İrəvanda nəqliyyat iflic vəziyyətə düşüb.
Axar.az xəbər verir ki, marşrut avtobusların sürücülərinin tətili səbəbindən çıxılmaz durum yaranıb.
Hazırda taksi xidmətlərinin qiymətləri də yüksəkdir, bəzi vətəndaşların ondan istifadə etmək imkanı yoxdur.
Avtobus sürücüləri səhər saatlarından aksiya keçiriblər. Onlar əmək haqqının artırılmasını tələb edirlər. Artıq 40 sürücü işdən çıxarılıb.