Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda ümumilikdə 351 oteldə və keytrinq xidməti ilə məşğul olan 59 obyektdə qiymətləndirmə həyata keçirilib.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, aparılan qiymətləndirmə zamanı ümumilikdə 264 qida obyektində (231 otel və 33 keytrinq xidməti) qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu faktı aşkarlanıb və həmin nöqsanların aradan qaldırılması ilə bağlı müəssisələrin rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Görülən tədbirlər nəticəsində otel və keytrinq müəssisələri tərəfindən aşkarlanmış nöqsanların mühüm bir hissəsi aradan qaldırılsa da, onlardan 15 otel və 14 keytrinq xidməti obyektində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı nöqsanların aradan qaldırılmadığı məlum olub.

AQTA tərəfindən nöqsan aşkar edilən otellərlə bağlı məsələnin nəzarətə götürülməsi və səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib.

Agentlik tərəfindən aparılan təkrar monitorinqlər zamanı ciddi uyğunsuzluq müəyyən edilmiş otellərin və keytrinq xidməti ilə məşğul olan obyektlərin siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

04 Dekabr 2024 Azərbaycanda ən çox yağıntı hansı bölgəyə düşüb?
04 Dekabr 2024 İstanbul-Bakı aviareysi ilə gələn azərbaycanlı saxlanıldı
04 Dekabr 2024 Bakıya leysan yağacaq – Xəbərdarlıq
04 Dekabr 2024 Yol polisindən piyadalara müraciət
04 Dekabr 2024 Bu bağça modeli çox bahalıdır - Nazir
04 Dekabr 2024 Şaxta babanın sirli evi... - Foto
04 Dekabr 2024 Kartofun sağlamlığımıza faydası
04 Dekabr 2024 Süd məhsulları bahalaşdı - Video
04 Dekabr 2024 İrəvanda nəqliyyat iflic vəziyyətə düşdü
04 Dekabr 2024 Bu rayonda 5 saat işıq olmayacaq
03 Dekabr 2024 Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə edildi
03 Dekabr 2024 Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği...
02 Dekabr 2024 Havvaxanım Rüstəmovanın məhkəməsi başlayır
02 Dekabr 2024 Binə Atçılıq yaşayış massivində işıq kəsiləcək
02 Dekabr 2024 Azərbaycanda erməni dilini öyrədən universitet açaq
02 Dekabr 2024 “Nikolu bağışlayıram” dedi, Köçəryan fraksiyadan qovdu
02 Dekabr 2024 İçərişəhərdə bu mənzillər təmir olunacaq
02 Dekabr 2024 Bakıda yağış neçə gün davam edəcək?
29 Noyabr 2024 “Referans” 8 yaşını qeyd edir - Video
29 Noyabr 2024 Əkin sahələrində gəmiricilərə qarşı tədbir - Fotolar
29 Noyabr 2024 Təmir: sərnişinlər “Həzi Aslanov”a necə gedəcək?
29 Noyabr 2024 Noyabrın son günü hava necə olacaq?
29 Noyabr 2024 Heyvanlarla bağlı həmin qərar qəbul edildi!
29 Noyabr 2024 Elektrik avtobusu enerjisi bitdiyi üçün yolda qalıb? - Video
29 Noyabr 2024 ​“Bunu dilə gətirməyib nədən danışacağıq?!”
28 Noyabr 2024 Güclü küləklə bağlı daha bir xəbərdarlıq
28 Noyabr 2024 Beş vəkilə xəbərdarlıq olundu, dördünə isə töhmət verildi
28 Noyabr 2024 Rəqəmsal kimliyi kim və necə yoxlayacaq? - Ekspert
28 Noyabr 2024 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
27 Noyabr 2024 Bağça müdiri olmaq istəyənlərin nəzərinə!