Səyahətsevərlərin ən çox getmək istədiyi, lakin qiymətləri dünya üzrə ən baha olan otellərin adları açıqlanıb.
Axar.az “Luxury-Hotels.com” saytına istinadən xəbər verir ki, açıqlanan qiymətlər bu otellərdəki ən ucuz nömrələrin qiymətləridir.
Siyahıda birinci yeri Seyşel adalarında yerləşən "North İsland Lodge" oteli tutur. Orada bir otağın qiyməti 6 995 ABŞ dollarıdır.
İkinci yerdə Fidji adasında olan "Laucala Resort" oteli gəlir ki, onun da qiyməti 5700 dollardır. Botsvanadakı "Khwai River Lodge" otelinin 4710 dollarlıq otağı isə siyahəda üçüncü ən bahalı otaqdır.
Səyahətsevərlər üçün əlçatmaz olan digər otellər Botsvanadan "Savute Elephant Camp" və “Eagle İsland Camp"dakı otaqılardı - qiymət 4710 dollar!
Fransadakı "Brando" 3947 dollar, Seyşel adalarından "Fregate İsland" 3637 dollar, Kanadada "Clayoquot Wilderness Resort" 3347 dollardır.
Siyahıda sonuncu yeri tutan “ən ucuz” otellər: İtaliyadakı "Villa del Parco Forte Village Resort" (2183 dollar), Kanadada "Queen Charlotte Lodge" (2069 dollar), İtaliyada "Belmond Hotel Cipriani" 1869 dollar.
Məlumata görə, xüsusilə yay aylarında gənclərin üstünlük verdiyi bu otellərə təlabat elə də az deyil.