![]() |
![]() |
Trend BİA-nın Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqlə müsahibəsi
- Almaniyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində məqsədləri nədir və ölkə bu məqsədlərə necə nail olmağı planlaşdırır?
- Almaniya Avropa Şurası üzv dövlətlərinin vətəndaşlarının daha yaxşı müdafiəsini təmin edən təşəbbüslərə diqqət verməklə təşkilatın mövqelərini möhkəmləndirməyə davam edəcək. Almaniya Azərbaycanın qaydalara əsaslanan beynəlxalq düzənin bütün təhlükəli hadisələrin qarşısnı ala biləcəyi fikri ilə razıdır. Avropa Şurasının çoxtərəfliliyinə sadiqliyimiz beynəlxalq münasibətlərin stabilləşməsi üzrə unikal vasitə olmaqda davam edir.
Biz bir tərəfdən nifrət ritorikası ilə mübarizə, digər tərəfdən fikir azadlığının müdafiəsi məqsədilə beynəlxalq hüquqi alətləri nəzərdən keçirməklə qanunun aliliyini və demokratiyanı möhkəmləndirmək niyyətindəyik. İkitərəfli qaydada məhz bu məqsədlə mən Azərbaycanın Ədliyyə naziri və Avropa Şurasının Bakıdakı nümayəndə heyəti ilə danışıqlar aparıram. Vacib amillərdən biri də odur ki, gənc nəslə 21-ci əsrin çağırışlarına cavablar lazımdır. Bizim "Siz Avropasınız!" proqramımız çərçivəsində Almaniya hökuməti Avropa Gənclər Fondu vasitəsilə gənclər mübadiləsinə kömək edəcək. Qeyd edim ki, biz azlıqlara münasibətdə Azərbaycanın siyasətini qiymətləndiririk. Avropada bu nümunəyə hər yerdə əməl olunmur. Biz bunu dəyişmək istəyirik. Xüsusilə də COVID-19 pandemiyası dövründə azlıqların müdafiəsi mühüm əhəmiyyət daşıyır. Nəhayət, biz Avropa Şurası konvensiyalarında nəzərdə tutulmuş ailədə zorakılıqla mübarizədə və uşaqların müdafiəsində irəliləyişə nail olmalıyıq.
- Almaniya bu müddət ərzində Avropanın şərq qonşuları, xüsusilə də Azərbaycanla münasibətlərini necə möhkəmləndirəcək?
- Almaniya və Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı proqramı" çərçivəsində əməkdaşlıq edir. Bu tərəfdaşlıqla yanaşı, Almaniya ümum-Avropa bərabər hüquqlar və qarşılıqlı hörmət məkanı yaratmaq niyyətindədir. Avropa Şurası çərçivəsində biz üzv dövlətləri vətəndaşlarımızın müdafiəsinin ən yüksək səviyyəsinə nail olmaq və irqçilik, məişət zorakılığı kimi problemlərə qarşı daha dayanıqlı olmaq məqsədilə birgə işləməyə dəvət edirik. Əminəm ki, bu cür yanaşma Azərbaycana və Ermənistana Gürcüstanla birgə çiçəklənən və dinc Cənubi Qafqaz yaratmaq üçün birgə işləməyə kömək edəcək.
- Statistik məlumatlar göstərir ki, Almaniya 2020-ci ilin yanvar - oktyabr aylarında Azərbaycanın ticarət tərəfdaşları arasında ilk beşliyə daxil olub. İki ölkə qarşısında yaxın illərdə ticarət dövriyyəsini artırmaq üçün hansı tapşırıqlar dayanır?
- Almaniya üçün Azərbaycan Cənubi Qafqazda vacib ticarət tərəfdaşıdır. Azərbaycan-Almaniya Ticarət-Sənaye Palatası alman şirkətlərinə Azərbaycanda və Azərbaycan şirkətlərinə Almaniyada biznes aparmaq imkanları verən unikal vasitədir. TAP layihəsinin başa çatması ilə Azərbaycandan Almaniyaya qazı yönləndirmək daha da asan olacaq. Almaniya Ticarət-Sənaye Palatası həm də peşəkar tədrisin təkmilləşdirilməsi məqsədilə Azərbaycanın Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edir.
- İndi Almaniyadan olan investorlar üçün Azərbaycanda hansı sahələr prioritetdir?
- Hazırda Almaniya investisiyaları neft-qaz, maliyyə və konsaltinq sahələrində cəmləşib. Ticarət əvvəlki kimi vacibdir. Ümid edirəm ki, xüsusilə dövlət müəssisələri sahəsində islahatların davam etməsi digər sektorlara da investisiyaları da cəlbedici edəcək.
- Almaniya və Azərbaycan enerji sahəsində necə əməkdaşlıq edir? Alternativ enerji sahəsində əməkdaşlıq perspektivlərini necə görürsünüz?
- Azərbaycanın Energetika Nazirliyi ilə Almanoyanın DENA enerji agentliyi arfasında xüsusi dialoq təşkil olunub. 2020-ci ilin mart-noyabr ayları ərazində DENA və Energetika Nazirliyi bərpa olunan enerji sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edib. Azərbaycan böyük həcmdə bərpa olunan enrji mənbələri təklif edir. Almaniya ilə Azərbaycan birlikdə müasir, ekoloji təmiz və dayanıqlı enerji siyasəti üçün kreativ həllər tapa bilər.
- Kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq üçün hansı imkanları görürsünüz?
- Mən bu yaxınlarda Azərbaycanın kənd təsərrüfatı naziri ilə bu vacib sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmişəm. Müasir dünyada kənd təsərrüfatı investisiyalar və məşğulluq üçün maraqlı sahədir. Bu, yüksək texnologiyalarla əlaqəlidir. Almaniya iqtisadi şaxələndirmədə Azərbaycan hökumətini dəstəkləyir.
- Təxminən 30 illik işğaldan sonra Azərbaycan təbii ehtiyatlarla zəngin və çoxsaylı investisiya imkanları təqdim edən torpaqlarını işğaldan azad edib. Almaniya qısamüddətli və uzunmüddətli perspektivdə bu regionların inkişafında iştirakda maraqlıdırmı?
- Almaniya Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatı alqışlayır. Bəyanat digər məsələlərlə yanaşı, humanitar yardımın göstərilməsinə yol açacaq. Almaniya münaqişədən zərər çəkənlərə yardım məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsində 2 milyon avro yardım edib. Biz həm də ATƏT Minsk qrupunun mandatının başa çatmadığını qeyd edirik: Minsk qrupu və onun həmsədrləri münaqişənin uzunmüddətli və dayanıqlı həlli üzrə danışıqlara kömək göstərməlidir. Son onilliklərdə işğal altında olmuş yeddi rayonda minalardan təmizləmə işləri aparılmalıdır. Ona görə də indi vəziyyətləri qiymətləndirmək və əməkdaşlıq üçün şirkətlərə tövsiyələr vermək hələ tezdir. Qeyd etmək lazımdır ki, bu məsələdə Almaniya hökuməti yox, özəl şirkətlər qərar verəcək.
Gürcüstan hökumət administrasiyasının rəhbəri Natiya Mezvrişvili vəzifəsindən istefa verib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində məlumat verib.
“13 illik son dərəcə maraqlı və çətin fəaliyyətdən sonra bu gün dövlət qulluğundan gedirəm. Uzun illər birlikdə çalışdığım hər bir dövlət qulluqçusuna təşəkkür etmək istəyirəm. Hər kəsə - hökumətdə, parlamentdə, siyasətdə və ya digər sahələrdə, beynəlxalq tərəfdaşlar, qeyri-hökumət təşkilatları, jurnalistlər və bu dövrdə birlikdə işlədiyim hər kəsə təşəkkür edirəm”,- deyə Mezvrişvili qeyd edib.
Mezvrişvili Baş nazir Giorgi Qaxariyaya da xüsusi təşəkkürünü bildirib: “Heç tanımadığı bir adama- mənə güvənib bir çox yaxşı işlər görməyimə imkanı verdi. Ümid edirəm ki, harada olsam da, ölkənin tərəqqisi və uğuru üçün yaxşı işlər görə biləcəyəm”,- deyə Mezvrişvili yekunlaşdırıb.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağa dair imzaladıqları bəyanat İrəvanı istənilən ərazi iddiaları hüququndan məhrum edir və qondarma “dqr” separatçı layihəsinə son qoyur. Vəssalam! “artsax” yoxdur, Qarabağın heç bir sərhədi yoxdur - Azərbaycan var!
Axar.az xəbər verir ki, bunu beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, “ikinci erməni dövləti” layihəsinin mövcudluğu və müstəqilliyi perspektivləri məsələsi artıq bağlanıb:
“Dağlıq Qarabağ ərazisində döyüşlərin dayandırılmasına dair üçtərəfli bəyanatda status məsələsi nəzərdə tutulmayıb. Bu onu göstərir ki, heç bir “müstəqillik”dən söhbət getmir və “ikinci erməni dövləti” olmayacaq. İrəvan öz ambisiyalarına görə sarsıdıcı məğlubiyyətə uğrayıb və gec bərpa olunacaq. Ermənistan üçün bunu qəbul etmək çətin olsa da, o, hələ uzun müddət tanınmamış ərazi və separatçıların keçmiş “hökuməti” ilə oyun oynamağa çalışacaq, lakin bu, artıq perspektivsiz hekayədir”, - politoloq qeyd edib.
Monteneqronun paytaxtı Podqoritsa şəhərində və Herseq Novidə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə yürüş və avtoyürüş təşkil olunub. Yürüşdə Monteneqroda yaşayan Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin əməkdaşları, Azərbaycan –Monteneqro İqtisadi və Mədəni əlaqələr Mərkəzinin üzvləri iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yürüş iştirakçıları bu tarixi gün münasibətilə Azərbaycan xalqının görkəmli ədibi Hüseyn Cavidin Podqoritsa şəhərindəki büstünü də ziyarət ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan - Monteneqro İqtisadi və Mədəni əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə yürüş iştirakçılarını tarixi qələbə münasibətilə təbrik edib, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin iradəsi, diplomatik məharəti və müdrikliyi, rəşadətli Azərbaycan ordusunun cəsarəti və igidliyi nəticəsində əldə olunduğunu bildirib.
Yürüş iştirakçılar bu xoşbəxt günləri xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza təşəkkürlərini ifadə ediblər.
Rusiyanın 1960 nəfərlik hərbi heyətinin Laçın koridorunda yerləşdirilməsini bəzi dairələr “Rusiya ordusu Azərbaycana girdi” kimi qələmə verib, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Birincisi, heç 2 min nəfərə çatmayan kontingent Rusiya ordusu demək deyil, onlar yalnız sülhməramlı kontingentdir. Bunlar ayrı-ayrı məsələlərdir. 1960 nəfərlik heyətdən sonra ordunun gəlməsi mexanizmi yoxdur. İkincisi, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda daha çox heyətlə təmsil olunacağına dair bilgilər var. F-16 uçaqları burdadısa, demək, onu idarə edən pilotlar, o təyyarələrə xidmət edən personal da burdadılar. Üstəlik başqa türk hərbçilərinin də ölkəmizdə olması istisna edilmir, həm də böyük heyətlə. Üçüncüsü, Rusiyasız Qarabağ probleminin həllinin mümkün olmadığı az qalsın uşağa da sirr deyil. Rusiya savaşılacaq rəqib yox, anlaşılacaq qonşudur Azərbaycan üçün. Hazırda da Moskvayla ən uyğun şərtlərdə anlaşmışıq. Anlaşılmasaydı bu qədər torpaq qaytara bilməzdik.
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ordusunun tarixi zəfərini, xalqımızın, dövlətimizin regonda, subregionda uzunmüddətli, dayanıqlı sülh və təhlükəsizliyə təminat verən, klassik, əzici və bəzən isə aşağılayıcı geosiyasi reallıqları dəyişən böyük uğurunu gözdən salmağa çalışan bir qrup şəxsin və onların ənənəvi trol-terminatorlarının davranışları təəssüf doğurur. Ordumuzun 44 günlük, dünya hərb tarixinə əməliyyartlarının nəıticəsi olaraq, biz təkcə uzun illərdən bəri işğal altında olan torpaqlarımızı azad edərək, ölkəmizin beynəlxalq səviyyədə tanınmış bütün əraziləri üzərində suveren hüquqlarımızı təmin etməmişik, həmçinin bizim böyük gələcəyə, strateji hədəflərimizə doğru aparan yolda milli həmrəyliyə, birliyə nail olmuşuq: “Bu birlik isə artıq yaradıcı kinetik enerjiyə çevrilib və işğaldan azad edilən torpaqlarımızda, bütövlükdə isə ölkəmizdə, bütün istiqamətlərdə nəhəng işlər görmək üçün hazır vəziyyətdədir. Biz gələcəyə alnıaçıq, üzüağ, məğrur, özünə güvənən bir dövlət və onun vətəndaşları kimi addımlayırıq.
Azərbaycan Ordusunun zəfəri sayəsində biz regionda, işartıları bir neçə il öncədən sezilən, lakin kövrək olan əməkdaşlıq üçün ciddi zəmin hazırlamışıq. Ortalıqda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı region dövlətlərinin - Türkiyə və Gürcüstanla yanaşı, Rusiya və İranın da birmənalı, dəqiq və aydın mövqeləri var. Region dövlətləri yaxşı başa düşürlər ki, əgər bölgədə xarici müdaxilə üçün açıq mövzular qalarsa, sülhün və təhlükəsizliyin davamlılığını təmin etmək mümkün olmayacaq. Bu baxımdan da bütün təhlükəli mövzuları qapatmaq, separatizmə son qoymaq və ərazi iddialarını həmişəlik gündəlikdən çıxarmaq lazımdır. Yaxın Şərqdə, Ərəbistan yarımadasında, Aralıq dənizi hövzəsində baş verən proseslər bizim regionun böyük dövlətlərində bölgənin gələcəyi üçün aydın təsəvvürlərin yaranmasına səbəb oldu. İndi bölgəmizdə olduqca ciddi, son 100 ilin ən böyük dəyişiklikləri baş verir və ilk dəfədir ki, təcavüzkar davranışlarına son qoyulmuş Ermənistan və onun indiki rəhbərliyini oynadan qüvvələr prosesdən məğlub çıxıblar".
E.Mirzəbəyli onu da qeyd etdi ki, hələlik müəyyən qədər zəif və həssas olsa da, Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünün bərpası üçün ciddi perspektivlər yaranıb. Qarşılıqlı etimad mühiti və əməkdaşlıq möhkəmləndikcə bu perspektiv daha real, daha əlçatan olacaq. Gürcüstan prezidentinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatan prosesə münasibətində yer alan ümidverici məqamlar da buradan qaynaqlanırdı: “Bölgəmiz dəyişir, region dövlətləri normal, sivil, qarşılıqlı faydalı olan, suveren hüquqlara sayğıyla müşayiət olunan ciddi bir əməkdaşlıq platformasına doğru hərəkət edirlər. Bölgənin məsuliyyətini bölgə dövlətləri öz üzərinə götürür və məqsədləri yalnız region xalqlarını, dövlətlərini istismar etməkdən ibarət olan xarici oyunçuları prosesdən uzaqlaşdırırlar, şeytanın ayağını bizim bölgədən kəsirlər! Bu isə şübhəsiz ki, müxtəlif bəhanələr, həmçinin hərbi qarşıdurmaya zəmin yaradan boşluqlar vasitəsilə regionu özlərindən asılı vəziyyətdə saxlamaq istəyən qüvvələri təmin etmir.
