Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev - Azərbaycan xalqı hər zaman öz Liderinə güvənir və inanır. Prezident İlham Əliyevin şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən ön yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun cənab Prezidentimiz tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir.

Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir.

Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi islahatların strateji hədəfləridir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Siyasi partiyaların Ali Baş Komandan cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinininkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edənmütərəqqi təcrübədir. Son iki il ərzində siyasi partiyalar tərəfindən imzalanmış birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür.

Qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır. Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.

Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən layihələrdən biri də "Cənub Qaz Dəhlizi" layihəsidir. Bu layihənin ölkəmiz üçün çox böyük əhəmiyyətinin olduğu sirr deyil. "Cənub Qaz Dəhlizi" Azərbaycan qazının Avropaya çıxmasını təmin edəcək və bu gün Avropaya da Azərbaycan qazı lazımdır. Layihənin həyata keçirilməsi bugünkü ölkə rəhbərliyinin yürütdüyü düzgün enerji siyasətinin nəticəsidir

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi.



Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Prezident İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, cənab İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!

44 günlük Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq, yenidənqurma işlərinə başlandı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin ediləcəkdir. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.

Ötən 19 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

 

 

Dekabrın 22-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda "Beyin və davranış laboratoriyası”nın açılış mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin üzvü, Psixologiya Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçisi, uzman klinik psixoloq Narınc Rüstəmova, mütəxəssislər və tələbələr iştirak ediblər.
Tədbirdən öncə "Beyin və davranış laboratoriyası”nın açılış mərasimi keçirilib və qonaqlar laboratoriya ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün institutun, eləcə də ölkəmizin psixologiya tarixində əlamətdar bir gündür. Sədr vurğulayıb ki, “Beyin və davranış laboratoriyası”nın yaradılmasında məqsəd eksperimental tədqiqatlar aparmaq, əldə olunan nəticələri beynəlxalq nüfuzlu elmi jurnallarda çap etdirmək, peşəkar kadr potensialının hazırlanmasını həyata keçirməkdir. Elnur Rüstəmov həmçinin qeyd edib ki, Psixologiya Elmi Tədqiqat İnstitutu əlavə təhsil müəssisəsi olaraq Elm və Təhsil Nazirliyi ilə birgə psixoloq və təhsilverənlərin ixtisasartırma təlimlərində fəal iştirak edir. İnstititun fəaliyyətindən bəhs edən sədr bildirib ki, institut indiyədək bir neçə və beynəlxalq elmi konfrans, simpoziumlar, məktəb psixoloqlarının II ümumrespublika konfransı və bir çox elmi tədbirlər təşkil edib. Elnur Rüstəmov dörd kitab, beş metodik vəsaitin hazırlandığını, dörd məqalənin yüksək indeksli elmi jurnallarda dərc edildiyini və bu işlərin uğurla davam etdiyini diqqətə çatdırıb.
BSU-nun rektoru Anar Nağıyev çıxış edərək psixologiya sahəsində bir çox elmi nailiyyətlər əldə etmiş institutun fəaliyyətini yüksək qiymətləndirib. Rektor vurğulayıb ki, hazırda ölkəmizdə psixologiya sahəsinə maraq böyükdür, ona görə də bu sahədə peşəkar kadr hazırlığına ehtiyac var. Anar Nağıyev qeyd edib ki, yaxın günlərdə Bakı Slavyan Universiteti ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı barədə memorandumun imzalanması nəzərdə tutulur. Rektor laboratoriyanın ölkəmizdə psixologiya sahəsində mühüm yeniliklərə yol açacağına, əsaslı elmi araşdırmalara imkan yaradacağına əminliyini ifadə edib və kollektivə uğurlar arzulayıb.
Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Nadir Əlirazlı, uzman klinik psixoloq Narınc Rüstəmova, Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri, dosent Məhərrəm Əliyev təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, “Beyin və davranış laboratoriyası” müasir psixologiya sahəsində tətbiq olunan “QEEG-Quantitative” (Rəqəmsal) Elektroensefaloqramma, “Neurofeedback”, “Neurofeedback robotu”, “Biofeedback”, “tDCS-Transkranial Birbaşa Cərəyan Stimulyasiyası”, “Virtual Reallıq – VR”, “BETA ALFA”, “Beta One və ya liTMS” və digər ən müasir aparatlarla təchiz olunub.













Məşhur Məmmədov

Milli Məclisin deputatı

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir.

Zaman keçdikcə şahidi olduq ki, canından çox sevdiyi xalqına ünvanladığı müraciətdə "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - dəyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyi üçün rəhbər tövsiyə etməkdə nə qədər haqlı və uzaqgörən olub.

Cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

“Mən hər zaman qazilərin yanında olacağam” – sözlərinin müəllifi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqları əsasında ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək edilmiş ödənişlərin məbləği 72 milyon manat təşkil edir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.

Statistikaya nəzər saldıqda, büdcə müzakurələri zamanı şahidi olduq ki, müharibədən sonra Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər.

Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük qayıdış çərçivəsində reallaşdırılacaqdır.

Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.

Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimovun qanunsuz əməlləri

Zərdab rayon sakini Coşqun Məmmədov yaxın günlərdə rayonun Suvarma Sistemləri İdarəsində baş verənlərlə bağlı öz facebook hesabında bir yazı paylaşmışdı.
Bununla bağlı Coşqun bəylə əlaqə saxladıq o, saytımıza verdiyi açıqlmanı təqdim edirik.
“Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov qanunsuz əməllərlə məşğuldur. Yağış suyu ilə suvarılan torpaq sahələrinin güya Suvarma idarəsinin motor stansiyalarının vasitəsilə suvarıldığı sənədləşdirilir və nəticədə tonlarla yanacaq, sürtkü materialları nağdılaşdırılaraq mənimsənilir. rayonda idarəni “yanacaq doldurma məntəqəsi” kimi tanıyırlar.
Kadrların yerləşdirilməsi bərbad vəziyyətdədir. Motor stansiyaların əksəriyyətində bir ailənin üzvüləri işə götürülübdür. Əslində isə motorda cəmi 1 nəfər ailə başçsı işləyir, qalanlarının əmək haqqıları mənimsənilir.
Motor stansiyalarda və suvarma kanallarında Saxta təmir işləri adı altında xeyli dövlət vəsaiti oğurlanır. İşçilərin çoxunun yaşının yuxarı olmasına baxmayaraq, gənc kadrlar işə götürülmür.
Texnikalardan, xüsusilə ekskovatorlardan səmərəli istifadə olunmur və bu texnikaları idarə edən sürücülərinin idarə etmək üçün lazım sənədləri yoxdur. İdarədə karrupsiya hallarını sadalamaqla bitib tükənmir.
Buna görə də idarənin rəisi Əhliman Kərimovun fəaliyyətinin yoxlanılmasını zəruri hesab edirəm. O göstərilən etimadı Bütün aidiyyəti orqanlardan və buna göz yummamağı və mətbuatdan haqq səsimizi lazımı yerlərə çatdırmağı xahiş edirəm. araşdırma aparılsın və cinayətkarlar cəzalandırılsın!”
Qeyd: Əhliman Azad Oğlu Kərimovun rəhbərlik etdiyi idarəni kamersiya obyektinə çevirməsilə bağlı bundan öncə çalışdığı Kürdəmir rayon Molakənd Mexaniki Suvarma İdarəsindən də şikayyət almışdıq. Maraqlıdır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədri Zaur Mikayılovun baş verən qanunsuzluqdan xəbəri var?
Digər tərəflə əlaqə yaratmağa çalışdıq ancaq cəhtlərimiz boşa çıxdı.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!


Bu gün hüquq elmləri doktoru, professor İbrahim Quliyevin doğum günüdür, 71 yaşının tamamıdır.

İbrahim Quliyev Lənkəran şəhərində dünyaya göz açıb. Sonra ailələri Liman şəhərinə köçüb. İbrahim Lənkəran şəhərindəki 4 saylı beynəlmiləl orta məktəbində bir il oxuduqdan sonra təhsilini Liman şəhərindəki 1 saylı beynəlmiləl orta məktəbində davam etdirib. Orta məktəbdən sonrakı fəaliyyətinin bir hissəsi Rusiya Federasiyası ilə bağldır. Moskvada SSRİ DİŞ-in Ali Məktəbini bitirdikdən sonra Rusiyanın Kirov vilayətində uzun illər polis rəisi işləyib.
Sovet milisinin 60 illik yubiley tədbirindəki rus dilində səlis, məzmunlu çıxışı Azərbaycanın DİŞ naziri Arif Heydərovun da diqqətini cəlb edir. Fasilə zamanı İttifaqlar Evinin sütunlu salonunda İbrahim Quliyevlə görüşür, onu Azərbaycana dəvət etmək istədiyini bildirir. SSRİ DİŞ-də İbrahim Quliyevin Rusiyada gərəkli kadr olduğunu bildirsələr də, Arif Heydərov həmyerlimizin Azərbaycana qayıtmasına nail olur.

İbrahim Quliyev Daxili İşlər Nazirliyində fəaliyyətə başlayır. Gəncə hadisərinin qızğın dövründə SƏDM-in müavini təyin olunur, qısa müddətdən sonra isə polis rəisi. Gəncədəki 11 illik fəaliyyət dövründə necə işləyibsə, bu gün də nə gəncəlilər İbrahim müəllimi unudur, nə də İbrahim müəllim gəncəliləri. Sonrakı fəaliyyəti Quba, Yevlax, Yardımlı rayonları ilə bağlıdır.Astara rayon polis şöbəsinin rəisi təyin olunanda Talış-Muğan Respublikası yaratmaq istəyən separatçıların meydan sulayan vaxtları idi. Fövqaləda vəziyyətlə əlaqədar hərbi komendant təyin olunanda hücumlara da məruz qalır. 7 günlük həbs olunsa da, əqidəsindən dönmür. Yenə işinə qayıdır, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir. Separatçılar tam zərərləşdiriləndən sonra Heydər Əliyev cənabları İbrahim Quliyevi və bir qrup lənkəranlını qəbul edir. İbrahim Quliyevin fəaliyyətini xüsusi dəyərləndirir. İbrahim Quliyevi Astara rayon İcra Hakimiyyətinin başçısı təyin edir. İbrahim Quliyev Astaradakı 10 ilə yaxın fəaliyyətilə necə rəğbət qazanıbsa, bu gün də astaralıların ən doğma, ən sevilən insanlarındandır. Həmin illərdə Azərbaycanın ürəyi sanki Astarada döyünürdü. Yubileylər, digər unudulmaz tədbirlər bu gün də iştirakçıların xatirindədir.

