Bakı Metropoliteni QSC-nin elektrik xətlərində gərginlik qısamüddətli aşağı düşüb.
Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Məlumata görə, hazırda metronun Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır.
Xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1-2 dəqiqə gecikmələr müşahidə olunub. Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır.
Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb.