Son xəbərlər

Azərbaycan nefti bahalaşıb


Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,43 ABŞ dolları və yaxud 0,58% artıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,67 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Problemli kreditlərlə bağlı yeni xəbər – Rəsmi – Video



Bu günə qədər 506 min nəfərə problemli kreditlərlə bağlı kompensasiya ödənilib. Prosesin bu ayın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Problemli kreditlərlə bağlı kompensasiyaların 84 faizi ödənilib.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə rəisi Orxan İsmayılov deyib.

O deyib ki, bu qəbildən olan kreditlərin həlli ilə bağlı fərmanın icrası qrafikə uyğun davam edir. Fərmana əsasən, 602 min 347 nəfərə kompensasiya ödənişinin verilməsi nəzərdə tutulmuşdu. Artıq 243 min nəfərin kompensasiyası ödəniş müddəti keçmiş kreditlərin azaldılmasına yönəlib. 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

300 minə yaxın vətəndaşın isə yeni güzəştli kredit müqavilələri ilə təmin edilməsi, yəni restrukturizasiya prosesinə cəlb edilməsi nəzərdə tutulub. Bu prosesə də start verilib.

Orxan İsmayılov bankların bu müqavilələr üçün tələb etdiyi zaminlər məsələsinə də toxunub.

O deyib ki, bu, bankla vətəndaş arasında həll olunacaq məsələdir.

Kredit tarixçələri korlanmış vətəndaşlara gəlincə isə, onların bundan sonrakı ödənişləri “qara siyahılar”dan çıxmasında mühüm rol oynayacaq.
Yeni müqavilə imzalamayacaq vətəndaşların kredit tarixçələri isə başqa kreditlərini ödəmə intizamına görə müəyyən ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:<iframe src='https://bax.tv/player/62814.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
"Unibank" yenə də yolunu düz getmir... - İTTİHAM
















Prezident İlham Əliyevin dollar kreditləri ilə bağlı imzaladığı məlum fərmandan sonra fevral ayının 22-dən etibarən vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanılıb. Artıq bankların çoxu məbləği 500 manatdan artıq olan kompensasiyaların hesablara köçürülməsi üçün vətəndaşlarla müqavilə bağlayıb, kartları da təqdim edib.

Şikayətçi Fərqanə Qasımova isə saytımızabildirib ki, "UniBank”vətəndaşları maliyyə toruna salmaqla məşğuldur: "Mən Qasımova Fərqanə 2015-ci ildə "UniBank”ın "RAZİN”də yerləşən ünvanından kredit almaq üçün müraciət etdim. Müraciətim müsbət qarşılandı və mənə kredit ayrıldı. Mən sənədlərə qol çəkib kassadan 1500 azn pul götürüb uzaqlaşdım. Açığı bank işçisi tanış idi deyə heç bir sənədə baxmadım. Çünki krediti mən özümçün deyil, rəfiqəm üçün götürürdüm. Ancaq rəsmiləşmə və digər məsuliyyətlər təbii ki, mənim adıma idi. Rəfiqəm 1500 azn-dən də artıq vəsait ödəyəndən sonra mənə zəng etdi ki, borc nəsə bitmir, sənədlərə bax. Mən sənədləri bir tanış mütəxəssisə göstərdim. Bəlli oldu ki, mənə 1500 azn yox, 3600 dollar kredit ayrılıb. Lakin bank işçisi bu məbləğdən yalnız 1500 azn mənə verib. Mən banka müraciət etdim, kameraları açmağı, mənim nə qədər pul götürməyimi dəqiqləşdirmələrini istədim. Onlar isə yox cavabını verdilər. O olaydan sonra İKİ DƏFƏ devolvasiya oldu. Və beləliklə mən əlavə vəsaitlər ödəməyə başladım. Sonra Cənab Prezidentin məlum sərəncamından sonra mənim də işim yüngülləşdi. Bankdan mənə mesaj gəldi (red. Foto əlavə edilib), dedilər ki, banka yaxınlaşın, əlavə ödədiyiniz pulları geri alın. Mən də banka yaxınlaşdım və tam hesablandıqdan sonra mənə 2296.28 azn geri qaytarıldı. Əslində mən bu məbləğin az olduğunu düşünürdüm. Amma olaylar bundan sonra başladı.

