Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.
Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər iyunun 17-nə planlaşdırılsa da, “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5, 6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət traektoriyası artıq dəyişdirilib.