İbrahim Quliyev Astaraya gələnədək böyük məktəb keçmişdi, böyük təcrübəyə malikdi.Moskvada İdarəçilik Akademiyasının 1-ci fakültəsini Fərqlənmə diplomuyla bitirmişdi.Məlumdur ki. Azərbaycandan həmin fakültəni bitirən kadrlar barmaqla sayılası qədərdir.
İbrahim Quliyev öz ərizəsilə Astara rayon İcra Hakimiyyəti başçılından azad olunduqdan sonra Moskvada doktorantura təhsilini davam etdirir. Elmi işini müdafiə edib hüquq elmləri doktoru olur. Bir alim olaraq akademik Arif Paşayevin rəhbərlik etdiyi akademiyada fəaliyyətə başlayir. Hüquq kafedrasının müdiri, Elmi Şuranın sədri seçilir. Professor İbrahim Quliyev 56 elmlər namizədinin, 5 elmlər doktorunun rəhbəri olub.
İbrahim Quliyev ötən ildən öz ərizəsilə işdən azad olunub, hazırda təqaüddədir. Lakin elmi yaradıcılığını davam etdirir, respublikanın qaynar həyatında fəal iştirak edir. Respublika Veteranlar Təşkilatı sədrinin müşaviri, Ağsaqqallar Şurasının məclis üzvüdür.
Ömrünün müdrik çağını yaşayan İbrahim Quliyevə sağlam canla uzun ömür, yaradıcılıq uğurları arzulayıram.
Sevda Əlibəyli,
"Söz" jurnalının baş redaktoru





Rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini talan edilmiş təbii sərvətlərdən yayındırmağa çalışır -Aqiyə Naxçıvanlı

“Məlum olduğu kimi, 30 ilə yaxın müddət ərzində davam etmiş işğal dövründə erməni qəsbkarları Azərbaycan ərazilərində soyğun, talançılıq, hərbi cinayətlərlə yanaşı davamlı olaraq ekoloji terror da həyata keçirmişdir.

 Bu əməllər nəticəsində ölkəmizin təbiətinə, su mənbələrinə ciddi ziyan vurulmuşdur. Təəssüflər olsun ki, bu gün də Ermənistanın ölkəmizə qarşı ekoloji cinayətləri davam etməkdədir.Təqdim olunan təsdiqlənmiş məlumatlara görə hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarında aparılan qeyri-qanuni qazıntı və emal işləri nəticəsində təbii sərvətlərin talan edilməsi davam edir.

Eyni zamanda da bu işlər Azərbaycan təbiəti üçün ciddi ekoloji fəsadlar törətməkdədir.Bununla bağlı dekabrın 3-dən Azərbaycan tərəfi sülhməramlı kontigentin komandanlığı ilə danışıqlar aparmış və nəticədə ölkənin müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı monitorinq aparmasına dair razılıq əldə olunmuşdur.

Lakin buna baxmayaraq dekabrın 10-da sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədilmişdir.Sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib. Məhz bu səbəbdən də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyasına başlayıblar. Etirazçıların haqlı tələbləri Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmasından ibarətdir. Bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.”

Bu fikirləri Ermənistanın ölkəmizə qarşı ekoloji cinayətlərini şərh edərkən mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Milli Məclisin üzvü onu da bildirib ki, Ermənistan tərəfi əsassız iddialar əks etdirən bəyanatlar səsləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini problemin mahiyyətindən yayındırmağa çalışır: “Ermənistan tərəfinin guya ki, Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti qətiyyən əks etdirmir. Bu kimi bəyanatlarla rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini öz cinayətlərindən yayındırmağa çalışır. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar.

Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tamamilə ziddir. Həmçinin qeyd olunmalıdır ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları da Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur.

Nəhayət, üçtərəfli Bəyanatın 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Maraqlıdır ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bununla belə son vaxtlar bəzi ölkələrin XİN-ləri tərəfindən məsələyə qərəzli reaksiyalar verilir. Bu isə problemin həlli və vəziyyətin normallaşması istiqamətində aparılan işləri əngəlləyir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


❄ Qiymətlər donduruldu!


Qonaqların xoş istirahətini əsas iş prinsipi olaraq seçən, hər zaman onlara ən əlverişli şərtlərlə otaqlar və xidmətlər təklif edən «İsmayıllı Resort & Hotel» dekabr ayının 11-dən etibarən "Qışa özəl" adlanan növbəti endirim kampaniyasına başlayır.
Artıq həftəiçi 2 gecəlik standart otaq 140 deyil, 90 AZN! Bu fürsəti qaçırmayın! Öncədən rezerv edin!

Qiymətə həmçinin daxildir:
• Səhər yeməyi
• Türk hamamı
• Buxar otağı
• Şok hovuzu
• Fitness mərkəzi
• Uşaq oyun otağı
• Karaoke'dən istifadə

Rezervasiya və əlavə məlumat üçün:
• |

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. O, böyük siyasi və dövlət xadimi, xalqın ümummilli lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. Xalqın Ulu Öndərə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirilmişdi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi. Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərarlar verəcəkdir.
Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etmiş, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarmış, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratmışdır. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır.
Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. O, ağır zamanlarda xalq üçün işıq yolu, xalqı faciələrdən xilas edən bir lider olub. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz ulu öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxmış, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə etmişdir. 1993-cü ildən başlanan inkişaf yolunun uğurları fonunda bu ümumiləşdirməni aparıb deyə bilərik ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında Qurucu və Xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb və qalacaq.
Bu gün Müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi görünür. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir. Azərbaycan gəncliyi bu gün qürurla və iftixarla bu Vətənin övladı olmaqdan məmnunluq duyur. Çünki Prezident-Xalq, Xalq-Prezident birliyi vəhdət təşkil edir. Ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq və xalqımız müdrik rəhbərinin xatirəsini ehtiramla yad edəcəkdir.

