Son xəbərlər

2021.03.18 - 18:20

Tunisdə keçirilən para-atletika üzrə Qran-Pridə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə idmançısı Orxan Qasımov qızıl medal qazanıb.

Axar.az komitəyə istinadla xəbər verir ki, F13 kateqoriyasında çıxış edən O.Qasımov nizə atma yarışlarında 59,50 metr nəticə göstətərək birinci olub.

Tunisdə keçirilən yarış lisenziya xarakterlidir. O.Qasımov reytinqdə ilk altılığa daxil olub və “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.

***

Azərbaycanın paraatleti Oloxan Musayev də Tunisdə keçirilən Qran-Pridə qızıl medal qazanıb.

F55 kateqoriyasında iştirak edən O.Musayev nüvə itələmə yarışlarında 11.57 metrlik nəticə göstərib.

Bu, yığmanın sözügedən turnirdə 2-ci qızıl medalıdır. Daha əvvəl F13 kateqoriyasında iştirak edən Orxan Qasımov nizə atma yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla O.Musayev "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.