Son xəbərlər

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

AZƏRTAC bildirir ki, sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib.

“Nikoil Bank” adını dəyişir?

“Nikoil Bank” bankın adının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bankdan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, yayılan məlumat bankın rəsmi mənbələri tərəfindən təsdiqlənməyib. Bank adını dəyişməyib.

Qeyd edək ki, bankın yeni adının “Yellow Bank” olması barədə xəbərlər yayılıb.

Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.

“Minval.info” unikal.org-a istinadən bildirir ki, qiymətlər  50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 – Ekonom taksi, *2424, *8844 – Siti taksi, 189 – taksi xidməti, *9933 – Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir.

Misal üçün *9933 – Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir.

Mütəxəssislər taksi şirkətlərinin qiymət yüksəltməsinə getməsinə səbəb, vergi ödənişlərinin artmasında görürlər. Bildirirlir ki, vergi ödənişlərində tələblərin artması, şirkətlərin qiymət artımına getməsinə rəvac verib.

Bu gün milli parklara giriş pulsuzdur














İyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səhər saat 09:00-dan 18:00-dək davam edəcək “Açıq qapı” günündə ziyarətçilər giriş haqqından azad edilirlər.

Nazirlik hər kəsi milli parklarda təbiətin füsunkar gözəlliklərindən zövq almağa dəvət edir.
Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Bunlar Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Zəngəzur, Qızılağac milli parklarıdır.
Neft bahalaşdı

Dünya birjalarında neftin qiymətində artım davam edir.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında “Brent” markalı neftin qiyməti 0,62 faiz artaraq barreli 61,69 dollar olub.

WTI markalı neftin qiyməti isə 0,34 faiz bahalaşaraq barreli 52,46 dollardan təklif olunur.

Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan evro xatirə pul nişanı basılıb.

Modern.az xəbər verir ki, türkiyəli kolleksiyaçı Özgür Honça bəy, layihənin gerçəkləşməsi üçün hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və “Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli evro pul nişanı dövriyədə istifadə olunan evro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Evro ilə eyni dəyərə malikdir.

Layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib:

“Bundan öncə də Avropa Mərkəzi Bankında Qazi Mustafa Kamal Atatürk və daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik. Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana hədiyyə edəcəyik, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək”.

Araşdırmacı yazar Atilla Oral: “Özgür bəyin böyük zəhmətilə meydana gələn evro xatirə pul nişanının üzərində Türkiyə və Azərbaycanın ay-ulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. Eyni zamanda, birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq.

Vüqar Bayramov

Ötən bazar günü İTV-in “Diqqət Mərkəzi Yekun” verlişində problemli kreditlərə kompensasiyanın ödənilməsi məsələsi müzakirə edilib.

Müzakirələrdə iştirak edən Vüqar Bayramov borc ödəmiş zaminlərə və eləcə də avtomobil kreditini ödəmişlərin hesablarına birbaşa kompensasiyanın ödənilməsi ilə bağlı mexanizm hazırladıqlarını və hələ bu ilin mart ayında hökumətə təqdim etdiklərini deyib. İqtisadçı alim eyni zamanda bildirib ki, 10 min dollardan artıq olan istehlak kreditlərinə də kompensasiyanın verilməsinə ehtiyac var: “Hüquqi baxımdan 10 min dollardan çox olan kreditlərə kompensasiyanın verilməsi mümkündür. Belə kreditlərin ilk 10 min dollarına differensial olaraq güzəşt tətbiq oluna bilər”. Vüqar Bayramov sual edib: “10 min dollarlıq kreditə kompensasiya verilirsə 10 min 1 dollarlıq kredit niyə kompensasiya almasın?””. İqtisadçı alimin sözlərini iştriakçı tamaşaçılar alqışla qarşılayıblar.

Çıxışa youtube platformasında yayılan aşağıdakı videoda baxa bilərsiz.

Əmanətlərin 12 faizlə alınıb, kreditin 25 faizlə verilməsinin səbəbləri; iqtisadçı: “Xarici maliyyə institutlarının, korporasiyaların ölkəyə buraxılması lazımdır”

“Kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir”

Millət vəkili Vahid Əhmədov növbəti dəfə bankların kredit siyasətini tənqid edib. O, İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində çıxışı zamanı bankların krediti yüksək faizlə verdiyinə diqqət çəkib. Deputat “Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?” deyə məsələ qaldırıb və bildirib ki, banklar vəsaiti ilk növbədə insanların qoyduğu əmanətlərdən cəlb edir: “İkincisi, xarici maliyyə institutlarından, üçüncüsü isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən vəsait cəlb edirlər. Cəlb olunan vəsaitlərin 80-85 faizi faktiki olaraq insanların əmanətləridir.

