Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 24-də Heydər məscidi idarəsinin fəaliyyəti ilə tanış olub.
Axar.az xəbər verir ki, İdarənin sədri Sabir Həsənli məscidin fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, islam dünyasında vəhdət namazının qılındığı, heç bir məzhəb ayır-seçkiliyinin olmadığı ibadətgah fəaliyyət göstərdiyi ilk gündən vəhdət prinsipini əsas götürən nadir məscidlərdən biridir.
R.Məmmədov din xadimləri ilə söhbətində ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərinə, həmrəylik və mənəvi vəhdətin önəminə diqqət çəkib.
Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, ölkəmizdə dini sahədə görüləcək işlərə dair müzakirələr aparılıb.