Məhəmməd Mehdiyev,
Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru, YAP fəalı
 

GƏDƏBƏYDƏ YENİ RƏHBƏRLİK KÖHNƏ İCRA BAŞÇISININ DÜNYADAN KÖÇƏNLƏRİNƏ RƏHMƏT OXUTDURUR

21-750x1024.jpg

Vüsal Musayev: “Bu sənədləri mən görmüşəm, götürməyimə də ehtiyac yoxdur. Sənin nə qəşəng kostyumun var, vurduğun ətir də gözəldir. Amma, cibində nə qədər pulun var, onu bilmirik”

    araz.az  Deryaz.az-a istinadən bildirir  ki, Prezident İlham Əliyev 05 oktyabr 2021-ci il tarixdə İbrahim Ənvər oğlu Mustafayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzaladı və bu vəzifəyə 11 avqust 2022-ci il tarixdə Orxan Çingiz oğlu Mürsəlov təyin olundu. Qeyd edək ki, Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunana kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında məsul vəzifə sahibi olur. Buradan görünür ki, təqribən bir ilə yaxın müddət ərzində Gədəbəy rayonunda icra başçısı vəzifəsini müavin icra edir və  ötən bir ilə yaxın müddət ərzində əksəriyyətin nəzər-diqqəti, ümumi müzakirələr və s. hansı şəxsin bu rayonun rəhbərliyinə təyin olacağına yönəlir. Nəhayət, 11 avqustda Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olundu və o, ilk günlərdən başlayaraq rayonun Çalburun, Səbətkeçməz, Arısu, İsalı və s. kəndlərində şəhid ailələri və ağsaqqallarla görüş keçirdi, Gədəbəy  şəhərində yerləşən Şəhidlər Xiyabanında oldu, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının məzarlarını ziyarət etdi. Bəli, ilk günlər bu yöndə atılan addımlar hər kəsin nəzərində gənc və enerjili olan Orxan Mürsəlovun, məhz işgüzar vəzifə sahibi olacağı qənaətini formalaşdırdı. Amma, atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli, çox keçmədi ki, bu rayonda özünü doğrultmağa başladı. Yəni, günlər, həftələr, aylar keçdikcə Orxan Mürsəlova olan inam əməlli-başlıca inamsızlığa çevrildi.  Hal-hazırda Gədəbəyin özündə və ətraf yaşayış məntəqələrində baş verənlər, məhz hər kəsi belə qənaətə gəlməyə sövq edir. Məsələn, 11 avqust 2022-ci il tarixdən Gədəbəy RİH-nin başçısı vəzifəsini daşımağa başlayan Orxan Mürsəlov, son vaxtlar sabiq icra başçısı İbrahim  Mustafayevin kadrlarına “əlvida” demək qərarına gəlib. Söylənilənlərə görə, artıq RİH Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Vidadi müəllimlə bağlı belə bir qərar verilib və bu şəxsin daşıdığı vəzifə “hərraca çıxarılıb”. Bundan əlavə bəzi şəxslərə isə, hazırda boş olan «Kamxoz»a rəhbər təyin olunacaqları ilə bağlı “yağlı vədlər” verilib. Söylənilənlərə görə, bu məqsədlə bəzi şəxslərlə məxfi danışıqlar aparıldığının işartıları da hiss olunmaqdadır. Yayılan söz-söhbətlərə görə, Orxan Mürsəlovun icra başçısı təyinatından sonra Gədəbəyin istirahətə yararlı olan meşə zolaqlarına elə bir formada divan tutulur ki, ümumi mənzərəni görüb eşidən hər kəs, sanki öz-özlüyündə “şaxsey-vaxsey” deməli olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev adlı şəxs, bir müddət bundan öncə öz şəxsi hesabına rayonun Qaramurad kəndindən Arqıran kəndinə gedən yolu qaydaya saldırarkən İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin İlyas oğlu Kazımov, yolun qaydaya salınması işlərini görür və bu haqda rayon rəhbərliyinə məlumat ötürür. Həmin günün səhəri Nazim Əliyevi RİH-nə çağrırlar. İcra başçısı Orxan Mürsəlov ona “Sən kimsən ki, yol qaydaya saldırısan? Məgər dövlət yoxdurmu? Dövlət də var, dövlətin pulu da!” deyərək, ona qarşı hərbə-zorba gəlir.

    Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, rayonun İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımov, indiyə kimi Novosaratovka kəndi ərazisində, daha dəqiq desək “N” saylı hərbi hissənin qarşısında təqribən 1 ha torpaq sahəsini zəbt edib. Hətta, bu şəxs həmin ərazidən Şınıxa gedən yolun üstündə 7 (yeddi) ədəd yaşayış evi tikir və az sonra o, tikdirdiyi evləri imkanlı şəxslərə satır.

Şahin  Kazımovun “Spornı” adı ilə tanınan ərazidə Arqıran kənd sakinlərinə məxsus pay torpaqlarında tövlə tikdiyi də bildirilir. Unutmaq olmaz ki, qeyd olunan həmin ərazidə tikinti işləri aparmaq qadağan olunsa da, İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi heç bir tələbə əhəmiyyət vermir və bu yöndə düşündüyü addımını atır. Rayon sakinləri arasında dolaşan söz-söhbətlərə görə, bu şəxs çox böyük təsir imkanına sahibdir. Məsələn, söylənilənlərə görə o, xeyli müddət bundan öncə 30 min “haqq-hesab”ın müqabilində oğlunu RİH Aparatında işə düzəltdirir. Bu şəxsin qardaşı sovxoz direktoru olarkən, sovxozun əmlakını, o cümlədən bir çox texnikaları, mal-qaranı, qoyun-quzunu ələ keçirib mənimsəmələri haqda da məlumatlar dolaşır. Maraqlı hal o olur ki, mənimsəmə faktları ilə bağlı rayon prokurorluğunda araşdırmalar aparılsa da, az sonra bu yöndə davam etdirilən araşdırmalar dayandırılır. Yəqin ki, buna nə səbəb olur, o haqda kimlərsə ətraflı məlumata malikdirlər.

