Qazaxıstan bankları Rusiyadan ödənişlərin həyata keçirilməsi müddətini iki-üç həftəyə qədər artırıb.

 

Axar.az xəbər verir ki, bunu “Opora Rossii”nin rəhbəri Nikolay Dunayev deyib.

Onun sözlərinə görə, “Halyk Bank” Rusiyadan ödənişləri qəbul etməkdən tamamilə imtina edib.

Rusiya mətbuatı isə bildirir ki, dollarla ödənişlərdə ləngimə uzun müddətdir müşahidə olunur, 2024-cü ilin fevral ayının əvvəlindən milli valyuta ilə əməliyyatlarda çətinliklər yaranıb. Ekspertlər vurğulayırlar ki, Qazaxıstan bankları Qərb ölkələrinin ikinci dərəcəli sanksiyaları altına düşmək qorxusundan Rusiyadan gələn ödənişləri daha dərindən yoxlamağa başlayıb.

Qeyd edək ki, daha əvvəl Çin və Türkiyənin bəzi bankları Rusiyadan olan iş adamları ilə işləməkdən imtina edib, BƏƏ bankları Rusiyadan ödənişlərin qəbulu ilə bağlı tələblərini sərtləşdirib.