Bəzi vətəndaşlar müalicəvi əhəmiyyəti olan göllərə üz tuturlar.

Belə məkanlardan biri də Hövsanda yerləşən duzlu göldür. Baxmayaraq ki, aidiyyəti qurumlar 10 ildən çoxdur ki, orada çimməyi qadağan ediblər.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, söhbət paytaxtdakı duzlu göldən gedir. O duzlu göldən ki, bura gələnlər arasında hər yaşda olan insanları görmək mümkündür.

Gölün ətrafında kömür və pas rəngli insanları görəndə isə bizi bir sual maraqlandırdı: görəsən insanların şəfa tapmaq məqsədilə üz tutduğu bu gölün həqiqətənmi müalicəvi əhəmiyyəti var, yoxsa bu sadəcə illərdir bura gələnlərin inancına hopub?

Duzlu gölün müalicəvi hesab edilən vannalarının hər birini qəbul etmək üçün ziyarətçilər 50 qəpik ödəyirlər. Əraziyə daxil olmaq üçün giriş pulu və duzlu göldən istifadədən sonra qəbul edilən duşu da nəzərə alsaq, bir nəfər burda ən azı 2 manat xərcləyir. Maraqlısı isə odur ki, bura bəziləri sanatoriya kimi baxır. Elə 23 ilə yaxındır burda çalışan Sərxan dayı da deyir ki, hər halda faydası olmasa, duzlu gölə gələnlərin sayı hər il artmaz.

Gigiyena və Epdemiologiya Mərkəzindən verilən məlumata görə, duzlu gölün 2006-cı ildən müalicə məqsədilə istifadəsi qadağan olunub. Səbəb isə göldə antisanitariya hallarının aşkarlanmasıdır. Qadağanın bu il də qüvvədə saxlanıldığı bildirilib.

04 Dekabr 2024 Azərbaycanda ən çox yağıntı hansı bölgəyə düşüb?
04 Dekabr 2024 İstanbul-Bakı aviareysi ilə gələn azərbaycanlı saxlanıldı
04 Dekabr 2024 Bakıya leysan yağacaq – Xəbərdarlıq
04 Dekabr 2024 Yol polisindən piyadalara müraciət
04 Dekabr 2024 Bu bağça modeli çox bahalıdır - Nazir
04 Dekabr 2024 Şaxta babanın sirli evi... - Foto
04 Dekabr 2024 Kartofun sağlamlığımıza faydası
04 Dekabr 2024 Süd məhsulları bahalaşdı - Video
04 Dekabr 2024 İrəvanda nəqliyyat iflic vəziyyətə düşdü
04 Dekabr 2024 Bu rayonda 5 saat işıq olmayacaq
03 Dekabr 2024 Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə edildi
03 Dekabr 2024 Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği...
02 Dekabr 2024 Havvaxanım Rüstəmovanın məhkəməsi başlayır
02 Dekabr 2024 Binə Atçılıq yaşayış massivində işıq kəsiləcək
02 Dekabr 2024 Azərbaycanda erməni dilini öyrədən universitet açaq
02 Dekabr 2024 “Nikolu bağışlayıram” dedi, Köçəryan fraksiyadan qovdu
02 Dekabr 2024 İçərişəhərdə bu mənzillər təmir olunacaq
02 Dekabr 2024 Bakıda yağış neçə gün davam edəcək?
29 Noyabr 2024 “Referans” 8 yaşını qeyd edir - Video
29 Noyabr 2024 Əkin sahələrində gəmiricilərə qarşı tədbir - Fotolar
29 Noyabr 2024 Təmir: sərnişinlər “Həzi Aslanov”a necə gedəcək?
29 Noyabr 2024 Noyabrın son günü hava necə olacaq?
29 Noyabr 2024 Heyvanlarla bağlı həmin qərar qəbul edildi!
29 Noyabr 2024 Elektrik avtobusu enerjisi bitdiyi üçün yolda qalıb? - Video
29 Noyabr 2024 ​“Bunu dilə gətirməyib nədən danışacağıq?!”
28 Noyabr 2024 Güclü küləklə bağlı daha bir xəbərdarlıq
28 Noyabr 2024 Beş vəkilə xəbərdarlıq olundu, dördünə isə töhmət verildi
28 Noyabr 2024 Rəqəmsal kimliyi kim və necə yoxlayacaq? - Ekspert
28 Noyabr 2024 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
27 Noyabr 2024 Bağça müdiri olmaq istəyənlərin nəzərinə!