taksit kartları ilə edə bilərsiniz. Taksit kartınız varsa, endirimli qiyməti faizsiz hissələrə də bölə bilərsiniz. Məhsulları ilkin ödənişsiz, 24 ayadək faizsiz kredit şərtləri ilə də almaq imkanınız var.

Bunlardan əlavə, bu dəfə də Kontakt Home “Şeş-Qoşa” kampaniyası ilə Yeni İl hədiyyənizi pulsuz almaq imkanı da yaradır. Belə ki, yanvarın 18-dək Kontakt.az-dan etdiyiniz hər nağd sifarişə görə sizə xüsusi kupon və akt təqdim olunacaq. Bu kupon və aktla birlikdə 1-15 fevral tarixləri arasında istənilən - Kontakt Home mağazasında yaxınlaşaraq zər ata bilərsiniz. Bəxtinizə şeş-qoşa (6 qoşa) düşərsə, aldığınız məhsulun pulu sizə 100% geri qaytarılacaq.

27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu
07 Mart 2024 Pensiyaçıların nəzərinə: Bakı, Sumqayıt...
07 Mart 2024 Rabitəbankdan xanım sahibkarlar üçün sərfəli biznes kredit!
07 Mart 2024 Bir ay şəkər yeməsəniz nə olar?
06 Mart 2024 Bu şəxslər də güzəştli şərtlərlə yaşa görə pensiya alacaq
05 Mart 2024 Broyler, yoxsa kənd toyuğu? - AYDINLIQ GƏTİRİLDİ
05 Mart 2024 Tümən yenidən antirekora imza atdı
04 Mart 2024 Soğan biznesi böyük ziyanda - Tonlarla soğan anbarlarda məhv olur
01 Mart 2024 Kanadadan Rusiya almazının idxalına yeni qadağa...
01 Mart 2024 Avropa Azərbaycandan daha çox qaz almaq istəyir - Simson
01 Mart 2024 Ölkədə istehsal ediləcək qazın yarısı ixrac ediləcək - Nazir
27 Fevral 2024 Yanvarda Özbəkistan Türkiyədən mebel idxalını azaldıb
27 Fevral 2024 Bu uşaqların 1 milyonluq müalicə pulu necə ələ keçirilib?
26 Fevral 2024 Sanksiyalar Rusiya iqtisadiyyatına təsir etmir - Sallivan
25 Fevral 2024 Rusiya yoxdur, Avropanı araqla bu ölkələr təmin edir
25 Fevral 2024 Azərbaycanlı şair vəfat etdi