11.05.2019-cu il tarixdə "UniBank”dan mənə yenidən zəng gəldi.Mənə dedilər ki, sizin kreditiniz var, 2 gün də gecikib. Mən məbləği soruşanda dedilər ki, sizin 1900 azn borcunuz var. Mən krediti götürəndə də bu bank məni aldadıb, bu illər ərzində mənə aid olmayan, götürmədiyim məbləği ödədim, kompensasiyamı da aldım. İndi bank yenidən mənə hansı məqama görə borc açır, anlamadım. Bu barədə aidiyyatı qurumlara, Cənab Prezidentə, 1-ci Vitse-Prezidentə müraciət edəcəm. Çünki artıq 1 manat belə ödəməyə imkanım yoxdur. Aidiyyatı qurumlar bu qanunsuzluğa son qoymalı, vətəndaşları dövlətdən narazı salmaqdan vaz keçməlidirlər”.

Mövzunu davam etdirəcəyik.
7NEWS.az
Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? – AÇIQLAMA














Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Rusiyadan alınacaq “S-400” zenit raket kompleksinin bir hissəsinin Azərbaycanda yerləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, səfir qeyd edib ki, “S-400”lərin Azərbaycanda yerləşdirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

“Bunun belə olmadığını xarici işlər naziri Mövlud Çavuşoğlu da açıqlayıb”.
Bu Avropa ölkəsində benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək


Niderlandın paytaxtında benzin və dizel yanacağı ilə işləyən avtomobillərin istifadəsi qadağan ediləcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qadağa 2030-cu ildən qüvvəyə minəcək.

Ölkənin nəqliyyat naziri Şaron Deyiksma iddia edirki, Amsterdamda hava çirklənməsi insan sağlamlığı üçün ən başlıca təhlükədir. Artıq təsdiq olunmuş proqrama əsasən, 2020-ci ildən etibarən Niderlandın paytaxtına yaşı 15-dən yuxarı olan dizellə işləyən avtomobillərlə daxil olmaq mümkün olmayacaq. 2022-ci ildən etibarən bu qadağa avtobuslara, 2025-ci ilə qədər isə skuter və motosikletlərə şamil olunacaq. Eyni zamanda yerli hakimiyyət orqanları vətəndaşların elektrik avtomobillərə keçməsini stimullaşdırmaq niyyətindədir. Belə avtomobillərin sürücülərinə parklama və enerji yığma xidməti haqqları qismən kompensasiya ediləcək.

Amsterdamda müvafiq tədbirlərin görülməsinə baxmayaraq, hava çirklənməsinin qarşısını almaq mümkün olmadığı üçün bu proqram qəbul edilib. Hazırda havanın çirklənməsi Avropa üçün qəbul edilən normadan yüksəkdir.
 
Bakıda fantastik qiymətə iki otaqlı ev – Fotolar















Paytaxtda 3 100 000 AZN qiymətinə iki otaqlı mənzil satılır.

bu barədə elan Bina.Az saytında yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Xətai rayonunda, Yaşıl ada küçəsində yerləşən 2 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, “Xətai” metrostansiyasının yanında yerləşən evin ümumi sahəsi 95 kvadratmetr təşkil edir. Bu mənzilə sahib olmaq istəyən şəxs nə az, nə çox düz 3 100 000 manat ödəməli olacaq.
Hesablamaya görə mənizlin 1 kvadratmetri 32 600 AZN başa gəlir.

Qeyd edək ki, bu qiymətdən bir qədər baha Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.

Buta.media
Bakıda fantastik qiymətə iki otaqlı ev – Fotolar
Bakıda fantastik qiymətə iki otaqlı ev – Fotolar
Türkiyədə dollar bahalaşdı














Türkiyənin Ali Seçki Qurumunun İstanbuldakı seçki nəticələrini ləğv etməsi dərhal iqtisadiyyata da öz təsirini göstərib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, qərarın açıqlanmasından sonra dollar kəskin bahalaşıb. Belə ki, dollar 6.04 türk lirəsi göstəricisindən 6.15 türk lirəsinə qədər yüksəlib.

Qeyd edək ki, martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələri ləğv edilib.
Bank vətəndaşları yalançı reklamla aldadır















Əkrəm Həsənov: “Bu, açıq-aşkar qanun pozuntusudur…”

Dollar kreditlərinə görə artıq ödəniş etmiş vətəndaşların pulunun özlərinə qaytarılması banklarda qələbəlik yaradıb. Vətəndaşlar onlardan artıq alınan pullarını geri almaq ümidi ilə banklara axışır, sıxlıq yaranır. Belə növbələrdə boş-bekar gözləyən vətəndaşlar bankların reklam bukletləri ilə tanış olmaq fürsəti də qazanırlar.

