dadina-gore-yeyilmese-de
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir.

“Qafqazinfo” xəbər verir ki, güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrində xüsusilə sevilir.

Amerikalı bağban Emi Qoldmanın yazdığına görə, şamama ən azı min ildir ki, məlumdur. Böyük Britaniya kraliçası Annanın cib qovunu kimi tanınan şamama ABŞ-ın bostanlarında alaqotu kimi böyüyüb. Onun Şimali Amerikaya aparılması fransızlarla əlaqələndirilir.

Ərəb dilindən adının tərcüməsi xoş, gözəl qoxu mənası verən şamamanın ləti şirin deyil, lakin təbiət ona inanılmaz ətir bəxş edib. Onun yetişmiş meyvəsi təbii və zərərsiz təravətləndirici olaraq otağı 10 gün müddətində, yəni meyvə yumşalmağa başlayanadək xoş ətir ilə doldura bilər.

Şamamanın meyvələrini dəbdəbəli paltarlarının cibində ətirli top kimi saxlayan Viktoriya dövrünün xanımları da onun ətirli xüsusiyyətləri barədə məlumatlı idilər. Həmin dövrdə cib və çantada gəzdirilən şamamadan bədən qoxusunu gizlətmək üçün bir ətir kimi istifadə olunurdu. Keçmişdə şamama evin bir sıra yerlərindən asılar, gəlin cehizinə əlavə edilər, paltar arasına və əsgərliyə gedənlərin boğçasına qoyularmış. Tibdə şamama iyləmənin beyin üçün çox faydalı olduğu qeyd edilir.

Müasir dövrdə də şamama ətrinin xoş əhval-ruhiyyə yaratdığı, depressiya və streslə mübarizə aparmağa kömək etdiyi, əsəb gərginliyini aradan qaldırdığı məlumdur. Lakin bütün yaxşı şeylər kimi, şamamanın istifadəsi də odekolon, daha sonra ətirlərin yaranması ilə unuduldu. Halbuki onun ətri təbiidir və sağlamlıq üçün daha faydalıdır.

30 İyun 2024 Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
30 İyun 2024 BMT baş katibi türk ölkəsinə gəlir
29 İyun 2024 Bayden debatı uduzdu: yerinə kim gələ bilər?
29 İyun 2024 Türkiyə III Dünya savaşına hazırlaşır – Risk artır
28 İyun 2024 “İslam dinində halal sayılan və sayılmayan musiqilər var“ - DİN XADİMİ
28 İyun 2024 Pezeşkianın vədlərində qeyri-adi heç nə yoxdur - Həsəni
28 İyun 2024 MSK seçki prosesinə start verəcək
28 İyun 2024 ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi
28 İyun 2024 Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen
28 İyun 2024 Nazir bu müəllimlərin 1/3-ni yola salır - Səbəb
28 İyun 2024 Təbii fəlakət bölgələrə ziyan vurur - Deputatdan çağırış
28 İyun 2024 Natiq Qasımovun anası ilə bağlı gözəl qərar...
28 İyun 2024 Bu məmulatların idxalı rüsumdan azad olunur
28 İyun 2024 ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış
28 İyun 2024 Qohum evliliyini qadağan edən layihə təsdiqləndi
28 İyun 2024 Pezeşkian şəhərimizi öz adı ilə yazdı – Şahçılar dəli oldu
28 İyun 2024 Pezeşkianın rəqibinin azərbaycanlı olduğu təbliğ edilir
28 İyun 2024 Şüvəlanda gecə 4-də qətliam, “yeni Xomeyni”yə eyham...
28 İyun 2024 Mask seçki debatını şərh etdi: Danışan kuklalar...
28 İyun 2024 Şəhid atası vəfat etdi
28 İyun 2024 Bu çimərliklər təhlükəlidir: boğulmalar çox olur
28 İyun 2024 Ya seçkiləri boykot edin, ya da Pezeşkiana səs verin!
28 İyun 2024 Yetirmişlidən zəlzələ açıqlaması: Nağıllara inanmayın!
27 İyun 2024 Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!
27 İyun 2024 Astarada hər 3 müəllimdən biri ilə sağollaşacağıq - Nazir
26 İyun 2024 Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Türkiyə MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
26 İyun 2024 Qriqoryan: Bakıdan onuncu sülh paketini aldıq
26 İyun 2024 İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi
26 İyun 2024 Duzla balı qarışdırın: enerjini artırmağın ilginc üsulu