Təsəvvür edin, Astara Pedoqoji Kolleci adlanan təhsil müəssisəsinə əvvəllər kənd yerindən 2 inək sataraq daxil ola bilirdilər.

 

Bunu Axar.az-a təhsil eksperti Elşən Qafarov elm və təhsil naziri Emin Əmrullayevin kollec məzunu olan müəllimlərlə bağlı sözlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, qeyri-qanuni şəkildə kolleclərə qəbul olan həmin şəxslər dərslərdə belə iştirak etmədən sonda diplom alıblar:

“Elələri var ki, mövsümdən-mövsümə təhsil müəssisəsinin qapısını açıb, direktorla görüşüb, bir gün də olsa, parta arxasında oturmayıb, sonra da oradan alınan diplomla gəlib tədris müəssisəsində dərs deməyə başlayıb. Astarada 1700-dən çox müəllim var ki, 1000-i kollec məzunudur. Aralarında yüksək bal toplayanlar tək-tükdür. Bu da onların şəxsi məsuliyyətindən irəli gəlib”.

O bildirib ki, təhsil islahatları çərçivəsində kolleclər birmənalı olaraq ləğv edilməlidir:

“İllərdir bunu təklif edirik ki, ali təhsil 4 səviyyəyə gətirilsin və subbakalavr təhsili ayrıca struktur formasında yox, ali məktəblərdə verilsin; 1-2-ci kurslar subbakalavr, 3-4-cü kurslar bakalavr, 5-6-cı kurslar magistr, ardınca isə doktorantura. Xaricdə ali təhsil səviyyələri bu şəkildədir, ona uyğunlaşdırmaq lazımdır”.

Ekspert hazırda sertfikasiya nəticələrinin hələ analiz mərhələsində olduğunu bildirib:

“Tam rəqəmlər ortaya çıxsın, sertfikasiyadan keçə bilməyənlərin hansı kollecin, hansı universitetin məzunları olduğu statistikası açıqlansın. Bu, pedaqoji kadr hazırlayan təhsil müəssisələrinin də məsuliyyətini artırar”.

Qeyd edək ki, iyunun 27-də təhsil naziri Emin Əmrullayev Astara rayonu üzrə zəif nəticələrin çoxluq təşkil etdiyini deyərək, bu rayonda hər üç müəllimdən biri ilə əmək müqaviləsinə xitam veriləcəyini elan edib.

30 İyun 2024 Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
30 İyun 2024 BMT baş katibi türk ölkəsinə gəlir
29 İyun 2024 Bayden debatı uduzdu: yerinə kim gələ bilər?
29 İyun 2024 Türkiyə III Dünya savaşına hazırlaşır – Risk artır
28 İyun 2024 “İslam dinində halal sayılan və sayılmayan musiqilər var“ - DİN XADİMİ
28 İyun 2024 Pezeşkianın vədlərində qeyri-adi heç nə yoxdur - Həsəni
28 İyun 2024 MSK seçki prosesinə start verəcək
28 İyun 2024 ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi
28 İyun 2024 Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen
28 İyun 2024 Təbii fəlakət bölgələrə ziyan vurur - Deputatdan çağırış
28 İyun 2024 Natiq Qasımovun anası ilə bağlı gözəl qərar...
28 İyun 2024 Bu məmulatların idxalı rüsumdan azad olunur
28 İyun 2024 ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış
28 İyun 2024 Qohum evliliyini qadağan edən layihə təsdiqləndi
28 İyun 2024 Pezeşkian şəhərimizi öz adı ilə yazdı – Şahçılar dəli oldu
28 İyun 2024 Pezeşkianın rəqibinin azərbaycanlı olduğu təbliğ edilir
28 İyun 2024 Şüvəlanda gecə 4-də qətliam, “yeni Xomeyni”yə eyham...
28 İyun 2024 Mask seçki debatını şərh etdi: Danışan kuklalar...
28 İyun 2024 Dadına görə yeyilməsə də...
28 İyun 2024 Şəhid atası vəfat etdi
28 İyun 2024 Bu çimərliklər təhlükəlidir: boğulmalar çox olur
28 İyun 2024 Ya seçkiləri boykot edin, ya da Pezeşkiana səs verin!
28 İyun 2024 Yetirmişlidən zəlzələ açıqlaması: Nağıllara inanmayın!
27 İyun 2024 Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!
27 İyun 2024 Astarada hər 3 müəllimdən biri ilə sağollaşacağıq - Nazir
26 İyun 2024 Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Türkiyə MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Qriqoryan: Bakıdan onuncu sülh paketini aldıq
26 İyun 2024 İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi
26 İyun 2024 Duzla balı qarışdırın: enerjini artırmağın ilginc üsulu