“Bank VTB”də də uzun növbələrdən müştəri tutmaq üçün istifadə olunur. Bu da təbiidir. Bankın “Neftçilər” metro stansiyası yaxınlığındakı filialında da hər gün sıxlıqdır. Orada da reklam bukletləri “gəl-gəl” deyir. Məsələn, “10 min AZN-dək nağd pul krediti; Yeni başlanğıclara 9 faizlə start verin!” reklam bukleti əslində müştərinin cəlb edilməsidir. Əgər vətəndaş 36 aylıq kredit götürəcəksə, o pulun böyük hissəsini dünyanın heç yerində olmayan bir faiz dərəcəsi -26 faizlə ödəməli olacaq.

Reklam bukletində kreditin yalnız şəxsiyyət vəsiqəsi ilə veriləcəyi göstərilir. Bakı, 2 digər şəhər və 1 rayon istisna olmaqla, ölkənin digər şəhər və rayonlaırn sakinləri kampaniyadan istifadə etmək üçün Bakıda qohum-qardaş tapmalı, onların evlərinin sənədlərini aparıb banka təqdim etməlidirlər. Bundan başqa, nağd pul krediti reklam bukletində yazıldığı kimi, tək şəxsiyyət vəsiqəsi ilə deyil, iş yerindən aylıq əmək haqqı haqda arayışa əsasən verilir. Bank operatoru internet üzərindən dəqiqləşdirici yazışmada adi 9 faizlik olan kreditin verilməsi üçün tələblərin belə olduğunu qeyd edir: “Kredit – 10 000 AZN təşkil edir. 5000 AZN-dən yuxarı sorğuda zamin tələb olunur. Kredit 6 aydan 36 aya qədər verilir. Bank tərəfindən keçirilən ”Start” kampaniyası çərçivəsində 15.04.2019 – dən etibarən illik faiz dərəcəsi 9 % təşkil edir. Təklif 15.07.2019-dək qüvvədədir. Növbəti aylar üçün illik faiz dərəcəsi 24% təşkil edəcək, bank komissiyası isə 2% təşkil edir. Yaş həddi qadınlar üçün 21-60 yaş, kişilər üçün 21-65 yaş təşkil etməlidir. Ümumi staj 1 ildən az olmamaq şərti ilə, sonuncu iş yerində staj minimal – 6 ay olmalıdır. Qeydiyyat tələb olunur: Bakı ş., Sumqayıt ş., Xırdalan ş. və Abşeron r-nu. Qeydiyyat rayona və yaxud digər şəhərə olduqda, Bakı ş., Abşeron r., Sumqayıt ş., Xırdalan ş. və ya Abşeron r-da öz adınıza və yaxud atanızın, ananızın, həyat yoldaşınızın, övladlarınızın adına mənzil və ya ev olsun. Həmin evin və ya mənzilin çıxarışı, orderi, texniki pasportu, tikiliş üçün icazəsi olan sənədlərdən hər hansısa biri təqdim olunmalıdır. Krediti əldə etmək üçün lazım olan sənədlər:

1) Vaxtı keçməmiş şəxsiyyət vəsiqəsi; 

2) İş yerindən arayış və yaxud son 6 ayın əmək haqqının çıxarışı (iş vəsiqəsi ilə bir) təqdim olunmalıdır.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a dedi ki, bu məsələdə açıq-aşkar qanun pozuntusu var:“”Reklam haqqında Qanun”un 33-cü maddəsi konkret olaraq maliyyə, bank, sığorta, investisiya xidmətlərinin və qiymətli kağızların reklamı ilə bağlıdır. Həmin maddənin 4-cü bəndində konkret olaraq deyilir ki, istehlak kreditlərinə dair reklamda kreditin xərci ilə bağlı məlumat verildikdə istehlakçı aşağıdakılar barədə məlumatlandırılmalıdır. Kreditin ümumi xərcinə daxil istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinə hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər; kreditin müddəti; kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ; kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi. Bu tələblərə uyğun olaraq belə reklamlardakı məlumatlar digər məlumatlardan kiçik ölçüdə olmayan və aydın şəkildə oxuna bilən şəkildə yazılmalıdır. Hazırkı reklam bukleti “Reklam haqqında” Qanunun tələblərini pozur.

