Son xəbərlər

Amerikalı qolfçu Tayqer Vuds Kaliforniya ştatında ağır yol qəzasına düşüb.

Axar.az xəbər verir ki, qəza zamanı avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə gələn xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan idmançını xilas ediblər.

Tayqer Vuds təcili yardımla yerli xəstəxanaya aparılıb. İdmançının çoxsaylı xəsarətlər aldığı bildirilir.