Bəs necə olur ki, bank məndən 12 faizlə əmanət götürür, sonra həmin pulu 25 faizlə qaytarır? Bankın xərci 3-4 faiz olar, 15-20 faiz ola bilməz axı. Bank sistemindəki bu suallar həllini tapmalıdır”.

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə hər bir özəl bankın öz strategiyası olduğunu qeyd edib: “Nəyə görə bu gün bank sistemində yüksək faizləri götürürsünüz? Məsələn, Sahibkarlığa Yardım Fondu illik 6 faizlə, İpoteka Fondu 8 faizlə kredit verir. Hazırda bizdə banklarda boş vəsait formalaşır. O boş vəsait isə artıq orta və kiçik sahibkarlığa ayrılmış vəsaitdən istifadə olunacaq. Yaxın günlərdə bu barədə açıqlama da veriləcək. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir”.

Sözügedən məsələyə iqtisadçı ekspertlər də münasibət bildirərək, kredit faizləri ilə bağlı durumun problemli olduğunu etiraf etdilər.

İqtisadçı ekspert Rəşad Həsənov da hesab edir ki, kredit faizləri ilə bağlı vəziyyət qənaətbəxş deyil: “Burada kifayət qədər ciddi problemlər var. Kredit faizləri yüksəkdir, banklar kreditləşmədən çəkinirlər. Real sektorda da risklər yüksəkdir. Bu rəqəmləri 2015-ci illə müqayisə etsək görərik ki, bankların kredit portfeli 25 milyard manatdan 13 milyard manata qədər azalıb. Təxminən 47-48 faiz kredit portfelində azalma müşahidə olunur. Bu situasiyada digər problemlərdən biri də kredit faizlərinin yüksək olmasıdır. Çünki kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir. Çünki maliyyə çıxış imkanlarını məhdudlaşdırır”.

İqtisadçının sözlərinə görə, səbəblər birmənalı deyil, burada müxtəlif səbəblər var: “Birinci səbəb odur ki, Azərbaycanda maliyyə bazarında və bank sektorunda liberallaşma kifayət qədər deyil, hazırkı bazar iştirakçılarının bir çoxu hansısa formada bir-biri ilə əlaqəlidir. Onlar çox asanlıqla bazarda dominantlıq nümayiş etdirə bilirlər və faizləri diqtə edirlər. Xüsusilə də alternativ maliyyə institutlarının inkişaf etməməsi bankların bu sektorda faizləri diqtə etməsi üçün ən böyük imkanlardan biri hesab olunur. Düşünürəm ki, bazarın liberallaşdırılmasına ehtiyac var və bu məqsədlə xarici maliyyə institutlarının, korporasiyaların ölkəyə buraxılması lazımdır, onların fəaliyyəti üçün şərait yaratmaq lazımdır. O zaman rəqabət faizləri aşağı çəkəcək. Dünya praktikasında da bu amil öz təsirini göstərib”.

R.Həsənov vurğuladı ki, Azərbaycanda xüsusilə 2015-ci ildən sonra risklər yüksəlib və banklar nisbətən aşağı riskli biznes layihələrinə vəsait yönəltməyə çalışırlar: “Bu kimi biznes layihələrinin də sayı azdır və buna görə də bankların mənfəət norması kifayət qədər aşağı düşüb. Banklar nisbətən sığortalı kredit siyasəti həyata keçirməyə çalışırlar. Digər bir məsələ odur ki, bankların hazırda maliyyə mənbələrinə çıxış imkanları da məhduddur. Bu özünü daha çox mərkəzləşmiş kreditlərdə göstərir. Burada müxtəlif səbəblər var. Səbəblərdən biri odur ki, banklar götürdükləri vəsaitləri yerləşdirə bilmirlər. Bu səbəbdən də vəsait cəlb etməkdə maraqlı deyillər. İkinci səbəb isə ondan ibarətdir ki, banklar daha genişləndirilmiş kredit siyasəti həyata keçirərkən belə mərkəzləşmiş kreditlərdən kifayət qədər yararlana bilmirlər, cəlb etdikləri vəsaitlərin faizləri yüksək idi”.

