Gürcüstan hökumət administrasiyasının rəhbəri Natiya Mezvrişvili vəzifəsindən istefa verib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində məlumat verib.
“13 illik son dərəcə maraqlı və çətin fəaliyyətdən sonra bu gün dövlət qulluğundan gedirəm. Uzun illər birlikdə çalışdığım hər bir dövlət qulluqçusuna təşəkkür etmək istəyirəm. Hər kəsə - hökumətdə, parlamentdə, siyasətdə və ya digər sahələrdə, beynəlxalq tərəfdaşlar, qeyri-hökumət təşkilatları, jurnalistlər və bu dövrdə birlikdə işlədiyim hər kəsə təşəkkür edirəm”,- deyə Mezvrişvili qeyd edib.
Mezvrişvili Baş nazir Giorgi Qaxariyaya da xüsusi təşəkkürünü bildirib: “Heç tanımadığı bir adama- mənə güvənib bir çox yaxşı işlər görməyimə imkanı verdi. Ümid edirəm ki, harada olsam da, ölkənin tərəqqisi və uğuru üçün yaxşı işlər görə biləcəyəm”,- deyə Mezvrişvili yekunlaşdırıb.