Zəfərimizdən sonra misilsiz dinc quruculuqda fəal iştirak edən, onu qoruyan Azərbaycan hüquq mühafizə orqanlarını ləkələmək üçün cinayətkar bir şəxsin Şüvəlanda qətlə yetirdiyi üç polisin üzərindən dövlətimizə qarşı hibrid savaş aparılır.

 

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, Vətən müharibəsində Milli Qəhrəman zirvəsinə ucalan, dövlətçiliyin qurulmasında Ulu öndərin peşəkarlıq və rəşadət məktəbini keçən polis sisteminə qarşı son 3 gündə informasiya terroru daha da intensivləşib:

“Halbuki demokratik Qərbdə polis rəftarının qlobal miqyaslı etiraz aksiyalarınna səbəb olduğu, aşırı güc tətbiqi ilə bağlı “Amnesti İnternational”ın ayrıca hesabatları hamıya məlumdur:.Lakin son hadisə ətrafında səfərbər olunan qüvvələrin açıq şəkildə dövlətimizə verdikləri mesaj on illər ərzində aparılan antiazərbaycan siyasətinin davamıdır. İlk növbədə, onlar demək istəyir ki, sərhədlər bağlı olsa da, sabitliyi poza bilərlər. Hadisənin xronologiyası, zaman seçimi - Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin ad günündə - 23-dən 24-nə keçən gecə, səhər saat 4-də törədilməsi, özünü “Zəmanəsinin Xomeynisi” sayan şəxsin gec-tez gələcəyinə işarələr edilməsi siyasi təqvimlə işləyən radikal hüseynçi qüvvələrin, ölkəmizə düşmən olan dairələrin “istənilən anda müdaxilə edərik” mesajı məkrli bir siyasətin aparıldığını göstərir. Göründüyü kimi, yaddaşımızı təzələyənlər “Şüvəlanı yeni Nardaran”a çevirməyə çalışmaqla bir vaxtlar dini müqavimət məkanına çevirdikləri bir kəndin yaddaşını oyatdıqlarını, onu yaşatdıqlarını nümayiş etdirirlər. Bakı kəndləri amilini işə salmaqla, din, namus-qeyrət mental kodunu istismar etməyə cəhd etməklə, hakimiyyətə qarşı əllərindən çıxan yerli əhali amilini təzədən dirçəltmək istəyirlər. Məhz Şüvəlanın, Birinci vitse-prezidentin bir vaxtlar təsmilçisi olduğu rayonun adını hallandırmaq, ləkələməyə çalışmaqla, “Paşa Holdinq”in məsələyə bağlılığı iddiasını irəli sürməklə hansı avantürst planlara əl atıldğı aşkar görünür. Məqsəd Vətən müharibəsindən sonra Prezident və birinci xanımın yüksələn nüfuzuna kölgə salmaqdır.

“Şüvəlan-Gəncə paralellərini” yaratmaq, Gəncə hadisəsini, 2018-ci illərdə təxminən eyni vaxtda - 3 iyulda baş verən terror aktını xatırlatmaqla “biz varıq, hər yerdəyik” çağırışları 44 gündə məğlub olan qüvvələrin daxildə cəbhə açmağa fürsət axtardılarını göstərirlər. Onlar dünən Söyüdlü kəndindəydilər, bu gün Şüvələnda, sabah digər ərazilərdə toqquşma ocağı yaradıb, ondan yararlanmaq istəyəcəklər. Polislərin qatilinin Rövşən Allahverdiyevin “Yunis Səfərov” adlandırılması, paralellərin aparılması da deyilənlərə sübutdur. Lakin işğal dövründə olduğundan daha artıq, indi Azərbaycan polisi dövlətin qoruyucusu və qurucusu olaraq qalacaq. Biz hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyanı dövləti zəiflətmək planı sayaraq, onu qətiyyətlə pisləyirik”.

30 İyun 2024 Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
30 İyun 2024 BMT baş katibi türk ölkəsinə gəlir
29 İyun 2024 Bayden debatı uduzdu: yerinə kim gələ bilər?
29 İyun 2024 Türkiyə III Dünya savaşına hazırlaşır – Risk artır
28 İyun 2024 “İslam dinində halal sayılan və sayılmayan musiqilər var“ - DİN XADİMİ
28 İyun 2024 Pezeşkianın vədlərində qeyri-adi heç nə yoxdur - Həsəni
28 İyun 2024 MSK seçki prosesinə start verəcək
28 İyun 2024 ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi
28 İyun 2024 Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen
28 İyun 2024 Nazir bu müəllimlərin 1/3-ni yola salır - Səbəb
28 İyun 2024 Təbii fəlakət bölgələrə ziyan vurur - Deputatdan çağırış
28 İyun 2024 Natiq Qasımovun anası ilə bağlı gözəl qərar...
28 İyun 2024 Bu məmulatların idxalı rüsumdan azad olunur
28 İyun 2024 ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış
28 İyun 2024 Qohum evliliyini qadağan edən layihə təsdiqləndi
28 İyun 2024 Pezeşkian şəhərimizi öz adı ilə yazdı – Şahçılar dəli oldu
28 İyun 2024 Pezeşkianın rəqibinin azərbaycanlı olduğu təbliğ edilir
28 İyun 2024 Mask seçki debatını şərh etdi: Danışan kuklalar...
28 İyun 2024 Dadına görə yeyilməsə də...
28 İyun 2024 Şəhid atası vəfat etdi
28 İyun 2024 Bu çimərliklər təhlükəlidir: boğulmalar çox olur
28 İyun 2024 Ya seçkiləri boykot edin, ya da Pezeşkiana səs verin!
28 İyun 2024 Yetirmişlidən zəlzələ açıqlaması: Nağıllara inanmayın!
27 İyun 2024 Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!
27 İyun 2024 Astarada hər 3 müəllimdən biri ilə sağollaşacağıq - Nazir
26 İyun 2024 Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Türkiyə MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Qriqoryan: Bakıdan onuncu sülh paketini aldıq
26 İyun 2024 İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi
26 İyun 2024 Duzla balı qarışdırın: enerjini artırmağın ilginc üsulu