    Bir müddət bundan öncə, rayonun Novosaratovka kəndində ulu öndər Heydər Əliyevin adını daşıyan parkın aşağı hissəsində, daha dəqiq desək Dairə Seçki Komissiyasına (DSK) gedən mərkəzi magistral yolun kənarındakı göstərici- plakat yerli-dibli çıxarılır və yolun kənarı qazılır. Hal-hazırda həmin yolun qazılmış hissəsində heç bir sənədi olmayan yeni obyektin inşaa olunmasına hazırlıq işləri görülməkdədir.

saaa-768x576.jpeg

Gələcəkdə inşa olunacaq obyektin RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevə və İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımova məxsus olacağı söylənilir. İnşa olunacaq bu obyektə dair heç bir sənəd olmasa da, nədənsə rayon rəhbərliyi, yaxud da digər vəzifə sahibləri bununla bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırmırlar, yaxud da heç bir sorğu məktubu göndərmirlər. Yəqin ki, bu obyektin inşa olunması ilə bağlı rəhbərliyin özü ətraflı məlumata malikdir. Dolaşan başqa bir söz-söhbətlərə görə, gələcəkdə həmin obyektdən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunacaq. Hal-hazırda rayonun Slavyanka kəndində, hansı ki, yüksək gərginlikli elektrik xətlərinin altında da, heç bir sənədi olmayan obyektin inşa olunduğu bildirilir. Bu obyektin inşaası Gədəbəy RİH başçısının şəxsi nəzarətində olduğu da vurğulanır.

       Son vaxtlar Gədəbəy rayonunda yaşanan xoşagəlməz olaylardan biri də, hal-hazırda Bakı şəhəri  Səbail rayonunda qeydiyyatda olan Əliyev Nazim Əli oğlunun üz-üzə qaldığı problemin varlığıdır ki, yerlərdə bu problem daha çox müzakirə olunmaqdadır. Məsələn, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev  Səbail rayonunda qeydiyyatda olsa da, o, əslən Gədəbəy rayonundandır. Xeyli müddət bundan öncə o, boya-başa çatdığı bu rayonun Novosaratovka kəndində, hansı ki, şəxsi mülkiyyətində və istifadəsində olan evinin yaxınlığında, Dövlət mülkiyyətində olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsini 15 (on beş) il müddətinə icarəyə götürüb balıqçılıq təsərrüfatı yaratmaq qərarına gəlir. Bu məqsədlə Nazim Əliyev əvvəlcə Gədəbəy Rayon İcra Hakimiyyətinə məktub ünvanlayır.

Nazimin-İcra-Hakimiyyətinə-müraciəti.jpeg

Bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaqda əsas məqsədi, məhz həmin ərazidə Akvakultura obyektlərinin rekreasiya yetişdirilməsini, həmçinin hər il təqribən 5 (beş) ton çəkidə balıq yetişdirib əldə olunan balıq məhsullarının bazar qiymətlərinə uyğun satışını təşkil etməyi nəzərdə tutur. Qeyd edək ki, gələcəkdə təsərrüfat fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmək məqsədilə o, fiziki şəxs olaraq öz adına VÖEN açdırır və üzərinə düşən lazımi öhdəlikləri yerinə yetirəcəyinə qərar verir. Nazim Əliyevin etdiyi bu müraciət əsasında, 08 aprel 2022-ci il tarixdə Gədəbəy RİH tərəfindən qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasının məqsədəuyğun olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə məktub göndərilir. Nazirliyə göndərilən məktub əsasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin sahəyə baxış keçirirlər, lazımi foto-şəkillər çəkirlər. Hətta, onlar akt da tərtib edib, qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasını məqsədəuyğun hesab edirlər.

Ekologiyanin-məktubu-1.jpeg
Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən, Gədəbəy RİH başçısının 09 avqust 2022-ci il tarixli 176/8-6 saylı məktubu və Azərbaycan Respublikası ƏMDX yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 24 avqust 2022-ci il tarixli 2201129843 saylı məktubu əsas götürülür və Nazim Əliyevin icarəyə götürmək istədiyi 1,5 ha torpaq sahəsinin Yerquruluşu Planı təsdiq olunur.
layihə-planı-768x450.jpeglayihə2.jpegÖdəniş-qəbzi-1-768x381.jpeg