İqtisadçının fikrincə, digər bir səbəb isə inflyasiya səviyyəsinin yüksək olmasıdır: “Bu amil də kredit faizləri müəyyənləşdirilərkən əsas götürülür. Ümumi problem isə odur ki, bazarda rəqabət imkanları zəifdir və bu da kredit faizlərinin aşağı düşməsini əngəlləyən əsas məqamdır. Qeyd edək ki, bankların əsas problemlərindən biri də əmanətlərin həcminin artması fonunda yüksək gəlirli biznes layihələrinə kredit ayıra bilməmələridir. Belə olan halda son çarə yüksək faizli istehlak kreditləridir ki, bu özü də banklar üçün sərfəli deyil və risk faktoru böyükdür. Kredit faizinin böyük hissəsi əmanət faizi, işçi, filialların saxlanılması və digər xərclərdir. Bankirlərin dili ilə desək, 1 nəfərə 1 milyon manat borc vermək, bu pulu 1000 nəfərə bölərək kredit verməkdən daha gəlirlidir. Lakin real sektorun yetərincə inkişaf etməməsi kommersiya banklarını bu addımı atmağa məcbur edir. Çünki son dövrlərdə əmanət qoyuluşlarının, xüsusən də milli valyutada qoyulan əmanətlərin həcmində ciddi artım var”.

Əhalinin yerli valyutada olan əmanətlərə marağı artıb. Fiziki şəxslər tərəfindən ölkədə fəaliyyət göstərən kommersiya banklarına yerləşdirilən əmanətlərin həcmi 1 may 2019-cu il tarixinə 8 mlrd. 715 mln. manat təşkil edib.

Bu, 1 aprel tarixi ilə müqayisədə 4,5 faiz , ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,6 faiz çoxdur. Fiziki şəxslər tərəfindən yerləşdirilən əmanətlərin 3 mlrd. 621 mln. manatını milli valyutada olan əmanətlər, 5 mlrd. 93,9 mln. manatını xarici valyutada olan əmanətlər təşkil edib.

Ay ərzində yerli valyutada yerləşdirilən əmanətlərin həcmi 9,8 faiz , xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 1,04 faiz artıb. Bütün bunlar isə o deməkdir ki, banklar həmin əmanətlər üzrə faizləri ödəyə bilmək üçün potensial kredit portfelində faizləri yüksəltməli olurlar./musavat.com


Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,26 ABŞ dolları və yaxud 0,40% azalıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,98 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Millət vəkili Vahid Əhmədov növbəti dəfə bankların kredit siyasətini tənqid edib.

O, İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində çıxışı zamanı bankların krediti yüksək faizlə verdiyinə diqqət çəkib.

Deputat “Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?” deyə məsələ qaldırıb və bildirib ki, banklar vəsaiti ilk növbədə insanların qoyduğu əmanətlərdən cəlb edir:

“İkincisi, xarici maliyyə institutlarından, üçüncüsü isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən vəsait cəlb edirlər. Cəlb olunan vəsaitlərin 80-85 faizi faktiki olaraq insanların əmanətləridir. Bəs necə olur ki, bank məndən 12 faizlə əmanət götürür, sonra həmin pulu 25 faizlə qaytarır? Bankın xərci 3-4 faiz olar, 15-20 faiz ola bilməz axı. Bank sistemindəki bu suallar həllini tapmalıdır”.

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə hər bir özəl bankın öz strategiyası olduğunu qeyd edib:

“Nəyə görə bu gün bank sistemində yüksək faizləri götürürsünüz? Məsələn, Sahibkarlığa Yardım Fondu illik 6 faizlə, İpoteka Fondu 8 faizlə kredit verir. Hazırda bizdə banklarda boş vəsait formalaşır.

O boş vəsait isə artıq orta və kiçik sahibkarlığa ayrılmış vəsaitdən istifadə olunacaq. Yaxın günlərdə bu barədə açıqlama da veriləcək. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir”.

V.Əhmədov onunla razı olmadığını deyib:

“Dərinə getsək, başqa şeylər çıxacaq. Mən sənin dediyinlə razı deyiləm. Sual verirəm, niyə bank əmanəti 12 faizlə götürür, mənə 25 faizlə verir? O dediyin kreditlər yoxdur. Biz Azərbaycanda yaşayırıq da, Amerikadan gəlməmişik ki”.

Məlumat üçün bildirək ki, Vahid Əhmədov hər zaman bankların düzgün kredit siyasəti yeritmədiyini bildirir, bunun tənzimlənməli olduğuna dair fikirlər səsləndirir.<iframe src='https://bax.tv/player/65443.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>