Son xəbərlər

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yığmamız Moldovanı qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq. Oyun azarkeşlər və media üçün qapalı olacaq.
 
Qeyd edək ki, qrupdakı ilk iki oyunda maksimum nəticə qazanan Azərbaycan millisi 6 xalla liderdir. Moldova isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək.

4 mart
 
19:00. Azərbaycan - Moldova
Hakimlər: Giulio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan)
Bakı İdman Sarayı