Ən yüksək maaşlı şəhər məlum oldu


Dünyada ən yüksək əməkhaqqı verən şəhər məlum olub.

ABŞ-ın San-Fransisko şəhəri İsveçrənin Sürix şəhərini keçərək dünyanın ən yüksək maaşlı şəhərləri siyahısında ilk yeri tutub.

Bu barədə “Bloomberg” “Deutsche Bank”ın (Alman Bank) illik reytinqinə əsasən xəbər verir.

Araşdırmalar nəticəsində məlum olub ki, San-Fransiskoda orta əməkhaqqı vergi daxil olmaqla 6.5 min dollar, Sürixdə 5.9 min dollardır. Siyahının üçüncüsü Nyu-Yorkda isə bu rəqəm 4.6 min dollardır.

Ən yüksək maaşlı şəhərlər sırasında Boston, Çikaqo, Sidney, Oslo, Kopenhagen, Melburn və London da var. (Oxu.az)
350 dollarlıq viza rüsumu turizm sahəsinə mənfi təsir edəcək – Mütəxəssislər narahatdır













Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun 350 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Əhalinin əksəriyyəti məbləğin miqdarının çox olduğunu hesab edir, bunun turist axınına mənfi təsir edəcəyi düşüncəsindədir.

Xarici İşlər Nazirliyindən məsələyə münasibət bilidirilib və qeyd olunub ki, qiymətlər Avropa İttifaqı ilə viza sadələşdirilməsi sazişinin iştirakçı dövlətləri üçün 35 avro, digər ölkələr üçün 350 dollar olaraq təyin edilib.

Bəs görəsən, bu qiymət digər ölkələrlə müqayisədə çox deyilmi? Bu qiymətlər Azərbaycan turizminə nə kimi təsir göstərəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən turizm mütəxəssisi Ceyhun Aşurov bildirib ki, təyin edilən məbləğ bir qədər çoxdur:

“Əslində, 350 dollar viza üçün kifayət qədər böyük məbləğdir. Bir tərəfdən baxanda, bu, turizm sahəsinə – ölkəyə turistlərin gəlişinə mənfi təsir göstərə bilər. Amma bir məqam var ki, bəzən vizaların sərtləşdirilməsi və ya qiymətinin artırılması təhlükəsizlik məqsədilə tətbiq edilir.

Əksər ölkələrdə də bu, təhlükəsizlik məqsədilə tətbiq edilib. Hazırda bizdə bu addım hansı məqsədlə atılıb, onu dəqiq deyə bilmərəm, bu, sadəcə variantlardır. Amma əgər ölkəyə turist cəlb etmək istəyiriksə, bunun uğurlu olacağını düşünmürəm.

Yenə də deyirəm, viza rüsumları məbləğ olaraq çox yüksəkdir. Çox nadir ölkələrdə bu cür yüksək viza qiymətləri mövcuddur.

Ümumilikdə turizm sahəsində qiymətlərin hər hansı şəkildə artımı tələb-təkliflə tənzimlənsə də, bütün bunların fonunda bu artımlar ölkəyə gələn turistlərin sayının azalmasına təsir göstərə bilər”.

Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov da bu qiymətlərin turistlər üçün əlverişli olmadığını düşünür:

“Təyin edilən 350 dollarlıq viza qiymətləri iş adamları və ya başqa bir səbəblərdən dolayı gələn qeyri-turistlər üçün normal ola bilər. Amma bunu ölkəyə gələn turistlərə şamil etmək olmaz. Turist bir aydan çox Azərbaycanda qalmaq istəyirsə, yaxud ölkəyə daxil olub, başqa bir ölkəyə gedib yenidən Azərbaycana gəlmək istəyirsə, bu qiymət, sözsüz ki, bahadır”.
Bu məhsullar bahalaşıb – Rəsmi













Azərbaycanda ərzaq məhsulları, içkilər və tütünün qiyməti 2 faiz bahalaşıb

“2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,7 faiz bahalaşıb”.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən bildirir.

Cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində düyünün, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yoqurtun, xamanın, kərə, qarğıdalı və zeytun yağlarının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, heyvanın, şabalıdın, kələmin, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, təzə balığın, südün, yumurtanın, bananın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, quru noxud və lobyanın, mərcinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, mobil telefonların, sementin, kərpicin, kəsilmiş taxtanın, nitro boyaların qiymətlərində bahalaşma, soyuducuların, paltaryuyan maşınların, fotoaparatların, televizorların, kondisionerlərin və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Cari ilin aprel ayında mart ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, respublikadan kənara istirahət turlarının, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb, hava nəqliyyati ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu mallar gömrük rüsumlarından azad edilir



Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, “Gömrük tarifi haqqında” qanuna aşağıdakı məzmunda 20.0.21-ci maddə əlavə edilir:

“20.0.21. Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı.”.

Qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.
"Unibank" aldada-aldada gedir... - "...karta düz 297 manat az məbləğ yüklənib"















Hər kəsin bankı olduğunu iddia edən "Unibank" dollar kreditlərinə görə kompensasiya almalı olan vətəndaşlara kələk gəlməkdə davam edir.

Mia.az xəbər verir ki, dünən jurnalistlər - İlkin Muradovla Aytən Məmmədovun sosial şəbəkədəki şikayətindən sonra bu bankın əməliyyatlarına diqqət artıb. Aydın olur ki, "Unibank" təkcə adıçəkilən jurnalistlərə deyil, hamıya qarşı "planlı iş" aparıb.

Belə ki, bu gün daha bir jurnalist - Samir Səfərova da "Unibank" tərəfindən aldadıldığını bildirib.

O, sosial şəbəkədəki səhifəsində ""UNİBANK" mənə qarşı son soyğunçuluğunu da etdi. Açıqlanan kompensasiya məbləğindən karta düz 297 manat az məbləğ yüklənib", - deyə, yazıb.

Jurnalistin statusuna şərh ayzanlar isə bununla bağlı Palataya şikayət etməyi məsləhət görürüblər.
“Manatın məzənnəsinin bu ilin sonuna qədər sabit qalması üçün bütün əsaslar var”














“Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatlıq üçün amil yoxdur”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev deyib.

“Bu gün Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildən bərqərar olan iqtisadi sabitlik davam etsin. Manatın məzənnəsinin bu ilin sonuna qədər sabitliyinin təmin olunması üçün bütün əsaslar var”, – deyə o, qeyd edib

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, mayın 15-də qızılın qiyməti mayın 14-ü ilə müqayisədə 7,4715 manat azalaraq 1 unsiya üçün 2201,6445 manat təşkil edib.

Gümüş 0,0379 manat ucuzlaşaraq 1 unsiya üçün 25,1472 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 11,305 manat azalaraq 1456,458 manat, palladiumun qiyməti isə 15,64 manat artaraq 2277,7875 manat təşkil edib.

 

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Üçüncü uşağa görə 100 manat, dördüncü uşağa görə 130, beşinci uşağa görə 150 manat...

Azərbaycanda sosial müdafiə mexanizmlərindən biri kimi uşaq pulunun verilməsi uzun müddətdir  müzakirə olunur. Zaman-zaman hökumətdən  bu məsələnin müzakirə edildiyinə dair informasiyalar gəlsə də, sonradan təkzib olundu. Lakin cəmiyyətdə buna dair gözləntilər artmaqdadır. Xüsusən aztəminatlı və çoxuşaqlı ailələr uşaqlarının müəyyən xərclərini, gündəlik tələbatlarını, tibbi xidmət və təhsillə bağlı  ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər.