Rəngdən-rəngə, dondan-dona, dindən-dinə düşən simasız nüfuz müvəkkillərinin əndişəsi də buradan qaynaqlanır. Çünki belələrini idarə edənlərin əli bölgədən üzüləndən sonra onların “xidmətlərinə” də ehtiyac qalmayacaq.
Rusiyanın sülhməramlıları missiyasına xitabən “Rusiya ordusu Azərbaycana girdi” deyə absurd iddialar irəli sürənlərə gəldikdə isə 1960 nəfərlik heyətin “ordu” olmadığı, zatən hər kəsə bəllidir. Digər tərəfdən, bu sülhməramlılar Azərbaycan nə zaman istəsə Laçın koridorunu tərk edəcəklər".
Politoloq vaxtilə Qəbələ RLS-lə bağlı iki dövlət arasındakı sivil anlaşmanı və buna uyğun davranışları xatırlatdı: “Bu fakt düşünürəm ki, bu sadə həqiqəti dərk etmək üçün yetərlidir. Digər tərəfdən, hərbi əməliyyatların davam etdiyi müddətdə Rusiya müharibənin Azərbaycan ərazisində getdiyini bəyan edərək, prosesə hər hansı bir formada müdaxilə etmədi. Fransa kimi ölkələrdən fərqli olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdı və bunu açıq şəkildə dövlət başçısı səviyyəsində dilə gətirdi. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin də sülhyaratma prosesində fəal şəkildə, Rusiya ilə koordinasiya içərisində iştirak edəcəyi artıq hər kəsə bəllidir. Türkiyə ilə Rusiya qarşılıqlı etimadlı mühit yaratmaq bacarıqlarını və əməkdaşlıq edə biləcəklərini Suriyada da bütün dünyaya nümayiş etdiriblər. Həmçinin Suriyanın ərazi bütövlüyü ilə bağlı hər iki dövlət prinsipial mövqe sərgiləyib. Bu baxımdan da Azərbaycanın ərazi bütövlüyünə münasibətdə münaqişələrin həllində birgə, əməkdaşlıq şəraitində hərəkət edən hər iki dövlətin mövqeyi eynidir və dəyişməzdir”.
Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.
Axar.az xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.
“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”, - deyə dövlət başçısı bildirib.
Hörmətli prezident, möhtərəm Ali baş komandan!
Müzəffər ordusu olan bir ölkənin vətəndaşı olmaq sevincini bizə yaşatdığınıza görə Sizə öz dərin təşəkkürümüzü bildiririk. Bu gün ölkəmizdə hər kəs belə düşünür, qürur hissi keçirir. Siz TARİX YAZIRSIZ! Sizin müasiriniz olmaq, Sizinlə eyni zaman kəsiyində yaşamaq böyük xoşbəxtlikdir. Mübağiləsiz deyə bilərik ki, dünyanın heç bir ölkəsində vətəndaşlar bütövlüklə dövlət başçısını bu qədər sevmir. Tezliklə Qarbağ uğrunda rəhbərliyiniz altında qazanacağımız qələbəyə şübhəmiz yoxdu.
Siz BİZİM FƏXRİMİZ, QÜRURUMUZSUNUZ!
TANRI SİZİ VƏ AZƏRBAYCANIMIZI QORUSUN!
QARABAĞ AZƏRBAYCANDIR!
Xəzər rayon Təhsil işçiləri adından
Həzərxan Əbilov.