 Düzdür, bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə Gədəbəy RİH-nə müraciət etdiyi vaxtlarda və ünvanlanan qurumlardan müsbət cavab gələndən sonra, Novosaratovka kəndindəki evinin yaxınlığında kiçik bir göl olur. Elə ki, Nazim Əliyev bu yöndə müyəyyən işləri görməyə başlayır, o halda bəzi şəxslər onu Gədəbəy RİH-də vəzifə sahibi olan şəxslərlə görüşməyə məcbur edir. Bu şəxsin ilk görüşü RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu ilə baş tutur. Nazim Əliyev bu şəxsin qəbulunda olarkən, Vüsal Musayev ilk söhbəti zamanı ona “Sənin fikirin nədir, nə etmək istəyirsən? Eşitmişik ki, 40 min manat təklif etmisən, əgər pul versən bir həftəyə sənədlərini qaydaya salıb özünə verərəm” deyir. RİH rəsmisinin belə danışıq və təkliflərindən sonra o, ona “mənim o qədər pulum yoxdur” cavabını verir. Az sonra Nazim Əliyev ona “bəs sizin fikiriniz nədir?” deyə sual verir. Vüsal Musayev bu suala verdiyi cavabında “məsləhətləşib sənə bir cavab deyərəm” deyir. Bir həftədən sonra isə, Nazim Əliyevin həyətinə polis əməkdaşları göndərilir və ona bildirirlər ki, “evinin yaxınlığındakı kiçik balıq gölü dağıdılacaq”. O halda o, ləngimədən RİH başçısının qəbuluna yazılır və icra başçısı Orxan Mürsəlovun qəbulunda olur. Həmin vaxt RİH-nin başçısı Nazim Əliyevə “Axı sənədləşmə işlərinin həyata keçirilməsinin qaydalarını Vüsal Musayev sənə başa salıb. Bir də ki, sənin burada heç bir sənədin yoxdur. Biz sənə heç bir sənəd verməyəcəyik” deyir. Nazim Əliyev bu cavabdan sonra rayon rəhbərinin ümumi fikirini başa düşür və ləngimədən RİH tərk edir. O, çox keçmir ki, bu dövlət qurumuna təqdim etdiyi, amma burada çalışan bəzi vəzifə sahiblərinin öz aralarında itbata saldıqları sənədləri təkrar əldə edir. Yəni, Nazim Əliyev bir həftədən sonra 11 saylı Şəmkir Ərazi İdarəsindən sənədlərin surətlərini çıxartdırır, təsdiqlətdirir, daha sonra Qazax rayon şöbəsində möhür vurdurur və təkrar əldə etdiyi sənədləri RİH-nə təqdim etmək qərarına gəlir. Bu məqsədlə o, yenidən Orxan Mürsəlovun qəbulunda olmaq istəsə də, onun belə bir cəhdi heç cür baş tutmur və Nazim ƏliyevVüsal Musayev qəbul edir. Elə ki, o, RİH rəsmisinin qəbulunda olur, o halda Vüsal Musayev ona “Bu sənədləri mən görmüşəm, götürməyimə də ehtiyac yoxdur. Sənin nə qəşəng kostyumun var, vurduğun ətir də gözəldir. Amma, cibində nə qədər pulun var, onu bilmirik” deyir. O halda Nazim Əliyev başa düşdür ki, bu vəzifə sahiblərinin onu get-gələ salmaqda başqa məqsədləri var. Yəni, həmin şəxslərin  niyyətləri ondan pul almaq olur.  

Bütün bunlara baxmayaraq, Nazim Əliyev dəfələrlə Gədəbəy RİH Aparatına müraciətlər etsə də, qeyd olunan ərazidə onun balıqçılıq gölü yaratmasına, buna görə də lazımi ölçüdə torpaq sahəsinin ayrılmasına icra başçısı Orxan Mürsəlov, heç bir sərəncam imzalamır. Baxmayaraq ki, xeyli müddət bundan öncə möhtərəm Prezident İlham  Əliyev  cənabları yerli sahibkarlara ünvanladığı müraciətində qeyd etmişdi ki, “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. O halda sual oluna bilər ki, əgər ölkə rəhbəri yerli sahibkarlara qarşı belə bir yanaşma ortaya qoyursa, bəs səbəb nədir ki, Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov və onun müavini Vüsal Musayev, bu gün də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə qarşı belə bir addımlarını atırlar? Yəni, bu da onu sübut edir ki, hər iki vəzifə sahibinin bu şəxsə bəslədikləri “xor münasibət”, əslində ölkə rəhbərinin iradəsinə zidd getməkdən başqa bir şey deyil.

Başqa bir faktı da qeyd edək ki, hal-hazırda Nazim Əliyevin şəxsi mülkiyyətində bir neçə ağır texnika, o cümlədən ekskvator, traktor və s. var ki, həmin texnikalar Novosaratovka kəndində onun evinə yaxın yolun kənarında dayandırılır. Elə ki, rayon rəhbərliyində olan şəxslər qeyd olunan yoldan, yaxud da həmin yola yaxın ərazidən keçirlər, o halda “Texnikaları yol kənarından götüzdürün” deyə, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlar verirlər. Bundan əlavə, bu şəxsin gələcəkdə balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə, şəxsi vəsaiti ilə alıb çay kənarına üstüstə yığdığı beton piltələri də, çay kənarından götürməyə məcbur edirlər. Yəni, həmin şəxslər beton piltələri gah çay kənarına, gah da çay kənarından başqa yerə daşıtdırırlar. Söz yox ki, bütün bunlar müəyyən xərclər hesabına başa gəlir ki, bu da Nazim Əliyevin  heç bir əsas olmadan əlavə xərcə düşməsinə səbəb olur. Bir sözlə, bu gün Gədəbəy RİH-nin rəhbər şəxsləri bu şəxsə məxsus texnikaları, çay kənarına yığdığı beton piltələri bir yerdən digər yerə daşıtdırmaqla, Nazim Əliyevə qarşı qarşı qisasçılıq etməklə məşğul olurlar.

Bu yöndə atılan addımlar onu sübut edir ki, Nazim Əliyev kiçik bir sahibkar olaraq xeyli vaxtdır ki, Gədəbəy RİH başçısının və onun müavininin belə bir xoşagəlməz hərəkətləri ilə üz-üzə qalıb. Yəni, hər iki vəzifə sahibinin bu şəxsə qarşı göstərdikləri münasibət Nazim Əliyevi zinhara gətirdiyi üçün, artıq o, özünə qəsd etmək zorunda qalıb.