Bəs ekspertlər necə hesab edir, uşaq  pulunun hansı kateqoriya üzrə, nə qədər verilməsi arzuolunandır? Bunu zərurətə çevirən amillər hansılardır? Niyə ünvanlı sosial yardım uşaq pulunu əvəzləyə bilmədi?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda sosial müdafiə mexanizmlərinin şaxələndirilməsinə ehtiyac var: “Onlardan biri də uşaq pulu sisteminin tətbiqi ilə bağlıdır. Hazırki statistik məlumatlara görə, ölkə üzrə təxminən 190 min nəfər uşaq hansısa formada müavinətlər alır. Burada məbləğ 50 manatdan 13 manat 70 qəpiyə qədər dəyişə bilir. Çünki çoxuşaqlı ailələrə və ya valideynini itirmiş uşağa görə verilən müavinətlərin həcmi kifayət qədər aşağıdır. Burada adambaşına düşən müavinətin həcmi 13 manata qədər dəyişirsə, yeni artımdan sonra 5 və daha artıq uşağı olan ailələr üçün hər uşağa görə 50 manat müavinətin verilməsi nəzərdə tutulub. Ümumilikdə isə dövlət 2017-ci ildə bu məqsədlə cəmi 70 milyon manat pul xərcləyib. Yeni təklif olunan,  ictimaiyyətdə müzakirə olunan mexanizm isə daha genişmiqyaslı, universal hesab olunur. Əvvəlki qaydalara görə, bu müavinət, sadəcə, valideynini itirən uşaqlara, 5 və daha artıq olan uşaqlara, 18 yaşına çatmamış, fiziki məhdudiyyəti olan uşaqlara verilirdi. Hökumət 2006-cı ildən etibarən ünvanlı sosial yardım mexanizminin tətbiqinə başladı. Bu gün gətirilən əsas arqumentlərdən biri ondan ibarətdir ki, ailələrdə gəlir bölgüsünə, gəlirin həcminə uyğun olaraq dövlətin ünvanlı sosial yardım proqramı var. Bu, uşaqları da  əhatə edir. Çünki ünvanlı sosial yardımın hesablanması zamanı ailənin hər bir fərdi, o cümlədən uşaqlar da nəzərə alınır. Ehtiyac meyarına düşən məbləğ dövlət büdcəsi tərəfindən sosial yardım proqramı çərçivəsində kompensasiya olunur. Mən isə hesab edirəm ki, bu mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var”.

Rəşad Həsənov ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, Azərbaycanda sosial müdafiə və demoqrafiya siyasətinin uzlaşdırılmasına ehtiyac var: “Buna görə də hansısa formada çoxuşaqlı ailələrin və nəsil artımının təşviq edilməsi mexanizmlərinin ortaya qoyulması məqsədəuyğun olar. Məsələn, biruşaqlı ailələrdə hökumət uşağa görə 50 manat ödəniş edirsə, ikinci uşağa görə ödənilən məbləğ bundan artıq olmalıdır, məsələn, 80 manat ödəniş edilə bilər. Üçüncü uşağa görə 100 manat, dördüncü uşağa görə 130, beşinci uşağa görə 150 manat. Avropada bu diferensial yanaşma tətbiq edilir. Bu bir təklifdir və müzakirəyə açıqdır. Hər hansı mexanizm hazırlanırsa onun büdcəsi də hesablanmalıdır. Düşünmürəm ki, hökumət hazırda bu istiqamətdə iş aparır. Hökumət əsasən 3 yaşa qədər uşaqların müdafiəsi ilə bağlı müəyyən fəaliyyət həyata keçirməyi nəzərdə tutur”. 

R.Həsənov hesab edir ki, uşaq pulu məsələsi  Azərbaycan ailəsi üçün kifayət qədər əhəmiyyətli məqamlardan biridir:“Vətəndaşların bu mövzuya reaksiyası da göstərdi ki,  insanların gözləntiləri var. Çünki Azərbaycanda əhalinin bir qismi faktiki olaraq ailə gəlirlərini müasir tələblərə uyğun şəkildə təmin edə bilmirlər. Bunun da real və ciddi səbəbləri var. Bu səbəblərin aradan qaldırılması daha mürəkkəb bir məsələdir, nəinki birbaşa olaraq uşaq pulunun bərpa edilməsi. Azərbaycandan qat-qat aşağı maliyyə imkanlarına malik olan ölkələrin böyük əksəriyyətində uşaq pulu mexanizmi qalmaqdadır. Çünki bu bir təşəbbüsdür, gənc ailələrin dəstəklənməsi istiqamətində dövlətin mövqeyidir. Hətta Azərbaycanda 1992-ci ildə uşaq pulunun ödənilməsi ilə bağlı belə bir qanun qəbul edilmişdi. Müstəqilliyin ilk illərindən Azərbaycanda bu sahəyə diqqət ayrılıb. Ancaq son illər nədənsə, bu məsələ unuduldu”.

R.Həsənovun sözlərinə görə, Azərbaycanda təbii artım sürətini aşağıdır: “Bəzi qurumlar bunu  normal adlandırsalar da, belə deyil. Artıq Azərbaycanda geniş ailə modelindən kiçik ailə modelinə keçid prosesi tamamlanıb. Yeni ailələrdə 3 və daha artıq uşağın olmasına çox az təsadüf edilir. Mövcud qanunvericiliyə görə, Azərbaycanda 5-dən artıq uşağı olan ailələr çoxuşaqlı hesab edilir. Dövrün tələbinə görə, bu göstəricinin 3-ə endirilməsinə ehtiyac var ki, 3-dən artıq uşağı  olan çoxuşaqlı ailələr mövcud müavinət mexanizmindən yararlana bilsinlər. Diferensial formada uşaq pulunun Azərbaycanda bərpa edilməsinin, demoqrafik və sosial müdafiə siyasətinin uzlaşdırılmasının, bu mexanizmlərin hər iki məqam nəzərə alınmaqla tətbiq edilməsinin tərəfdarıyam. Çünki ünvanlı sosial yardım sisteminin ciddi çətinlikləri və çatışmazlıqları var. Son illərdə bu xidmətdən istifadə edən ailələrin sayı kəskin azalıb. Bu gün vəziyyət getdikcə çətinləşir, əhalinin gəlirləri dəyərsizləşir, iqtisadiyyatın yükü artır, ehtiyac meyarının səviyyəsi əhəmiyyətli şəkildə artırılıb, ancaq bununla belə, istifadə edənlərin sayı ciddi şəkildə azalıb. Burada fərqli məqamlar  var. Əgər dövlət qurumları bunu prosesin şəffaflaşdırılması ilə əlaqələndirirlərsə, bu real deyil. Burada elə müayinələr var ki, çoxuşaqlı ailələr belə onu aşa bilmirlər. Adına torpaq sahəsi varsa, adında maşın varsa, normadan artıq kommunal xidmətdən yararlanırsa, o zaman ünvanlı sosial yardımdan faydalana bilməz. Burada maneələr var. Ona görə də ünvanlı sosial yardım kimi mexanizmlər birbaşa uşaq pulunun verilməsini əvəzləyə bilməz”.

Bakı turistlər üçün nə qədər təhlükəlidir? — Turistlər cavablandırır - VİDEO


Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və bir sıra xarici KİV-lər Bakıda keçiriləcək Avropa Liqasının finalı ərəfəsində Azərbaycanın turistlər üçün təhlükəli ölkə olduğu barədə əsassız və qərəzli bəyanatlarla çıxış ediblər. Britaniya XİN vətəndaşlarına hətta mayın 29-da keçiriləcək final oyunu ilə əlaqədar terror təhdidi ilə bağlı xəbərdar edib.
Baku TV xəbər verir ki, turistlərin Bakıda hansı təhlükələrlə üzləşdikləri soruşulub.

Respondentlərin əksəriyyəti Bakıda heç bir təhlükə ilə üzləşmədiklərini, əksinə Azərbaycan paytaxtında çox rahat, azad gəzdiklərini qeyd ediblər.

Avropalı, afrikalı, israilli, rusiyalı qonaqların hər biri Bakının gözəlliyinə heyran olduqlarını, burada heç bir problem ilə üzləşmədiklərini bildiriblər.
Turistlər qonaqpərvər Azərbaycan xalqından tam razı olduqlarını vurğulayıblar, Bakını “nağıllar şəhəri”nə bənzədiblər.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında iki London komandası “Arsenal” və “Çelsi” qarşılaşacaq.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/ERaraHoznZM" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Azərbaycan nefti bahalaşıb


Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,43 ABŞ dolları və yaxud 0,58% artıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,67 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.