Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclasda 2017-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iclası açaraq bildirib ki, cari ilin ilk yarısı əvvəlki illərdə olduğu kimi bir sıra uğurlarla başa çatıb. Bu dövrdə dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycanda bir çox sahələrdə, xüsusilə qeyri-neft sektorunda inkişaf tempi davam edib, nəzərdə tutulan proqram və layihələrin vaxtında icrası təmin edilib. Makro-iqtisadi vəziyyət sabit olub, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşıb.
O, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının əvvəlki ilə müqayisədə 1,6 faiz artaraq 163 milyon manat təşkil etdiyini, sənayedə 15,6 milyon manatlıq məhsulun istehsal olunduğunu, qeyri-dövlət sektorunda istehsalın həcminin 10,9 milyon manat təşkil etdiyini qeyd etməklə aqrar sahədə qazanılan uğurları da sadalayıb tərəvəz, çay və düyü istehsalı sahəsində sevindirici nəticələrin qazanıldığını diqqətə çatdırıb.
Sonra ŞİH başçısının müаvini–sosial-iqtisadi inkişаfın тəhlili və prоqnоzlаşdırılmаsı şöbəsinin müdiri Xalid Rəhimоv 2017-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış edib.
Rayon Kənd Təsərüfatı idarəsinin rəisi Tofiq Rzayev, Rayon Maliyyə idarəsinin müdiri İqbal Rəcəbov, Yuxarı Xanbulançay Hidroqovşağı idarəsinin rəisi Allahyar Salayev və Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildiriblər.
İcra başçısı Taleh Qaraşov iclası yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən və mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tövsiyyə və tapşırıqlarını verib.