11:19
"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.
Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Şirkətdən istehsalın və satışın dayandırılması faktı təsdiqlənib.
Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.
"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir.
***
“Səba” Açıq Səhmdar Cəmiyyətinin istehsalı və satışı dayandırması barədə məlumat yayılıb.
Məsələ ilə bağlı şirkətdən Trend-ə bildirilib ki, "Səba" öz fəaliyyətini dayandırmayıb.
Səba ASC digər fəaliyyət istiqamətlərində olduğu kimi, quşçuluğu da 100 faiz təsisçisi özü olduğu törəmə MMC yaradıb və fəaliyyəti ona ötürüb. Hazırda "Səba" brendi ilə toyuq ətinin istehsalı davam edir. "Səba" brendi ilə toyuqların satışı davam edəcək. İstehsalatdakı əməkdaşlar da artıq həmin MMC-nin əməkdaşlarıdır. Fəaliyyətdə hər hansıə dayanma və ya bağlanma yoxdur. Səba ASC də hüquqi olaraq öz fəaliyyətini davam etdirir", - ASC-dən qeyd edilib.
Qeyd edək ki, 1997-ci ildə dövlət qeydiyyatına alınan Səba ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.