Məşhur həkim İLQAR YUSUBOVUN
BU GÜN 53 YAŞI TAMAM OLUR ! BU
GÖZƏL GÜN MÜNASİBƏTİ İLƏ SEVİ-
LƏN DOSTUMUZ İLQAR BƏYİ ÜRƏK-
DƏN TƏBRİK EDİR,ONA UZUN ÖMÜR,
CAN SAĞLIĞI, HƏKİMLİK FƏALİYYƏ-
TİNDƏ YENİ- YENİ MÖHTƏŞƏM UĞURLAR ARZU EDİRƏM ! ÜRƏYİN İSTƏYƏN QƏDƏR
ÖMÜR SÜRMƏK NƏSİBİNİZ OLSUN,
ƏZİZ QARDAŞ !!!


İLQAR

SƏNİ TANIYANLAR ÇOX GÖZƏL BİLİR ,
TƏPƏDƏN DIRNAĞA ÜRƏKDİ, İLQAR !
ARXASIZ, KİMSƏSİZ KASIB KƏSLƏRƏ,
ÖZÜLÜ POLADDAN DİRƏKDİ, İLQAR !

KÖNLÜ GÜNƏŞ KİMİ ,İSTİ BİR OCAQ,
GÖZLƏRİ BÜLLUR TƏK ALIŞAN ÇIRAQ !
CƏRRAHDI, LOĞMANDI, QOÇAQDAN QOÇAQ,
ODURKİ, HƏR KƏSƏ ÖRNƏKDİ, İLQAR !

SADƏDİ, HƏLİMDİ, AĞIR ELLİDİ,
BORÇALI LƏHÇƏLİ , ŞİRİN DİLLİDİ!
DURUŞU, BAXIŞI,BİR TƏSƏLLİDİ,
MÜBARİZ QARDAŞDI, DİLƏKDİ, İLQAR!

ŞAİRDİ RUHƏN,SAFDI SÖZÜNDƏ,
GÜLÜŞLƏ TƏBƏSSÜM DAİM ÜZÜNDƏ.
ALİM LİBASINDA, FƏRHAD DÖZÜMDƏ,
BİR ALLAH BİLİRKİ, NƏHƏNGDİ, İLQAR!

QARDAŞ YÜZÜ HAQLA, YÜZÜ DÜNYADA,
ÇÜNKİ,ƏYİLMƏDİN, HEÇ ZAMAN YADA !
İŞİNLƏ, LAYİQSƏN ƏN YÜKSƏK ADA !
GÖYLƏRƏ PASİBAN MƏLƏKDİ ,İLQAR !
VAHİDƏM ,VAHİDƏ GƏRƏKDİ, İLQAR !

20 YANVAR 2023 İL .

Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazdılar


Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan
olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də
imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, həmin
vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlayıb və gənclərin fəaliyyəti daim
dövlətin diqqət mərkəzində olub.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Cənab Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti ölkəmizin hər bir yerində
uğurla həyata keçirilir.
Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Gənclik gələcəyin özü, böyük
güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün
bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa
çalışmalıdır.
Bu gün Azərbaycan gənci qürurludur. Çünki biz üzərimizə düşən ən böyük
məsuliyyəti dərk edərək işğal altında olan torpaqlarmızı qanımız, canımız bahasına
azad etdik. Bizim gənclərimizin, bizim xalqımızın uğurları dünyanın hər bir yerindən
eşidilir. Hər sahədə olduğu kimi gənclərimizin səsi müharibə bölgələrindən qalibiyyət
sədaları ilə eşidildi. Minlərlə gəncimiz Vətən torpaqlarının azadlığı uğurunda şəhid oldu.
Son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Nəticədə biz Cənab Ali baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı azad etdik.
2020-ci il Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Zəfərlə bitən
Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Xalqımız liderimizin-müzəffər
Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz
gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev yalnız
hərb meydanında müzəffər sərkərdə deyil, o ümumiyyətlə 3 istiqamətdə mübarizə
aparırdı, həm  diplomatik cəbhədə, həm informasiya müharibəsində həmdə hərb
meydanında. Prezident İlham Əliyev Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün
təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44
günə mümkünsüzü mümkün etdi! 44 gün ərzində Azərbaycan xalqı, bütün dünya
azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız
güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün
bərpası uğurunda vuruşduq və qalib gəldik.
Məndə bir Azərbaycan gənci kimi Vətən Müharibəsində Füzuli, Xocavənd,
Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etdim. Cənab Ali Baş
Komandanın sərəncamı ilə Cəbrayıl, Qubadlı, Laçının azad olunması medalları və
Cənab Baş Nazirin qərarı ilə Vətən Müharibəsi iştirakçısı medalı ilə təltif olundum.
Bilirsiniz ki, ermənilər tarix boyu bizim bir sıra adət-ənənələrimizi, torpaqlarımızı
hətta musiqilərimizi mənimsəmək istəyiblər. Onlar iddia edirdilər ki, Sarı gəlin musiqisi
onların milli musiqisidir. Müharibə bitdikdən bir neçə gün sonra mən işğaldan azad
edilmiş Laçının Güləbird kəndindəki evlərin birində pianoda milli musiqimiz olan Sarı
Gəlini ifa etdim. İşğaldan azad etdiyimiz torpaqlarımızda Sarı Gəlin musiqisini 30 ildən
sonra ifa edən ilk Azərbaycan gənci olmaq mənimçün çox Qürurverici hiss və
unudulmaz hadisədir. Bu video bir çox sosial şəbəkələrdə, televiziya verlişlərində
göstərildi. Mən əminəm ki, bu biz və bizdən sonraki yeni nəsil gənclər üçündə bir
nümunə oldu ki, heç bir ölkə, heç bir xalq Azərbaycanın bir qarış torpağını, musiqisini,
ümumiyyətlə adət-ənənələrini mənimsəyə bilməz.
Bizim Uğurlarımız əbədi olacaqdır. Çünki bizim dəmir iradəli Cənab Ali Baş
komandanımız var, Bizim dəmir Yumruq ətafında birləşən xalqımız var, bizim istənilən
qüvvələri məhv edəcək güclü ordumuz var. Yaşasın Cənab Ali Baş Komandan! Yaşasın
Qalib Azərbaycan xalqı!


Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
“Vətən Müharibəsi” iştirakçısı

Ölkəmizdə gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və
bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir


Ölkəmizdə gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və
bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. İctimaiyyətdə qürur
doğuran bir fakt da odur ki, Azərbaycanın gündən-günə güclənməsində,
qüdrətlənməsində, dünya birliyində layiqli yer tutmasında gənclərin rolu böyükdür. 
Ölkəmizdə əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Gənclərə diqqət və
qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli
gəlir.
Gəncləri Azərbaycanın gələcəyi, müasir Azərbaycanın qurucuları kimi dəyərləndirən
Ulu Öndərin 1997-ci il 2 fevral fərmanına əsasən, ölkəmizdə Gənclər Gününün dövlət
səviyyəsində qeyd edilməsi yeniyetmə oğlan və qızlarımıza sanki əlavə güc, stimul verdi.
Gənclərin ən sevimli məşğuliyyəti olan idmanla yanaşı, ictimai-siyasi işlərə geniş cəlb
olunması bu strategiyanın təməl prinsiplərinə çevrildi.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident
İlham Əliyev tərəfindən 20 ildir uğurla davam etdirilir. Ölkə rəhbərinin ictimaiyyət
nümayəndələri ilə görüşlərində dəfələrlə səsləndirdiyi kimi, hər bir dövlət onda güclü olur
ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Təbii ki, bu ordunun əsasını da gənclər
təşkil edir. Danılmaz faktdır ki, gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə
getmələri onlarda Vətən sevgisinin böyüklüyündən xəbər verir. Uğurlu siyasət, gənclərə
göstərilən inam və etimad 2020-ci il İkinci Qarabağ savaşında özünü bir daha doğrultdu.
Zəfəri daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər
gənclər nəslinin yetişdirilməsi oldu. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də
başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfərlə çıxdılar. Yüzminlərlə keçmiş
məcburi köçkünün yurd həsrətinə son qoydular, xalqımızı məğlubiyyət uçurumundan
qalibiyyət zirvəsinə ucaltdılar.
"Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm
də sabahıdır, ümididir". Vaxtilə Ulu Öndər Heydər Əliyev dediyi bu müdrik kəlamda olduğu
kimi, Vətən müharibəsində Azərbaycan gəncliyi öz sözünü deyərək, həm də xalqımızın
gələcək həyatına işıqlı yol açdı. "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim
sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram", - deyə
gənclərə olan yüksək etimadını dilə gətirən dövlət başçısı İlham Əliyev isə Azərbaycan
gəncliyinin hərtərəfli inkişafı üçün mükəmməl strategiya həyata keçirir. Prezident İlham
Əliyevin 2021-ci il 18 avqust tarixli "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf
Strategiyası" barədə sərəncamı Azərbaycan gəncliyinin çağırış və hədəfləri ilə bağlı idi.
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" gənclər siyasətində yeni
mərhələnin başlanmasından xəbər verir.
Ötən 20 ildə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının
qorunmasına xüsusi qayğı ilə yanaşılıb. "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil
müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Prezident İlham Əliyevin
30 sentyabr 2021-ci il tarixli sərəncamı da ictimaiyyət tərəfindən məmnunluqla
qarşılanmışdır. Dövlət başçısının ötən il fevralın 2-də imzaladığı "2021-ci il Gənclər üçün
Prezident mükafatlarının verilməsi haqqında" sərəncamı da ictimaiyyətdə böyük rəğbət
doğurmuşdur. Sərəncama əsasən, respublikamızın elm, təhsil, mədəniyyət, gənclər
siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq
sahələrində xüsusi fərqlənən şəxslər 2021-ci il Gənclər üçün Prezident mükafatlarına layiq
görülmüşlər.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham
Əliyevin uğurla davam etdirdiyi gənclər və idman siyasətinin müsbət nəticələri bu gün
beynəlxalq arenada da öz təsdiqini tapır.
Təsadüfi deyil ki, artıq bütün dünyada Vətənimiz idman ölkəsi kimi tanınır. Buna
səbəb müxtəlif idman növlərində güclü idmançılarımızın olması ilə yanaşı, həm də
evsahibliyi etdiyimiz beynəlxalq və respublika əhəmiyyətli kütləvi idman tədbirlərinin
yüksək səviyyədə keçirilməsidir. Bütün bu fəaliyyətlər Azərbaycanda idmanın kütləvi
xarakter almasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq peşəkar və həvəskar şəkildə
idmana marağının artmasına səbəb olur. Ötən il aprelin 28-də Budapeştdə keçirilmiş
Avropa Çempionatında da güləşçilərimiz uğurlu nəticələr əldə etdilər, 16 medal qazanaraq
Vətənə fərəhlə qayıtdılar. Prezident İlham Əliyev görüş zamanı xüsusi olaraq vurğuladı ki,
idmançılarımız yarışa çıxanda onlar müzəffər ölkəni və qalib xalqı təmsil etdilər.
Bir sözlə, həyatın bütün sahələrində iştirak edən gənclər güclü sosial təbəqəyə
çevriliblər. Bunu ötən il dekabrın 12-dən ictimai fəalların, xüsusən də Azərbaycan
gənclərinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə
keçirilən etiraz aksiyasından da görmək olar. Gənc oğlan və qızlarımız, digər könüllülər
qışın şaxtasının kəsəkəs vaxtında başıqarlı Kirs dağının ətəklərindən keçən Laçın-
Xankəndi yolunun kənarında dayanaraq Qarabağdakı faydalı qazıntı, xüsusilə "Qızılbulaq"
qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etirazlarını bildirirlər.
Onlar sivil qaydada Rusiya sülhməramlılarından məsələyə aydınlıq gətirilməsini istəyirlər.
Bu gün Nəinki Azərbaycanda, respublikamızdan kənarda da yaşayan, təhsil alan və
hər hansı müəssisədə çalışan azərbaycanlı gənclər Azərbaycan Prezidenti İlham Əliyev
siyasətinə, onun tələb və tövsiyələrinə həmişə sadiq və sədaqətli olmağa çalışırlar. 
Bu il bildiyiniz kimi, Ulu Öndərin 100 illiyi ilə bağlı Heydər Əliyev ili elan olunmuşdur.
Azərbaycanda demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesinin ilk dönəmindən
Ulu Öndər Heydər Əliyev gənclər siyasətini dövlətin əsas prioritetlərindən biri elan etdi.
Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü milli dövlətçilik kursu Azərbaycan gəncliyinə
imkan verdi ki, öz əzmkarlıqlarını, yüksək potensiallarını cəmiyyət həyatının bütün
sahələrində reallığa çevirib ən böyük tarixi qələbələri Azərbaycan dövlətinin qüdrəti ilə
qazansınlar. Bunun əyani sübutunu, gənclərin nəyə qadir olduğunu 44 günlük Vətən
müharibəsində gördük. Yaranmış şərait onu deməyə əsas verir ki, bizim güvəndiyimiz
gənclər bundan sonra da beynəlxalq miqyaslı tədbirlərdə öz sözlərini deyəcəklər.

