Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər Nazirləri Dağlıq Qarabağdakı vəziyyəti nəzərdən keçirəcək.
Axar.az Report-a istinadən xəbər verir, Aİ bu münaqişənin həllində siyasi rol oynamaq istəyir.
“Siyasi həll yolunu tapmaq üçün zəruri olan atəşkəsi alqışlayırıq. Aİ üzvü olan Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və Avropa İttifaqı bu münaqişənin həllində siyasi rol oynamaq istəyir. Nazirlərin görüşündə bu məsələ müzakirə mövzusu olacaq”, - Aİ rəsmisi söyləyib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar.