Son xəbərlər

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda "Neftçi" ilə danışıqlar apardığını təsdiqləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı oyunçu mediada bununla bağlı xəbərlərin tez yayılmasından təəccübləndiyini söyləyib. O, qatıldığı radio verilişlərindən birində deyib ki, bir müddət əvvəl agentləri vasitəsi ilə təklif alıb və bunun üzərində düşünür. Hələ yekun qərar vermədiyin söyləyən futbolçu Azərbaycan klubuna keçəcəyini də istisna etməyib. "Ola bilər" - deyə o bildirib.

Xatırladaq ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov Honda ilə razılığa gəldiklərini deyib.