 

Səməd Zeynalov,
Salyan rayon gənci, YAP fəalı

Azərbaycanda məqsədyönlü gənclər siyasəti
ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır


Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu
gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu
olması hər bir dövlət üçün vacibdir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada
gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi
dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir.
Hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu günümüzün
təsis olunması, ümumiyyətlə, müstəqil Azərbaycanda məqsədyönlü gənclər siyasəti ulu
öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif
dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib. Onun
siyasi irsini öyrəndikcə Azərbaycan gəncliyinə necə böyük diqqət və qayğı göstərdiyinin
şahidi oluruq. Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real
şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, ulu öndər bu sahələrə xüsusi
həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Ümummilli lider öz çıxışlarında da
dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir
ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi,
intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə
yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi
dövründə gənclər siyasətinin əsaslarını yaratmışdı. Həmin dövrdə 15000-dən artıq
azərbaycanlı gənc SSRİ-nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün
göndərildi. Ölkə daxilində də gənc nəslin yetişdirilməsi istiqamətində işlər ən yüksək
şəkildə davam etdirilirdi. Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə
başlaması, ali və orta ixtisas təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların
açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin
formalaşmasına yönəlmiş mühüm addımlardan idi.
Bütün sahələrdə olduğu kimi Azərbaycan elminin də inkişafı istiqamətində
ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən
ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycanda
yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc
nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən
artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının
fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək
və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına
inam artıb.
44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında
olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər
Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi
və komandanlığı altinda əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz
Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır.
Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi
Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə,
dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya
nümayiş etdirdi.
Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan
gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa,
Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an
hazırdır. Yaşasın Ali Baş Komandan İlham Əliyev! Yaşasın müstəqil Azərbaycan və
Azərbaycan gəncliyi!

 

Səbinə Axundova,
Azərbaycan Tibb Universitetinin II kurs tələbəsi

Gənclərimiz könüllülər hərəkatının aparıcı gücüdür


Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün
önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz
onlarla bir addımlayır. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz
siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Ulu öndər Heydər Əliyev çıxışlarının
birində deyib: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər
gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı
dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına,
dövlətinə xidmət etməlidir.”
Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə dövlət və cəmiyyətin
sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında gənclərin iştirakının vacib məsələ olduğunu
diqqət mərkəzinə çəkib. 1994-cü ildə  ümummilli liderin fərmanına əsasən Gənclər və İdman
Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi, 1997-ci
ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsi tariximizin şərəfli
səhifələrindən oldu.
Azərbaycanda müasir Gənclər siyasəti isə 1994-cü ildə başlamışdır. Bu çox əlamətdar
hadisə idi. Bu illər çox ağır illər idi. Azərbaycan böhrandan təzə-təzə çıxırdı. Ölkəmizdə
iqtisadi vəziyyət çox ağır idi. Bütün bunlara baxmayaraq Ulu Öndərin siyasəti nəticəsində
Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Hər il təhsil almaq üçün
Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər Sankt-Peterburqda, Kiyevdə,
Xarkovda, Minskdə təhsil alırdılar, sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə
iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başlayırıdlar.
2001-ci il sentyabrın 3-də  Ulu Öndər elmə verdiyi yüksək qiyməti və gənclərə
göstərdiyi qayğını bir daha əməllərində sübut edərək “Azərbaycan Respublikasının ali
məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalayıb. Bu
Fərman ali məktəblərdə təhsil alan gənclərə öz elmi fəaliyyətlərində daha böyük uğurlar əldə
etmək üçün böyük bir stimul, maddi dəstəkdir.
Ulu öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. O çox yaxşı bilirdi ki,
ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Ümumilli liderin zəngin və möhtəşəm dövlətçilik
fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin
günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin
böyük səyi olmuşdur.
Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham
Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Dövlət idarəçiliyi sistemində gənclərin
iştirakını təmin etmək, onların potensialından düzgün istifadə etmək məqsədilə Prezident
İlham Əliyev 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı təsdiq edib,
“2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı” qəbul olunub.
Hazırda Azərbaycan gəncləri onlara göstərilən etimadı, bu etimaddan irəli gələn məsuliyyəti
başa düşür, öz dövləti və lideri ətrafında sıx birləşməklə bu etimadı doğruldurlar.
Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət
başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Xüsusilə dövlətimizin
başçısının 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-
siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub. 2020-ci ilin “Könüllülər
ili” elan edilməsi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən və gənclərə
qayğıdan xəbər verir. Könüllülər hərəkatı Asan xidmətdən başladı. Və Asan Xidmətdə
işləyənlərin əksəriyyəti gənclərdir. Bugun Asan xidmət bizim milli intellektual innovasiya
məhsulumuzdur.
Bizim gənclərimiz idmanda da böyük qələbələr əldə etmişlər, ölkənin başını uca
ediblər. Son yay olimpiya oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında
14-cü yerdə idi. Bu tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə böyüyüb boya başa
çatmış gənclərimiz əldə edib. Avropa oyunlarında 2-ci yer, İslam və Həmrəylik oyunlarında
1-ci yer olması bir daha göstərir ki, bizim gənclərimiz peşəkardır, iradəlidir, vətənpərvərdir.
Gənclərimiz bugün iqdisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında çalışırlar
və hər zaman önə çəkilirlər. Çünki gənclərin potensialı, fəallığı, onların məsələlərə yeni
baxışları cəmiyyət üçün çox lazımdır. Indiki gənclər üçün imkanlar daha genişdir. Və gənclər
bu imkanlardan daha çox istifadə etməlidir. Çünki biz azad, sabitliyi olan, özünə güvənən,
müstəqil ölkədə yaşayırıq. Gənclər həm öz həyatını düzgün müəyyən etmək üçün və eyni
zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün
şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük
Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya
nümayiş etdirdi. Müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşdü. Çünki
amansız döyüşlərdə könüllü olaraq əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər
oldular. Gənclərimizin fəallığı sayəsində bütün sosial media platformalarında düşmənə
adekvat cavablar verildi. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına
iştirak etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev
bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı
olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda
vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur.”
Azərbaycan gəncləri olaraq bizə işıqlı Azərbaycan qoyub getmiş ulu öndərimiz Heydər
Əliyevin və şəhidlərimizin ruhunu, Prezident İlham Əliyevin inamını və etimadını Vətənə,
millətə, dövlətimizə sədaqətlə xidmət etməyə nə qədər borcluyuqsa, bu işdən bir o qədər də
şərəf duyuruq. Yaşasın müstəqil Azərbaycan, yaşasın azərbaycan gəncliyi, yaşasın Heydər
Əliyev siyasəti və bu siyasəti davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.

