Son xəbərlər

 

Azərbaycanda ilk dəfə himayədar ailə modeli yaradılıb.

Layihənin əsas özəlliyi valideyn himayəsindən məhrum olan uşaqların müvəqqəti övladlığa verilməsidir.

Axar.az Baku TV-yə istinadla xəbər verir ki, 0-18 yaş arası uşaqların ailə mühitində böyüməsinin onların mənəvi və psixoloji inkişafına müsbət təsiri nəzərə alınaraq beynəlxalq təcrübənin ölkəmizdə də tətbiqinə başlanılıb.

Hələlik isə 10 uşaq himayədar ailəyə verilib.

Bəs himayədar ailə üçün tələblər nədir?

Sosial Xidmətlər Agentliyinin departament müdiri Cavid Şahmalıyev bildirib ki, himayədar ailə müraciəti üçün elektron altsistem yaradılıb:

“Vətəndaşlar notarial qaydada elektron ərizə almaqla, şəxsi kabinetlər açmaqla himayədar ailəyə müraciət edirlər. Onların müraciəti bizdə göründükdən sonra müsahibə və müayinələr başlayır. Bunlar bitdikdən sonra himayədar ailələr təlimlərə cəlb olunurlar. Bir aydan sonra uşaqla ailənin uyğunlaşmasına baxılır. Hazırda müraciətlərin sayı az, uşaqların sayı çoxdur deyə uyğunlaşma asan gedir”.

Qeyd edək ki, himayədar ailə layihəsinin qəyyumluqdan bir fərqi də subay və dul şəxslərə də 18 yaşına qədər saxlamaq üçün uşağın verilməsinə şəraitin yaradılmasıdır. Həmçinin həmin şəxslərə müavinət veriləcək.

“0-18 yaş arası sağlam uşaqları götürənlər dövlət tərəfindən müavinət əldə edirlər. Müavinət 355-395 manat arasıdır. Bu da uşağın yaşından asılıdır. Məsələn, 0-6 yaş arası uşaqlara 355 manat, yaşı daha çox olan uşaqlara isə 395 manat müavinətin verilməsi nəzərdə tutulub. Əlilliyi olan uşaqlar üçün isə 395-430 manat müavinətin verilməsi nəzərdə tutulub”, - deyə departament müdiri qeyd edib.

Daha ətraflı süjetdə:

 
26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu
07 Mart 2024 Pensiyaçıların nəzərinə: Bakı, Sumqayıt...