P. S. Redaksiyamıza daxil olan məlumatlara görə, Orxan Mürsəlov icra başçısı vəzifəsinə təyin olunduqdan iki ay sonra, dövlətin verdiyi nəqliyyat vasitəsini bəyənmir və özünə təqribən 190.000 manat dəyərində son model, qara rəngli “Land Cruiser” markalı avtomobil alır. Başqa bir məlumata görə RİH-nin başçısı bu avtomobilin ilkin 100.000 manatını nəğd şəklində ödəyir, qalan 90.000 manatını isə kreditə salır. Bu haqda məlumatlı olan gədəbəylilər deyirlər ki, icra başçısının üçün 90.000 manat nədir ki, üç boş qalan vəzifəni «hərraca çıxartsa» tam şəkildə ödəyəcək.

Nazim Əliyev İcra Başçısının bu özbaşınalığından təngə gəldiyi üçün, Prezident İlham Əliyevə rəsmi məktubla müraciət etdiyi bildirilir.

Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Təəssüflər olsun ki, bu qədər yayımlanan yazıların qarşılığında 
cənab Tahir Məmmədov, Muğanlı kəndində bir ailənin üz-üzə qaldığı problemin araşdırılması yöndə, hələ də aidiyyatı qurumlara heç bir tapşırığını verməyib
        

Bəlkə də, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndində baş torpaq sürüşməsi hadisəsinin yaratdığı fəsadların nəticələri, 2019-cu ilin fevralında bu rayonda və ətraf ərazilərdə baş verən zəlzələnin əmələ gətirdiyi fəsadların nəticələrindən heç də geridə qalmır. Söz yox ki, hər iki hadisə fövqəladə hadisə olduğundan, bu hadisələrin qarşılığında vətəndaşlara dəyən ziyanın aradan qaldırılması dövlətimizin üzərinə düşən əsas vəzifələrdəndir. Sual oluna bilər ki, görəsən baş verən bu təbiət hadisələrindən sonra hər kəsin üz-üzə qaldığı zərər tam şəkildə aradan qaldırıldımı? Yəni, vətəndaş məmunluğu özünü doğrulda bildimi? Əsla yox! Çünki, Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problem hələ də həll olunmayıb. Qeyd edək ki, 2014-cü ildən bu ailənin üzvləri onlara qarşı düzülüb-qoşulan haqsızlıqla bağlı bir çox dövlət qurumlarını məlumatlandırsalar da, bu gün də ortada heç bir nəticə yoxdur.

     Deyəsən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əsas işi, göndərilən məktublara şablom xarakterli cavablar verməkdən ibarətdir

Ortada olan yalnız və yalnız cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən verilən şablom xarakterli cavabların varlığıdır. Diqqət yetirmək lazımdır ki, bu dövlət qurumu ictimailəşdirilən bir çox problemlərlə bağlı əməli addımlarını atmaq əvəzinə, istər PA-dan, NK-dən, istərsə də Nazirliyin özündən göndərilən məktublara başdansovdu cavablar verməklə məşğul olur və bununla da qarşı tərəf öz işlini bitmiş hesab edir.

ARAZMKTUBU

Amma, bu heç də belə deyil! Faktdır ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi üzərinə düşən vəzifəni vaxtlı-vaxtında yerinə yetirmədikcə, yerlərdə vətəndaş narazılığı baş qaldırır, insanların dövlət qurumlarına olan inamı heçə enir. Bu sırada Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının fəaliyyətsizliyi də, heç də diqqətdən kənarda qalmayan məsələlərdəndir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə, Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Tahir Nadir oğlu Məmmədov, bugünə qədər bir neçə dəfə ictimailəşdirdiyimiz, əksər dövlət qurumlarını məlumatlandırdığımız bu problemlə bağlı hələ də susmaqda davam edir. Faktdır ki, bu gün o, ölkə rəhbəri İlham Əliyev cənablarının imzaladığı Sərəncam əsasında Şamaxı RİH-nin başçısı vəzifəsini daşıyır. Deməli, RİH-nin başçısı vəzifəsini daşıyan Tahir Məmmədov, bu gün Şamaxı rayonu ərazisində baş verən, yaxud da gələcəkdə baş verə biləcək problemlərlə bağlı məsuliyyət daşıyır. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemlərin incəliklərini, ötən yazılarımızda bir neçə dəfə tam çılpaqlığı ilə ictimailəşdirmişik.

  Mərhum Yadigar Rəcəbovun ailə üzvlərini üç dövlət qurumunun əməkdaşları “düzdə qoyurlar”

 Yəni, yazıb qeyd etmişdik ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi hadisəsindən sonra, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailəyə dair məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına da təqdim olunur. Həmin vaxt Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən sakinlərin fərdi yaşayış evləri ilə bağlı tərtib olunan ilkin siyahıda, Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirilir və evlər 2014-cü ildə zərərçəkən sakinlərə paylanır. Evlər ailələrə paylanarkən, Şamaxı RİH Aparatından Yadigar Rəcəbova da zəng olunur və ona qeyd olunan əraziyə gəlməsi bildirilir. Telefon zəngindən sonra o, teztələsik həmin əraziyə gedir və evlərin paylanması işlərinə diqqət yetirir. Evlərin paylanması işləri həyata keçirilərkən Şamaxı RİH Aparatında çalışan əməkdaş tərtib olunmuş ümumi siyahıda olan şəxslərin adlarını birbir çəkir. Həmin siyahı üzrə o, Yadigar Rəcəbovun da adını çəkir, o halda yaxın məsafədə dayanan və evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov (Bu şəxs 08 dekabr 2017-ci ildə vəfat edib. Allah rəhmət eləsin!) ərazidə olan şəxslərin  gözləri önündə “Evlər o siyahı üzrə deyil, mənim əlimdə olan siyahı üzrə paylanacaq” deyir. Bəli, əslində bu belə də olur.