 

Nurtən Mehdiyeva,
Salyan rayon Qarabağlı-1 kənd tam orta məktəbin müəllimi, YAP fəalı


Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində
gənclər siyasəti hər zaman xüsusi yer tuturdu


Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli
lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və
möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu.
Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı
olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi
hesab edib. Ulu öndərimizin bu sahədə  həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi
tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi
potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər
zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin
həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək
məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan
Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci
ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən
olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də isə forumun ildönümü münasibətilə
gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 Fevral - Azərbaycan Gəncləri
Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və
dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dövlətin gənclər
siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni
inkişaf mərhələsinə qaldırılıb. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif
sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit
şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə
seçilir.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda çıxış edən
Ümummilli Lider Heydər Əliyev Gənclər Forumunda çıxışında onların qarşısında ölkənin
gələcəyini təmin edəcək vəzifələr qoymuşdu: “Hər bir Azərbaycan gənci hər şeydən çox,
hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Dahi
siyasətçinin bu sözləri qayğısı ilə əhatə olunan gəncliyin vətənpərvər ruhda böyüməsinə və
cəmiyyətin aparıcı qüvvəsinə zəmin yaratdı. Ulu Öndərin gənclər siyasəti möhtərəm
Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Ölkəmizdə gənclərdən ibarət savadlı,
vətənpərvər, gənclər ordusu yetişdi. Bu da Ulu Öndərimizin istədiyi kimi, dövlətimizin 
nəticəsində görülən işlər güclü Azərbaycan gəncliyinin yetişməsinə, bu isə dövlətimizin
daha da güclənməsinə səbəb oldu.
Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata
keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə
dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da
sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər
Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi.
Ümummilli Liderin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri milli gəncliyimizə
rəhbərlik edə biləcək, gənc və təcrübəli bir kadr İlham Əliyev cənablarını yetişdirməsi oldu.
Yeni minillikdə gənc liderlə inamla və ilhamla addımlayan Azərbaycan gəncliyi elm,
mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, siyasət. ictimai və sosialyönümlü
fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi nailiyyətlər əldə etmişdir.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq
məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gənci müzəffəz Ali Baş
komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qəhrəmanlıq dastanı yazdı.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan
qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz
onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa
etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu qələbə ilə məlum
oldu ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün
şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən
müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş
etdirdi.
Tam əminliklə söyləyə bilərik ki, gənclərə xüsusi münasibət bəsləyən, ürəyi daim
gənclərlə olan, onlara arxalanan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
gənclərimiz respublikamızın gələcək inkişafı naminə bütün sahələrdə daha yüksək zirvələr
fəth edəcəklər. Bu gün Azərbaycan gəncliyi ölkəmizin sabahını yalnız prezident İlham
Əliyevə bağlayır, öz həyat və yaradıcılığının xalqına, Vətəninə və dövlətinə həsr
etməyə hazırdır.

 

