Son xəbərlər

 

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05

Ardını oxu...

İyunun 24-də Bakı vaxtı ilə saat 09:15-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,4% artaraq 1 barelə görə 64,71 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında isə iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,71% artaraq 57,84 dollar təşkil edib.

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Mülki Məcəllənin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Mülki Məcəllənin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Minval.info Trend-ə istinadən bildirir ki, iyunun 20-də qızılın qiyməti iyunun 19-u ilə müqayisədə 56,066 manat artaraq 1 unsiya üçün 2343,5945 manat təşkil edib.

Gümüş 0,4248 manat bahalaşaraq 1 unsiya üçün 25,9025 manata bərabər olub.

Platinin qiyməti 19,142 manat artaraq 1383,205 manat, palladiumun qiyməti isə 34,9265 manat artaraq 2560,3275 manat təşkil edib.

Ad 20.06.2019 19.06.2019
Qızıl XAU 2343.5945 2287.5285
Gümüş XAG

 

 
25.9025 25.4777
Platin XPT 1383.205 1364.063
Palladium XPD 2560.3275 2525.401

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Maaş artımından sonra qiymətlər qalxacaq? - Nazirdən açıqlama













“Artımlarla bağlı aparılan xərc dinamikasının hesablanması birbaşa olaraq göstərir ki, biz artımların inflyasiyaya hər hansı bir ciddi təsirini gözləmirik”. Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, inflyasiyaya hər hansı bir xərc artımının təsiri nisbətlə götürülən məsələdir: “Yəni ölkəyə əlavə pul kütləsinin daxil olması, pul emissiyasının həyata keçirilməsi gözlənilmir. Dövlət büdcəsinin artan gəlirləri hesabına bu xərclər ödənilir.

Ümumilikdə, bütün xərcin məbləğinə nəzər saldıqda onun ÜDM-dəki payını və eyni zamanda, pərakəndə ticarət dövriyyəsindəki payı yüksək deyil. Ona görə də artıq dünən maliyyə naziri bildirdi ki, ciddi inflyasiya təsirini gözləmirik və bunu nəzarətdə saxlayacağıq. Artıq ilk arqumentimiz də öz təsdiqini tapıb. Bu ilin mart ayından minimum əmək haqları artırılıdı, minimum pensiyalar artırıldı.

Üç ay keçməsinə baxmayaraq, Azərbaycanda bu gün inflyasiya göstəricisi 2,5%-dir. Artıq bunun özü bir sübutdur ki, ciddi inflyasiya göstəricisi təzyiqi yoxdur. Amma hər bir halda istənilən makro iqtisadi siyasət zamanı bu, hər zaman nəzarətdə saxlanılan məsələdir”.

Картинки по запросу nikoil“Nikoil” İKB Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Ruslan Talıbov, Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırovun məhkəməsi keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər kredit üçün müraciət edən vətəndaşları müxtəlif üsullarla aldadıblar.

Zərərçəkmişlər qeyd ediblər ki, banka kredit üçün müraciət edən zaman onlardan girov kimi avtomobilləri tələb olunub.

Avtomobili banka girov qoymaq adı ilə başqa şəxslərin adına keçirilib. Bundan başqa da həmin vətəndaşların adına yüksək məbləğdə biznes kreditləri açılıb.

Digər zərərçəkmişlərin ifadələrindən isə məlum olub ki, onlar ucuz maşın almaq istəyərkən aldadılıblar. Belə təqsirləndirilən şəxslər kreditlə alınan, amma ödənişi vaxtında edilmədiyi üçün bank tərəfindən müsadirə edilmiş avtomobillərin satışını da həyata keçirib. Bu zaman da vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq ediblər.

Məhkəmə araşdırması davam etdirilir.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Onlar heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul krediti veriblər.

Bu kreditlər qarşılığında onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi alıblar.

İttihama görə, onlar vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.

Həmçinin istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Törətdikləri əmələ görə, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bildirək ki, R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib, azadlıqdadır.

Onların da maaşları artırıldı

Baş Nazir Novruz Məmmədov ötənilki qərarında dəyişiklik edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” qərarlarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manatadək artırılıb.

Yaponiya ilə Azərbaycan arasında viza rejimi sadələşdirilir

“Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib”.

"Qafqazinfo" xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori bildirib.

Səfir qeyd edib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr daha çox inkişaf edib, lakin digər sahələrdə də əməkdaşlıq genişlənməkdədir.

T.Katori əlavə edib ki, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Həm Azərbaycandan Yaponiyaya gedənlərin, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.

Səfir vurğulayıb ki, Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün vizanın sadələşdirilməsi istiqamətində işlər aparılır.

Bu şəxslərin borcu silindi - ŞAD XƏBƏRÖtən gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, minlərlə insanın maaşı artıb.

Ekspertlər deyir ki, ümumilikdə son aylarda imzalanan sərəncamlardan iki milyon insan faydalanıb.

Lakin son sərəncamlardan sonra Azərbaycanda inflyasiya olacağı, qiymətlərin artacağına dair söz-söhbətlər gəzir.

Oxu.Az-ın əməkdaşı bu söz-söhbətlərə aydınlıq gətirmək üçün ekspertlərlə əlaqə saxlayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev saytımıza açıqlamasında bildirib ki, maaşların artımı labüddür:

“Prezident İlham Əliyevin sərəncamları sosial rifahın yaxşılaşdırılmasına hesablanıb. Maaşların artması müəyyən qədər qiymətlərə də təsir edəcək. Bu, o demək deyil ki, maaş artan kimi qiymətlər kəskin artacaq. Xeyr. Müəyyən müddətdən sonra istehsal olunan mallara cüzi təsiri ola bilər.

Dövlət kifayət qədər antiinflyasiya metodlarına əl atır ki, iqtisadi artım, tədarük balansı müsbət olsun, qeyri-neft sektoru inkişaf etsin və neftin qiyməti 60 dollar civarında davam etsin. Bu bizə kifayət edir ki, iqtisadiyyatda müsbət hal olsun və sosial məsələlər də öz nəticəsini göstərsin”.

Deputat qeyd edib ki, inflyasiyanın artacağı, devalvasiya olacağı barədə gəzən fikirlər yanlışdır:

“Hansı mallar Azərbaycana xaricdən gətirilirsə, bəzi “işbazlar” onların qiymətini kəskin qaldırmağa çalışa bilərlər. Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tədbirlər görməlidir”.

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Azərbaycanda əməkhaqlarının artırılması ilə bağlı imzalanan sərəncamlar çox ciddi sosial-iqtisadi məna daşıyır:

“Bir çox ekspertlərin çıxışlarında da qiymət artımı ilə bağlı narahatlıqlar ifadə olunur. Azərbaycanda inflyasiya təhlükəsi və iqtisadiyyatda yarana biləcək problemlərlə bağlı hər hansı bir fikir bildirmədən öncə iqtisadi proseslərin ciddi elmi əsaslarla təhlili həyata keçirilməlidir.

Ölkəmizdə müstəqillik dövründən bəri formalaşan inflyasiyanın təbiəti bizə deməyə əsas verir ki, dövlət əlində olan antiintisar tədbirləri və digər mexanizmlərdən istifadə edərsə, əməkhaqqı paketinin inflyasiyaya heç bir təsiri olmayacaq.

Azərbaycanda mövcud olan inflyasiya əlavə pul kütləsi ilə bağlı olan inflyasiya deyil. Bu, təklif inflyasiyasıdır və iqtisadiyyata heç bir təsiri olmayacaq”.

Ekspert süni qiymət artımı ehtimallarından da danışıb.

“Bir sıra hallarda Azərbaycana məhsullar daxil olan zaman bəzi işbazlar süni qiymət artımına yol verirlər. Bunlar nə gömrük rüsumları, nə də məhsulu aldıqları yerdə qiymət artımı ilə izah oluna bilər.

Bunun bir səbəbi var: işbazlar tərəfindən qiymətlərin hədsiz dərəcədə artırılması. Bəzi işbazlar ölkədə maaş artımından istifadə edərək qiyməti artırmağa cəhd edə bilərlər. Amma bu, fundamental əsas deyil. Bunun qarşısını almaq üçün dövlət mexanizmi var. Hesab edirəm ki, inflyasiya təhlükəsi ilə bağlı yanaşma yanlışdır”, – deyə iqtisadçı qeyd edib.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 17-də 63,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,43 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.