Ruslan Əliyev: Söhbət mövzusu dövlət, vətən olduqdan sonra gerisi təfərrüatdır

Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha sübut etdi ki, xalqları dünyada məhşurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət incilər deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətlərdir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə ön sıralardadır. Onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar. İlham Əliyev dörd saatdan artıq davam edən müsahibədə 35-dən çox dünya mediasının 50-yə yaxın sualını cavablandırdı. Qeyd edim ki, müharibə vaxtı 44 gün ərzində Prezident İlham Əliyev 30-dan artıq müsahibə vermişdi. Çünki buna ehtiyac var idi. Məhz həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq üçün hər gün bəyanatlar verir, Azərbaycan xalqına müraciətlər edirdi.
Xocalı soyqırımının 29-cu ildönümündə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı bir daha bəyan etdi ki, Xocalı soyqırımı Ermənistan faşizminin təzahürüdür. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir. Xocalı soyqırımının törədilməsindən ötən 29 il ərzində bir çox ölkələrin parlamentləri, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən bu qətliama soyqırımı kimi qiymət verilib. Aparılan uğurlu siyasət nəticəsində dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Xüsusilə, Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsini 17-dən artıq ölkə tanıyıb. Bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.
Prezident İlham Əliyev bir daha media qarşısında bəyan etdi ki, Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. Həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsi əsas məsələlərdəndir. Prezident İlham Əliyevin qərarı ilə ötən il bir neçə min ailə üçün mənzil və evlər inşa edilmişdir. Həmin evlər, məcburi köçkünlər üçün nəzərdə tutulsa da, işğal olunmuş ərazilər azad edildikdən sonra şəhid ailələrinə verildi. Bu yaxınlarda 1572 ailəlik şəhərciyin açılışı və bu ilin sonuna qədər daha 3 min şəhid ailəsinin ev və mənzillərlə təmin edilməsi şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir.
Dövlətimizin başçısı bildirdi ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası mərhələli şəkildə həyata keçiriləcək. Həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyətinə artıq başlanılıb. 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Füzulidə tikintisi aparılan aeroportun cari ilin payız aylarında açılışı nəzərdə tutulur. Aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə “Qələbə yolu” adı veriləcəkdir. Minalardan təmizləmə prosesi başa çatandan sonra “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlayacaqdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə dağıdılmış maddi irsimizdən danışarkən vurğuladı ki, Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Azad edilmiş torpaqlarda məlumatlara görə, 67 məscid var idi, onlardan cəmi biri nisbətən salamat vəziyyətdədir. Qalanlar ya tam dağıdılıb, ya da ki, onların böyük hissəsi dağıdılıb. Dövlət başçısı bildirdi ki, Qarabağın bərpası üçün başlanğıc olaraq 2,2 milyard manat investisiya ayırıb. Qarabağın “yaşıl enerji” zonası elan edilməsi ilə dünyanın aparıcı enerji şirkətləri ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildiriblər. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş enerji stansiyalarının tikintisi üçün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib.
10 noyabrdan sonra ermənilər öz mənfur fəaliyyətindən əl çəkmədilər, əksinə, 20 gün ərzində çalışdılar ki, maksimum bizim təbiətimizə və əmlakımıza ziyan vursunlar. İşğala qədər meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi, 54 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb, dağıdılıb. Azad edilmiş torpaqlarda 100 min hektara yaxın taxıl sahələri var idi, onları qanunsuz istismar edirdilər. Beynəlxalq məhkəmələrdə buna nə dərəcədə reaksiya veriləcək? O, işin ikinci məsələsidir. Burada, əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bütün bunlara görə təzminat ödəməli olacaqlar. Bəzi dövlətlərin Azərbaycana qarşı ikilistandart mövqeyi davam edir. ABŞ-ın azadlığa dəstək aktının 907-ci düzəlişi bizə hələ də sanksiyalar tətbiq edir. Ermənistanda son bir-iki il ərzində nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Heç bir beynəlxalq təşkilat onları qınamadı.
Bütün bunlara baxmayaraq, “Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir” - İlham Əliyev
Ramiz Zeynalov- Dövlət Yol Polisi İdarəsinin nümunəvi xidməti vətəndaş məmnunluğu ilə qarşılanır 

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır.

Ramiz Zeynalov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Baş Dövlət Yol Polisi İdarəsində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ramiz Zeynalov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

Ramiz Zeynalov yüksək insanlığı ilə seçilən bir insandır!

Ramiz Zeynalov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda əhalinin, gənclərin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Ramiz Zeynalov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti hər zaman cəmiyyətin diqqət mərkəzində olub və bu da təbii qarşılanmalıdır. Çünki Dövlət Yol Polisi İdarəsinin fəaliyyətinin spesifikası ondan ibarətdir ki, bu fəaliyyət növü demək olar ki, bütün ölkə əhalisinin həyatına, yaşam tərzinə bu və ya digər dərəcədə təsir göstərir.