                       Rəcəbovlar ailəsi üzvlərinin adları ilkin siyahıdan niyə çıxarılır?

Mərhum Yadigar Rəcəbovun övladları redaksiyamıza çatdırdıqları məlumatlarda bildirirlər ki, “2014-cü ildə atamız Şamaxı RİH Aparatında vəzifə sahibi olan və evlərin paylanması işlərinə cavabdehlik daşıyan şəxslərin “bığının altından” keçmədiyi üçün, ailə üzvlərimizin adları ilkin siyahıdan çıxarılır.

ARAZMKTUBWCWNCW

 Az sonra isə, bizim ailəyə verilməli olan evi Şamaxı RİH-nin əməkdaşları hansısa maraqlar əsasında başqa bir ailəyə verirlər”. Məsələnin diqqəti cəlb edən halı odur ki, Rəcəbovlar ailəsinin üzvlərinə qarşı belə bir haqsızlıq baş verdiyi üçün, Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına bir neçə şikayət ərizələri və teleqramlar göndərir. Bu şəxsin atdığı belə bir addımdan üç gün sonra isə, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailəni Şamaxı RİH əməkdaşları həmin evdən çıxarırlar və ev ötən 8(səkkiz) il ərzində boş qalır. Rəcəbovlar ailəsindən redaksiyamıza daxil olan başqa bir məlumata görə, (Yadigar Rəcəbov 05-008-2022-ci il tarixdə rəhmətə gedib. Allah rəhmət eləsin!) dünyasını dəyişdikdən bir neçə gün sonra, 2014-cü ildə evdən çıxarılmış ailə Şamaxı RİH-nin əməkdaşları himayədarlığı ilə təkrar həmin evə yerləşdirilir.

      2014-cü ildə Yadigar Rəcəbov RİH əməkdaş(lar)ının “bığının altından” keçmir, ona görə də olmazın oyuna düşürlər

   Bütün bunlar onu söyləməyə əsas verir ki, Rəcəbovlar ailəsi üzvlərinin 2014-cü ildən belə bir problemlə üz-üzə qalmalarının kökündə, məhz RİH-də vəzifə sahibi olan şəxslərin günahı olduqca böyükdür.  Bundan əlavə, həmin ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin və yerli icra hakimiyyəti orqanı nümayəndələrinin qol qoyduqları saxtakarlıq da, məhz bu ailənin üzvlərini fərdi yaşayış evi əldə etmək hüququndan məhrum edir. Belə bir haqsızlıqların baş verməsinə əsas səbəb, Yadigar Rəcəbovun evlərin paylanması işlərinə məsul olan vəzifə sahiblərinin “bığının altından” keçməməsi olur. Çünki, dolaşan söz-söhbətlərdə o da qeyd olunur ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən sakinlərə 2014-cü ildə yeni fərdi yaşayış evləri verilərkən, 47 ailədə olan şəxslərin ailə üzvləri RİH tərəfindən “toskı”ya otuzdurulur. Yəni, hər ailədən müəyyən məbləğdə “şirinlik” tələb olunur. Söz yox ki, səslənən belə bir ittiham dolaşan söz-söhbətlərdəndir.

                            Səbəb nədir ki, Şamaxı RİH-nin başçısı özünə qarşı inamsızlıq yaradır?

      Hörmətli oxucular! Biz bir media qurumu olaraq Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi bir neçə dəfə ictimailəşdirmişik və bu problemin əmələ gəlməsi səbəbləri haqda redaksiyamıza daxil olan məlumatları həm geniş ictimaiyyətin diqqətinə, həm də aidiyyatı dövlət qurumlarına çatdırmışıq. Təəssüflər olsun ki, bu qədər yayımlanan yazıların qarşılığında Şamaxı RİH-nin başçı cənab Tahir Məmmədov, rəhbərlik etdiyi rayonun Muğanlı kəndində bir ailənin üz-üzə qaldığı problemin araşdırılması yöndə, aidiyyatı dövlət qurumlarına heç bir tapşırığını vermir. Niyə, hələ ki, bu bəlli deyil! Axı, Şamaxı RİH-nin başçı səlahiyyət sahibi olan şəxsdir və o, 2014-cü ildə Rəcəbovlar ailəsinə qarşı düzülüb-qoşulmuş haqsızlığın araşdırılması üçün, bu gün hüquq-mühafizə orqanlarına lazımi tapşırıqlarını verə bilər. Əgər bu problemin əmələ gəlməsi səbəbləri araşdırılıb əsl həqiqətlər üzə çıxarılarsa, o halda hər kəsin, o cümlədən Yadigar Rəcəbovun ailə üzvlərinin də rayon rəhbərliyinə olan inamı daha da artar.

             Ölkə rəhbərinin verdiyi tapşırıqları cənab Tahir Məmmədov necə yerinə yetirir?

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları hansı şəxsi şəhər və rayonlara icra başçısı vəzifəsinə təyin edirsə, həmin şəxsə “Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz. Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki, hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm” deyə lazımi tapşırıqlarını verir. O halda sual oluna bilər ki, görəsən  Şamaxı RİH-nin başçı cənab Tahir Məmmədov, ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqları lazımınca yerinə yetirirmi? Əsla yox! Çünki, bu qədər yazıların qarşılığında RİH başçısının mərhum Yadigar Rəcəbovun ailə üzvlərinə qarşı göstərdiyi sayğısızlıq, məhz qeyd olunanları tam şəkildə sübut etməyə əsas verir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.