Nikol Paşinyan devriləcək, Ermənistanın yeni lideri olacaq şəxs isə Rusiyanın ayaqları altına uzanaraq, ondan “dördəlli” yapışmalı olacaq.
Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq münaqişələr üzrə rusiyalı mütəxəssis Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, Ermənistanın dövlətçiliyini itirməməsinin yeganə yolu budur:
“Bu gün Ermənistanın Rusiyanın etibar edəcəyi və heç olmasa Ermənistanın özünün beynəlxalq bir subyekt olaraq qoruyub saxlamasına öz töhfəsini verə biləcək bir insana ehtiyacı var” .