Araz Hüseynov,
Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi

Cənubi Qafqazın lideri olan Azərbaycan öz resursları və nəhəng layihələri ilə

dünyaya sürətlə inteqrasiya edir


Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm
daşıyır. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi
üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada
xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın malik
olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin
reallaşdırılmasına yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü
rolunu daha da möhkəmləndirir.
Özünün inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycan xarici
ölkə və təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Bu baxımdan, Mərkəzi və Şərqi
Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı
Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.  İkitərəfli münasibətlər
dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq istiqamətində inkişaf edir. Hazırda Türk
Dövlətləri Təşkilatının müşahidəçi statuslu üzvü olan Macarıstan Azərbaycanın strateji
tərəfdaşıdır. Macarıstan həmçinin, Azərbaycanın Avropa İttifaqında ən etibarlı
tərəfdaşlarından biridir. İki ölkənin dövlət və hökumət başçılarının gerçəkləşdirdikləri
qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir.
Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin
Novakın dəvəti əsasında bu ölkəyə rəsmi səfəri deyilənlər baxımından mühüm
əhəmiyyət kəsb edir. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanıb. Sənədlər
içərisində dövlətimizin başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanan
Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə
Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın
bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam
etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı
(TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunur və
TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır. Qeyd edək
ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq
əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin
Nümayəndəlik Ofisi fəaliyyət göstərir.
Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir
və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim
təqdir edir. 2022-ci ilin iyulunda ölkə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının
Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji
Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan
2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.
Həmçinin, ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və
Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq
Saziş imzalanıb. Saziş bu ölkələr arasında yaşıl enerjinin ötürülməsi məqsədilə
Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi
layihəsinin reallaşdırılmasını nəzərdə tutur.
Siyasi təmaslarla yanaşı, iqtisadi sferada da münasibətlərin yüksələn xətlə inkişaf
edən həm Macarıstan, həm də Azərbaycanın geniş iqtisadi potensialı var. Strateji
tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamə, digər qarşılıqlı sənədlər
Azərbaycanla Macarıstan arasında idxal-ixrac əməliyyatlarının artacağına səbəb
olacaq. Macarıstan şirkətləri ölkəmizin kənd təsərrüfatı, nəqliyyat və digər sektorlarına
böyük həcmdə sərmayələr qoyub. Azərbaycan şirkətləri də Macarıstana investisiya
yatırıb.
Əminliklə demək olar ki, bu səfərdən sonra hər iki ölkəni təmsil edən şirkətlər
qarşılıqlı sərmayə yatırımlarını daha da artıracaqlar. Macarıstan “Cənub Qaz Dəhlizi”
layihəsinə önəm verir və dəstəkləyir. Yaşıl enerji layihələrinin reallaşdırılmasında
Macarıstan-Azərbaycan əməkdaşlığını xüsusilə vurğulamaq lazımdır. Bu gün Cənubi
Qafqazın lideri olan Azərbaycan öz resursları və nəhəng layihələri ilə dünyaya sürətlə
inteqrasiya edir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti ilə
Azərbaycan-Macarıstan əməkdaşlığı bu baxımdan böyük dividendlər gətirəcək. Strateji
tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və
Azərbaycan dost ölkələrdir.

 


Təranə Səmədova,
Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbin direktoru

