Son xəbərlər

 

 

İraqın Baş Nazirinə qarşı sui-qəsd hazırlanırmış

İraqın Baş Naziri Mustafa əl-Kazımiyə qarşı onun Mosul şəhərinə səfəri zamanı sui-qəsd

hazırlanırmış. “Qafqazinfo” “Sky News Arabia” telekanalına istinadən bildirir ki, bu barədə siyasətçi özü danışıb.  

Baş Nazirin sözlərinə görə, ona bu barədə məlumatı ölkənin güc strukturları təqdim edib.

 

Qeyd edək ki, Mustafa əl-Kazımı bu ilin mayın 7-dən İraqın Baş Naziri vəzifəsini icra edir.