Sosial şəbəkələrdə kriminal aləmi təbliğ edən səhifələr yaradılıb.
Müxtəlif mahnı, video və fərqli işarələr nümayiş olunur.
Xezerxeber.az xəbər verir ki, son vaxtlar belə paylaşımların sayı artıb. Vətəndaşlar isə bu təbliğatları kiçik yaşlı uşaqlar üçün təhlükəli hesab edir.
Məsələ ilə bağlı Daxili İşlər Naziliyindən ''Xəzər Xəbər”ə' bildirildi ki, sözü gedən səhifələr ilə bağlı araşdırmalar aparılır.
Nazirlikdən o da bildirildi ki, son iki ayda 100-ə yaxın belə səhifə adminləri polis əməkdaşları tərəfindən müəyyən olunub və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.