Salam haqqında “çox istedadlı” ifadəsini istifadə etmək yersizdir.

Salam 90-cı illərdə “istedadlı şair” idi – çünki gənc idi, yeni başlamışdı və öz fərqli istedadı, bənzətmələri, deyimləri ilə məcazı müstəqimliyə dəyişib, fərqli alleqoriyalar və təzadlar toqquşması yaratmağı bacarırdı.

İndi Salama “istedadlı” sözü yaraşmır – o, Azərbaycan poeziyasının bəlli tsikli üçün burulğandır, tufandır, söz fırtınasıdır.

Salamın “Biləcəridən o tərəfə” keçməsi çox çətindir. Ona görə yox ki, onun poetik imkanları buna qadir deyil; ona görə ki, Salam – dil faktorudur, dil hadisəsidir və belə şəxsləri tərcümə etmək o qədər çətindir ki... Yəni mümkünsüzdür.

Salam dilin “təbiət hadisəsidir” – o zəlzələni hiss etmək üçün bu dili bilmək azdır, həm də deyimlərinə, duyumlarına, ibarələrinə, dilin çoxmənalılığına bələd olmalısan.

“Salam Tanrının Azərbaycan poeziyasına salamıdır” – səhv etmirəmsə, nə vaxtsa Salamın öz üslubuna bənzəyən bu təşbehdən istifadə edilib. Amma bunun bir az redaktəyə ehtiyacı var, sanıram.

Salam Füzulinin 16-cı əsrdəki salamıydı və bu salamı 21-ci əsrdə də alan olmadı: bir az bədii dilinə görə, bir az da elə öz dilinə - təzadlı xarakterinə, hədləri aşan ifadələrinə görə.

Salamın içində nə tüğyan etdiyini kimsə bilmədi; bilinən o oldu ki, tündməcazdır, cığaldır, həddi qorumur – poeziyası kimi!

Yazdıqlarını yaşayıb bu 58 ildə!

Məcazı müstəqimliyə çevirmək xarakterindənmi Salam meyxanəyə meyilli oldu? – çətin sualdır. Amma sığındığı “yer” ona xəyanət etdi – zatən, dünya duracaq, araq sığınacaq yer deyil axı!

Sözlə oynamaq ağırdır, çətindir, adamı içdən yeyir – bir də sözə gücün çatmayanda meyə meyil salmaq ikiqat fəsad yaradır. Həm də onda “salama” xəyanət etmiş olursan – bu Salam ədəbiyyatın, poeziyanın və sözündürsə, ikiqat günah olur.

Sözün də Vətəni var – bu Vətənə sonradan vətəndaşlıq almaq mümkün deyil; bu Vətən vətəndaş qəbul etmir – baxmayaraq ki, burda çoxlu qanunsuz miqrant var, ömrünü bu Vətənin “sığınacağında” başa vuran və ömrü uzunu deportunu gözləyənlər saysız-hesabsızdır.

Bu Vətənin vətəndaşı olmaq üçün bu Vətənin vətəndaşı kimi doğulmaq lazımdır.

Salam bu Vətənin vətəndaşıdır – bəlkə də bu Vətənin vətəndaşları üçün nəzərdə tutulan yaradıcılıq evlərini köçkün-qaçqın miqrantlar “məşğul etdiyi”nə, bəlkə “qara fəhlələrin” sözün ayağını qazdığına, bəlkə də... – yazılası mümkün olmayanlara görə doğma Vətənində doyunca, rahat-rahat yaşaya bilmir.

Salam indi xəstədir, halı heç yaxşı deyil və onun üçün Vətəninə sözlər-dualar göndəririk.

Ancaq adama elə gəlir ki, Salam sadəcə qanunsuz miqrant-qaçqınların, bu Vətənə soxulanların – yəni “ermənilərin ucbatından” öz Vətənini atıb, getmək istəyir; sanki intihar edir və indi yox – illərdir, bəlkə də onillərdir.

Heyf, Füzulinin ədəbiyyata verdiyi salamı 500 il sonra da alan olmadı, Füzulinin salamı yenə yerə - yatağa düşdü...

Heç olmasa indi, “canı canan diləyəndə” Füzuliyə baş əyək:

- Əleykümsalam, ustad!

21 İyun 2024 Sübhədək ulayan, şeir yaza bilməyən Şəhriyar...
15 İyun 2024 Hüseyn Kürdoğlunun 90 illik yubileyidir
08 İyun 2024 Nazirlikdə işdən buna görə çıxdım – Şərif Ağayar
06 İyun 2024 Səməd Vurğun özünü öldürmək üçün damarını kəsib – Səbəb
04 İyun 2024 Anasının sevgilisinə görə qaçaq düşən şair
18 May 2024 AYB sədri deputat olmağa hazırlaşır? - Açıqlama
03 May 2024 Yazarlar “Ədəbiyyat adamı” mükafatı aldılar
03 May 2024 Bu bayramı ölkəyə bizim ailə gətirdi
02 May 2024 Bir gün “Salam, sağ ol” deyəcəyik...
01 May 2024 Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? - Yazıçı
15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı