Qrant layihələrin qaliblərinə kifayət qədər böyük məbləğdə maliyyə ayrılacaq.

Lakin əsas olan maliyyənin ayrılması yox, ayrılmış maliyyəyə ciddi nəzarətin təmin olunmasıdır.

Bu sözləri təhsil eksperti Kamran Əsədov məktəblərə ayrılmış qrantların hansı sahələlərə aid edilməsi, qrantların kimlər tərəfindən verilməsi haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, 2007-ci ildə “İlin müəllimi” və “İlin məktəbi” mükafatı yaradıldı, müsabiqə əsasında müəllim və məktəblərin seçilib mükafatlandırılmasına başlanıldı:

“Lakin həmin mükafatlandırmalar özünü doğrultmadığına, eləcə də məktəb və ya müəllimlərin həmin mükafatdan sonra başqa nailiyyətləri olmadığına görə 2016-ci ildə prezidentin sərəncamı ilə dayandırıldı. Dünya təcrübəsinə əsasən, məktəblər müasir dövrün texnologiyaları və ya digər təhsil pillələri üçün təkmilləşmə tələb edən sahələrdə qrant layihələr hazırlamalıdır. Bu layihələr əsasən yetkinlik yaşına çatmış şagirdlərin asudə vaxtlarının dəyərləndirilməsi, onları zərərli vərdişlərdən kənarlaşdırmaq məqsədi daşıyır. Məktəblərimizdə texnologiya ilə bağlı layihələr hazırlayan şagirdlərimiz var ki, onların maliyyələşməsinə ehtiyac yaranıb. Bu gün bizim məktəblərimizdə kifayət qədər bacarıqlı şagirdlər var ki, onlar müəyyən texnoloji uğura imza atırlar.

Təhsil Nazirliyi bu il məktəblər arasında robot texnologiyası sərgisi keçirdi. Sərgidə məktəblilərin robot texnologiyaları, maşın avadanlıqlarını çox gözəl şəkildə hazırladıqlarını gördük. Lakin şagirdlərin sərmayəsi olmadığından onların qurğularını, kəşflərini təkminlləşdirməsi mümkün olmur, daha peşəkar səviyyədə işlər görə bilmirlər. Təhsil Nazirliyi də bundan sonra həmin maliyyə məsələlərini birbaşa təyin olunmuş qrant layihələrə ayıracaq”.

Ekspert həmçinin müəllimlərin bu layihələrdə iştirakına dair fikirlərini də açıqlayıb:

“Sırf müəllimlər tərəfindən də irəli sürülən müəyyən layihələr var ki, onlar təkmilləşdirilməlidir. Təəssüf ki, bizim məktəblərimizdə ümumi oxu, ümumi vəsaitlər yoxdur. Kitabça, jurnallar, qəzetlər yoxdur ki, ümumi istifadə olunsun. Hesab edirəm ki, müəyyən ixtisas fənni üzrə müəllimlər birləşib bu tip braşur və vəsaitlər hazırlayacaqlar ki, məhz qrant layihələri də cəlb edə bilsinlər”.

Ekspert bu mükafatlara edilən nəzarət haqda danışarkən vacib məqamlara toxunub:

“Mən Təhsil Nazirliyi tərəfindən təyin olunmuş qrant layihələrin təsdiq olunmuş istiqamətlərinə baxdım, kifayət qədər geniş əhatə dairəsinə malikdir. Lakin ən çox ehtiyac olan sahələr kompüter, informasiya, robot texnologiyalarıdır. Azərbaycan məktəblilərinin Avropa və dünya məktəblərinə inteqrasiyası və əməkdaşlıq məsələsi müəyyən olunmuş bəndlərdə öz əksini tapıb.

Qrant dövlət büdcəsi hesabına Nazirlər Kabinetinin sərəncamı əsasında Təhsil Nazirliyi tərəfindən yaradılmış işçi qrupu, ekspert qrupu tərəfindən dəyərləndirilərək ən yüksək qiymət almış və bəyənilmiş layihələrə veriləcək. Dövlət büdcəsindən hər il bunun üçün kifayət qədər böyük məbləğ ayrılır. Əvvəl hər il 100 müəllimə “İlin müəllimi” adı verilirdi və 50 məktəb “İlin məktəbi” olurdu. Kifayət qədər böyük həcmdə maliyyə vəsaiti ayrılırdı. 2007-2011-ci illərdə bu adı almış müəllimlərin fəaliyyətini araşdırdığımız zaman görürük ki, onların mükafat alandan əvvəlki və sonrakı fəaliyyəti arasında heç bir fərq yoxdur. Onlar həmin adı almaq üçün bir dəfə nümunəvi dərs hazırlayıblar. Lakin qrant belə deyil. Qrant daha təkmil, daha peşəkar fəaliyyətə əsaslanır”.

04 Dekabr 2024 Azərbaycanda ən çox yağıntı hansı bölgəyə düşüb?
04 Dekabr 2024 İstanbul-Bakı aviareysi ilə gələn azərbaycanlı saxlanıldı
04 Dekabr 2024 Bakıya leysan yağacaq – Xəbərdarlıq
04 Dekabr 2024 Yol polisindən piyadalara müraciət
04 Dekabr 2024 Bu bağça modeli çox bahalıdır - Nazir
04 Dekabr 2024 Şaxta babanın sirli evi... - Foto
04 Dekabr 2024 Kartofun sağlamlığımıza faydası
04 Dekabr 2024 Süd məhsulları bahalaşdı - Video
04 Dekabr 2024 İrəvanda nəqliyyat iflic vəziyyətə düşdü
04 Dekabr 2024 Bu rayonda 5 saat işıq olmayacaq
03 Dekabr 2024 Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə edildi
03 Dekabr 2024 Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği...
02 Dekabr 2024 Havvaxanım Rüstəmovanın məhkəməsi başlayır
02 Dekabr 2024 Binə Atçılıq yaşayış massivində işıq kəsiləcək
02 Dekabr 2024 Azərbaycanda erməni dilini öyrədən universitet açaq
02 Dekabr 2024 “Nikolu bağışlayıram” dedi, Köçəryan fraksiyadan qovdu
02 Dekabr 2024 İçərişəhərdə bu mənzillər təmir olunacaq
02 Dekabr 2024 Bakıda yağış neçə gün davam edəcək?
29 Noyabr 2024 “Referans” 8 yaşını qeyd edir - Video
29 Noyabr 2024 Əkin sahələrində gəmiricilərə qarşı tədbir - Fotolar
29 Noyabr 2024 Təmir: sərnişinlər “Həzi Aslanov”a necə gedəcək?
29 Noyabr 2024 Noyabrın son günü hava necə olacaq?
29 Noyabr 2024 Heyvanlarla bağlı həmin qərar qəbul edildi!
29 Noyabr 2024 Elektrik avtobusu enerjisi bitdiyi üçün yolda qalıb? - Video
29 Noyabr 2024 ​“Bunu dilə gətirməyib nədən danışacağıq?!”
28 Noyabr 2024 Güclü küləklə bağlı daha bir xəbərdarlıq
28 Noyabr 2024 Beş vəkilə xəbərdarlıq olundu, dördünə isə töhmət verildi
28 Noyabr 2024 Rəqəmsal kimliyi kim və necə yoxlayacaq? - Ekspert
28 Noyabr 2024 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
27 Noyabr 2024 Bağça müdiri olmaq istəyənlərin nəzərinə!