Hər kəs - sürücü və ya piyada olmasından asılı olmayaraq dövlət yol polisi əməkdaşları ilə sıx təmasdadır və onların fəaliyyəti kütləvi xarakter daşıdığından daha çox müzakirələrə səbəb olur. Bu müzakirələrdə, mətbuatda açılan polemikalarda bəzən ifrata varmalar, qərəzli yanaşmalar da müşahidə olunur. Bütün bunlara baxmayaraq Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yüksək nailiyyətlər əldə edən Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirir. Bu sahədə son illər aparılmış hüquqi və praktiki islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, artıq əvvəlki illərdə müşahidə olunan bəzi neqativ halların aradan qaldırılması, fəaliyyətin müasir standartlar səviyyəsində qurulması danılmaz reallığa çevrilib. Bütün bu işlərin həyata keçirilməsində, böyük uğurların qazanılmasında isə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun gərgin və yorulmaz əməyi isə xüsusi olaraq qeyd olunmalıdır.
Xüsusi qeyd olunmalıdır ki, Ramiz Zeynalov cəmiyyətdə yol polisi sisteminə bir sıra yeniliklər gətirən, BDYP İdarəsinin əməkdaşlarının nümunəvi xidmət göstərməsində böyük zəhməti olan və ictimaiyyətə, mətbuata açıqlığı ilə seçilən şəxs kimi tanınır. Təsadüfi deyil ki, Baş Dövlət Yol Polisi İdarəsi yalnız yol hərəkətinin təhlükəsizliyinin təmin olunması işində deyil, eyni zamanda ictimaiyyətdən gələn faydalı təşəbbüslərin dəstəklənməsində də xüsusilə fərqlənir.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalovun səmərəli fəaliyyətinin nəticəsidir ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmini və yol hərəkəti qaydalarının təbliği işində media və ictimaiyyət təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Aparılan maarifləndirmə, təbliğat, maddi-texniki bazanın gücləndirilməsi, İKT-nin tətbiqi və düzgün təşkil edilmiş xidmət nəticəsində ötən il respublikada avtomobil sayının yüz mindən çox artmasına baxmayaraq yol qəzaları və bu qəzalarda ölən və yaralananların sayı azalmışdır. Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan daxil olan müraciətlərin diqqətlə və obyektiv araşdırılıb, müsbət nəticələr əldə olunduğu nümunəvi dövlət qurumlarındandır.
Hər zaman vətəndaşların böyük marağına səbəb olan bir məsələ - sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının verilməsində yeniliklərin tətbiqi isə yalnız alqışlana bilər. Bütün əlavə söz-söhbətlərə və şübhələrə son qoyan bu yeniliklər nəticəsində şəffaflıq tamamilə təmin olunmuş, əvvəllər müşahidə olunan bəzi nöqsanlar aradan qaldırılmışdır. Bu isə vətəndaşların razılığı ilə qarşılanmaqla yanaşı həm də Dövlət Yol Polisi İdarəsinin ictimai rəydə müsbət xatırlanmasını təmin edən faktora çevrilmişdir.

Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır.
Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yardım edən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir.
Hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu günümüzün təsis olunması, ümumiyyətlə, müstəqil Azərbaycanda məqsədyönlü gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib. Onun siyasi irsini öyrəndikcə Azərbaycan gəncliyinə necə böyük diqqət və qayğı göstərdiyinin şahidi oluruq. Ümummilli Liderimizin imzaladığı bir çox sərəncamlar da zamanında gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb.
Müasir dövrümüzdə də Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev cənabları gənclər üçün böyük işlər görür, gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar.
44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır.
Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün daha səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndağlarımızla bağlı növbəti video müraciəti təqdim edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu dəfə 1992-cı il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itgin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur.

Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və baçımız düşmənə əsir düşdü. Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etmədi.

Trend BİA-nın Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqlə müsahibəsi

- Almaniyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində məqsədləri nədir və ölkə bu məqsədlərə necə nail olmağı planlaşdırır?

- Almaniya Avropa Şurası üzv dövlətlərinin vətəndaşlarının daha yaxşı müdafiəsini təmin edən təşəbbüslərə diqqət verməklə təşkilatın mövqelərini möhkəmləndirməyə davam edəcək. Almaniya Azərbaycanın qaydalara əsaslanan beynəlxalq düzənin bütün təhlükəli hadisələrin qarşısnı ala biləcəyi fikri ilə razıdır. Avropa Şurasının çoxtərəfliliyinə sadiqliyimiz beynəlxalq münasibətlərin stabilləşməsi üzrə unikal vasitə olmaqda davam edir.