Azərbaycan tarixə qovuşmuş sayılan NABUKKO layihəsini yenidən canlandırır


Bildiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 30 yanvar tarixində
Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatında vaxtilə tarixə
qovuşmuş sayılan NABUKKO layihəsinin indi canlandırıldığını, artıq interkonnektorlar
vasitəsilə Azərbaycan qazının Bolqarıstan, Rumıniya, nəhayət,  Macarıstana və oradan
digər Avropa ölkələrinə çatdırılacağını bildirib. 
Cənab prezident bu barədə müzakirələr aparıldığını qeyd edərək Macarıstanın
Azərbaycan qazının təkcə istehlakçısı deyil, həm də respublikamızdan “mavi yanacağı”
Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcəyini diqqətə çatdırıb və bildirib ki,
enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya
gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, təbii
qazla bağlı uzun illər bundan sonra, ən azı yüz il bundan sonra Avropa üçün etibarlı
tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz etibarlı tərəfdaş
adlandırır.
Prezident İlham Əliyev mətbuata bəyanatında, həmçinin Macarıstanın Baş nazirinin
sözlərini xatırladaraq, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparıldığını, ancaq
maliyyə mənbələri müəyyənləşdirilmədiyi üçün bu təşəbbüsün gerçəkləşdirilmədiyini də
qeyd ediərək bildirib ki, Azərbaycan qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün
ötən illər ərzində fəal çalışıb və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi
layihəsini reallaşdırıb. Son dərəcə müasir enerji infrastrukturu olan həmin dəhlizin uzunluğu
3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz
resurslarını bu kəmərlə çatdırır. 
Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, ötən il Avropa Komissiyası ilə
imzalanan sənədə əsasən, Azərbaycan qaz  təchizatını iki dəfə, bəlkə ondan da çox
artırmağı planlaşdırır: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla
təmaslar da var”.
Bildiyimiz kimi, 2009-cu ildə Ankara müqaviləsinin imzalanması ilə NABUKKO
Konsorsiumu təsis edildi və Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriyanın
iştirakı ilə Türkiyədən Bolqarıstan, Rumıniya və Macarıstan üzərindən keçməklə, Avstriyaya
qədər uzanacaq 31 milyard kubmetr gücündə təbii qaz boru kəmərinin inşası qərarı verildi.
“NABUKKO” Türkiyənin Ərzurum şəhərində “Cənubi Qafqaz” və Trans-Xəzər boru kəmərləri
ilə birləşməli və Avropanın Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə Azərbaycan və
Türkmənistan qazını Avropaya nəql etməli idi. Lakin Trans-Xəzər qaz kəməri ilə bağlı qeyri-
müəyyənlik, kifayət qədər qaz həcminin olmaması, Macarıstanın “MOL” və Almaniyanın
“RWE'” şirkətlərinin NABUKKO-dan çıxması, siyasi dəstəyin olmaması, habelə investisiya
və koordinasiya problemləri layihənin reallaşmasını əngəllədi. Əslində, “NABUKKO”nun bu
böhranı yeni deyildi. Bu layihə ilk dəfə, 2012-ci ildə Azərbaycan və Türkiyə tərəfindən
“Trans-Anadolu” boru kəməri (TANAP) layihəsi irəli sürüləndə baş verdi. Həmin vaxt
NABUKKO layihəsi NABUKKO-WEST-ə çevrildi. Bundan bir il sonra isə Azərbaycan qazının
Türkiyə sərhədindən Yunanıstan və Albaniya üzərindən İtaliyaya nəql edəcək “Trans-
Adriatik'” boru kəməri (TAP) layihəsinin gerçəkləşdirilməsi qarşıya mühüm məqsəd kimi
qoyuldu. 
Yuxarıda qeyd edilənləri yekunlaşdırıb deyə bilərik ki, 2000-ci illərin ortalarında
Avropanın təbii qazla təminatı üçün  Rusiyadan kənar alternativ marşrutların yaradılması
məqsədilə Azərbaycandan Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstandan
keçməklə, Avstriyaya qədər 3300 kilometr uzunluğunda kəmərin çəkilməsini nəzərdə tutan 
NABUKKO layihəsi süni şəkildə qabardılmış siyasi, iqtisadi, ekoloji səbəblər, insan haqları
bəhanəsi ilə pərdələnmiş QHT-lərin pərdə arxası oyunları, sağlam rəqabəti qəbul etməyən,
Azərbaycanın güclü dövlətə çevrilməsini istəməyən bəzi ölkələrin təzyiqləri sayəsində
“donduruldu”. Beləliklə, Rusiyanın “Cənub axını” layihəsinə start verilməklə  NABUKKO
layihəsi icra olunmamış saxlanıldı.  Prezident İlham Əliyevin vurğuladığı kimi, başqa bir
tarixi layihə həyata keçirildi. 2018-ci ildə Cənub Qaz Dəhlizinin başlanğıc seqmenti hesab
olunan TANAP (TransAnadolu), 2020-ci ilin sonunda isə TAP (TransAdriatik) kəmərləri
istifadəyə verildi. Avropanın enerji təchizatında ölkəmizin əhəmiyyəti və beynəlxalq nüfuzu
xeyli artdı.
Son olaraq qeyd edək ki, Türkmənistanla imzalanmış “Dostluq” yatağının birgə 
istismarı, Xəzərin Azərbaycan sektorunda artıq təsdiqlənmiş yeni yataqlar gələcəkdə
Avropanın qaz şəbəkəsinin genişlənməsinə imkan verəcək, Xəzər dənizinin şərqində
yerləşən ölkələrin Azərbaycanın neft-qaz kəmərlərinə qoşulması, tranzit ölkə kimi əlavə 
dividendlər gətirməklə, hərtərəfli iqtisadi münasibətlərin inkişafını şərtləndirəcək. Bütün
bunlar Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, ölkəmizin dünya
miqyasındakı rolunu və əhəmiyyətini getdikcə artıracaqdır.

 

Tahir Gülnəzərov,
Salyan rayon Qarabağlı-1 kənd tam orta məktəbin direktorəvəzi