Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında hər kəs, hər təşkilat, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələri öz töhfəsini verməlidir.

 

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz hazırda Azərbaycanda sosial mediadan istifadə edənlərin sayının 2 milyondan çox olduğunu deyib:

“Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Lakin əsas məsələ internetdən istifadə zamanı informasiya məsuliyyətini əsas tutaraq, məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlığı artırmaqdır. Çünki Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün və obyektiv şəkildə çatdırılmasında internet resurslarının rolu əvəzsizdir. Hazırda Azərbaycanın informasiya siyasəti güclənməkdədir və bunun daha da inkişaf etdirilməsi üçün müəyyən işlər görülür. Baş verən Alxanlı hadisələrinin sosial media istifadəçiləri tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün gördüyü işlər öz nəticəsini verdi. Bir çox ölkələrin məşhur qəzet, TV və saytlarında kiçik Zəhra ilə bağlı xəbərlərin getməsinə nail olundu. İnformasiya yaymaq cəhətdən tək uğurumuz bu hadisələr deyil. Artıq erməni lobbisinin dünyada dominantlıq təşkil edən informasiya siyasətinin zəiflədiyini müşahidə edirik. Bu onu göstərir ki, erməni yalanlarının qarşısının alınması həqiqətlərimizin daha çox yayılmasından keçir”.

O.Gündüz hər bir sosial media istifadəçisinin öz sahəsində yeni informasiyaların dünyaya çatdırılmasında müəyyən işlər görə biləcəyini qeyd edib:

“Bunun üçün Vikipediyada yeni informasiya resursu yarada bilərlər. Fikrimcə, müasir dövrdə faydalı, elmi, ictimai əhəmiyyətli yazılara ehtiyac var. Bu sahədə konkret bir mövzular seçilib işlənməlidir. Bu cür addımlar Vikipediyanın Azərbaycan seqmentinin zənginləşdirilməsini və ermənilərdən bir addım öndə olmağımıza şərait yarada bilər. Bundan başqa sosial mediadan müxtəlif dillərdə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, Qarabağ həqiqətləri ilə bağlı müxtəlif dillərdə informasiya yayan şəxsi bloqlarını yarada bilərlər. Adicə müxtəlif xəritə xidmətləri göstərən şirkətlər var (Yandeks, Quql, Əpl və s.). Sadə internet istifadəçiləri Azərbaycan ərazilərinin xəritədə daha yaxşı tanıdılmasında, mövcud biliklərin zənginləşdirilməsində yaxından iştirak edə bilərlər. Ən çox da işğal altında olan ərazilərimizin Azərbaycanın ərazisi olaraq verildiyinə nəzarət etməlidirlər”.

04 Dekabr 2024 Azərbaycanda ən çox yağıntı hansı bölgəyə düşüb?
04 Dekabr 2024 İstanbul-Bakı aviareysi ilə gələn azərbaycanlı saxlanıldı
04 Dekabr 2024 Bakıya leysan yağacaq – Xəbərdarlıq
04 Dekabr 2024 Yol polisindən piyadalara müraciət
04 Dekabr 2024 Bu bağça modeli çox bahalıdır - Nazir
04 Dekabr 2024 Şaxta babanın sirli evi... - Foto
04 Dekabr 2024 Kartofun sağlamlığımıza faydası
04 Dekabr 2024 Süd məhsulları bahalaşdı - Video
04 Dekabr 2024 İrəvanda nəqliyyat iflic vəziyyətə düşdü
04 Dekabr 2024 Bu rayonda 5 saat işıq olmayacaq
03 Dekabr 2024 Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə edildi
03 Dekabr 2024 Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği...
02 Dekabr 2024 Havvaxanım Rüstəmovanın məhkəməsi başlayır
02 Dekabr 2024 Binə Atçılıq yaşayış massivində işıq kəsiləcək
02 Dekabr 2024 Azərbaycanda erməni dilini öyrədən universitet açaq
02 Dekabr 2024 “Nikolu bağışlayıram” dedi, Köçəryan fraksiyadan qovdu
02 Dekabr 2024 İçərişəhərdə bu mənzillər təmir olunacaq
02 Dekabr 2024 Bakıda yağış neçə gün davam edəcək?
29 Noyabr 2024 “Referans” 8 yaşını qeyd edir - Video
29 Noyabr 2024 Əkin sahələrində gəmiricilərə qarşı tədbir - Fotolar
29 Noyabr 2024 Təmir: sərnişinlər “Həzi Aslanov”a necə gedəcək?
29 Noyabr 2024 Noyabrın son günü hava necə olacaq?
29 Noyabr 2024 Heyvanlarla bağlı həmin qərar qəbul edildi!
29 Noyabr 2024 Elektrik avtobusu enerjisi bitdiyi üçün yolda qalıb? - Video
29 Noyabr 2024 ​“Bunu dilə gətirməyib nədən danışacağıq?!”
28 Noyabr 2024 Güclü küləklə bağlı daha bir xəbərdarlıq
28 Noyabr 2024 Beş vəkilə xəbərdarlıq olundu, dördünə isə töhmət verildi
28 Noyabr 2024 Rəqəmsal kimliyi kim və necə yoxlayacaq? - Ekspert
28 Noyabr 2024 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
27 Noyabr 2024 Bağça müdiri olmaq istəyənlərin nəzərinə!