Faktiki illik faizlə bağlı tələblər haqda məlumat verilmir. Bankdan kredit alan şəxsə illik nə qədər faiz ödəyəcəyi haqda konkret məlumat verilməlidir. Yazır kı, 9 faizlə 10 min kredit veririk. Neçə ayı 9, neçə ayı 26 faizlə verirlər, bunu konkret yazmalıdırlar. Bu, müştərini cəlb etmək üçün aldatmaqdır. İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi “Reklam haqqında” qanunvericiliyin pozulması adlanır. Əmtəələr, işlər, xidmətlər haqqında və yaxud onların istehsalçıları, icraçıları, satıcıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək, hüquqi şəxslər – bu halda bank 4 min manatdan 6 min manatadək məbləğdə cərimə edilir. Bank qanunu pozduğuna görə cərimə edilməlidir”.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı “Bank VTB” rəsmilərinin mövqeyini öyrənməyə çalışıb. Əməkdaşımıza bildirlib ki, marketinq şöbəsində Nigar Kərimova yalançı reklamla bağlı məsələyə aydınlıq gətirəcək. N.Kərimova isə redaksiyamızla əlaqə saxlamayıb.
Güzəştli mənzil almaq istəyənlər üçün yeni xəbər – Qaydalar dəyişir














Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, ölkə başçısının bu Fərmanının icrasını təmin etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemində müvafiq zəruri dəyişikliklər aparılıb. Agent banklardan güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq ilkin razılıq qərarının vətəndaşların elektron kabinetlərində yerləşdirilməsi xidməti və gözləmə qaydası ilə mənzil seçimi yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-u ötən müddət ərzində vətəndaşlar tərəfindən əldə edilib. Bununla yanaşı, 29 aprel 2019-cu il tarixində həyata keçirilən satış zamanı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə əlavə 154 mənzilin seçimi başa çatdırılmışdır. Yasamal Yaşayış Kompleksində qalan 1070 mənzil isə bu ilin sonunadək yeni qaydalara uyğun olaraq satışa çıxarılacaqdır. Həmin mənzillərdən 174-ü 1 otaqlı, 617-si 2 otaqlı, 279-u 3 otaqlıdır. Tezliklə mənzillərin satışı ilə bağlı növbəti elan veriləcəkdir.

Agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksi 11 çoxmənzilli yaşayış binasından ibarətdir və 2 962 ailəni mənzillə təmin edəcək. Mənzillərdən 280-i birotaqlı, 1 401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Kompleksdəki yeddimərtəbəli binalardan 6-nın tikinti-quraşdırma işləri başa çatdırılmış, bəzək işlərinə başlanılmışdır. Paralel olaraq digər yeddimərtəbəli 1 binanın və onmərtəbəli 4 binanın tikintisi də sürətlə davam etdirilir. Kompleksdə tikinti və təmir işləri gələn ilin ilk rübündə yekunlaşdırılaraq mənzillərin satışı barədə elan veriləcəkdir.

Agentliyin növbəti layihəsi ̶ Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisi də sürətlə davam etdirilir. Kompleks 22-si doqquzmərtəbəli və 18-i on iki mərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Agentlik sərəncamında olan 1458 mənzili “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxararacaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif edəcək. Həmin mənzillərdən 42-nin birotaqlı (studio tipli), 144-nün birotaqlı, 461-nin ikiotaqlı, 740-nın üçotaqlı, 71-nin isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli vəziyyətdə, kombi isitmə sistemi və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.

Agentliyin daha bir layihəsi isə Sumqayıt şəhərində reallaşdırılacaq. Belə ki, Sumqayıt şəhərində 0,76 ha torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi ilə əlaqədar artıq tender elanı verilmişdir. Tenderin qalibi müəyyən edildikdən sonra podratçı şirkət tərəfindən tikintiyə başlanılacaq. Bu binalarda ümumilikdə 144 mənzil olacaq.
Elektrik enerjisinə qoyulan limitlə bağlı əhaliyə ŞAD XƏBƏR















Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel qərarı ilə əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.

Modern.az xəbər verir ki, Tarif Şurasının 30 aprel qərarından sonra elektrik enerjisinin istehlakı ilə bağlı da analoji addımın atılacağı gözlənilir.

Mənbə bildirir ki, hazırda “Azərenerji” ASC-də prezident Baba Rzayev, hökumət nümayəndələri, iqtisadçılar və deputatlar tərəfindən daxil olan təkliflər dəyərləndirilir.

Müzakirələr yekunlaşdıqdan sonra ən optimal variant üzrə qərar veriləcək.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.