Biz bir tərəfdən nifrət ritorikası ilə mübarizə, digər tərəfdən fikir azadlığının müdafiəsi məqsədilə beynəlxalq hüquqi alətləri nəzərdən keçirməklə qanunun aliliyini və demokratiyanı möhkəmləndirmək niyyətindəyik. İkitərəfli qaydada məhz bu məqsədlə mən Azərbaycanın Ədliyyə naziri və Avropa Şurasının Bakıdakı nümayəndə heyəti ilə danışıqlar aparıram. Vacib amillərdən biri də odur ki, gənc nəslə 21-ci əsrin çağırışlarına cavablar lazımdır. Bizim "Siz Avropasınız!" proqramımız çərçivəsində Almaniya hökuməti Avropa Gənclər Fondu vasitəsilə gənclər mübadiləsinə kömək edəcək. Qeyd edim ki, biz azlıqlara münasibətdə Azərbaycanın siyasətini qiymətləndiririk. Avropada bu nümunəyə hər yerdə əməl olunmur. Biz bunu dəyişmək istəyirik. Xüsusilə də COVID-19 pandemiyası dövründə azlıqların müdafiəsi mühüm əhəmiyyət daşıyır. Nəhayət, biz Avropa Şurası konvensiyalarında nəzərdə tutulmuş ailədə zorakılıqla mübarizədə və uşaqların müdafiəsində irəliləyişə nail olmalıyıq.

- Almaniya bu müddət ərzində Avropanın şərq qonşuları, xüsusilə də Azərbaycanla münasibətlərini necə möhkəmləndirəcək?

- Almaniya və Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı proqramı" çərçivəsində əməkdaşlıq edir. Bu tərəfdaşlıqla yanaşı, Almaniya ümum-Avropa bərabər hüquqlar və qarşılıqlı hörmət məkanı yaratmaq niyyətindədir. Avropa Şurası çərçivəsində biz üzv dövlətləri vətəndaşlarımızın müdafiəsinin ən yüksək səviyyəsinə nail olmaq və irqçilik, məişət zorakılığı kimi problemlərə qarşı daha dayanıqlı olmaq məqsədilə birgə işləməyə dəvət edirik. Əminəm ki, bu cür yanaşma Azərbaycana və Ermənistana Gürcüstanla birgə çiçəklənən və dinc Cənubi Qafqaz yaratmaq üçün birgə işləməyə kömək edəcək.

- Statistik məlumatlar göstərir ki, Almaniya 2020-ci ilin yanvar - oktyabr aylarında Azərbaycanın ticarət tərəfdaşları arasında ilk beşliyə daxil olub. İki ölkə qarşısında yaxın illərdə ticarət dövriyyəsini artırmaq üçün hansı tapşırıqlar dayanır?

- Almaniya üçün Azərbaycan Cənubi Qafqazda vacib ticarət tərəfdaşıdır. Azərbaycan-Almaniya Ticarət-Sənaye Palatası alman şirkətlərinə Azərbaycanda və Azərbaycan şirkətlərinə Almaniyada biznes aparmaq imkanları verən unikal vasitədir. TAP layihəsinin başa çatması ilə Azərbaycandan Almaniyaya qazı yönləndirmək daha da asan olacaq. Almaniya Ticarət-Sənaye Palatası həm də peşəkar tədrisin təkmilləşdirilməsi məqsədilə Azərbaycanın Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edir.

- İndi Almaniyadan olan investorlar üçün Azərbaycanda hansı sahələr prioritetdir?

- Hazırda Almaniya investisiyaları neft-qaz, maliyyə və konsaltinq sahələrində cəmləşib. Ticarət əvvəlki kimi vacibdir. Ümid edirəm ki, xüsusilə dövlət müəssisələri sahəsində islahatların davam etməsi digər sektorlara da investisiyaları da cəlbedici edəcək.

- Almaniya və Azərbaycan enerji sahəsində necə əməkdaşlıq edir? Alternativ enerji sahəsində əməkdaşlıq perspektivlərini necə görürsünüz?

- Azərbaycanın Energetika Nazirliyi ilə Almanoyanın DENA enerji agentliyi arfasında xüsusi dialoq təşkil olunub. 2020-ci ilin mart-noyabr ayları ərazində DENA və Energetika Nazirliyi bərpa olunan enerji sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edib. Azərbaycan böyük həcmdə bərpa olunan enrji mənbələri təklif edir. Almaniya ilə Azərbaycan birlikdə müasir, ekoloji təmiz və dayanıqlı enerji siyasəti üçün kreativ həllər tapa bilər.

- Kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq üçün hansı imkanları görürsünüz?

- Mən bu yaxınlarda Azərbaycanın kənd təsərrüfatı naziri ilə bu vacib sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmişəm. Müasir dünyada kənd təsərrüfatı investisiyalar və məşğulluq üçün maraqlı sahədir. Bu, yüksək texnologiyalarla əlaqəlidir. Almaniya iqtisadi şaxələndirmədə Azərbaycan hökumətini dəstəkləyir.

- Təxminən 30 illik işğaldan sonra Azərbaycan təbii ehtiyatlarla zəngin və çoxsaylı investisiya imkanları təqdim edən torpaqlarını işğaldan azad edib. Almaniya qısamüddətli və uzunmüddətli perspektivdə bu regionların inkişafında iştirakda maraqlıdırmı?

- Almaniya Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatı alqışlayır. Bəyanat digər məsələlərlə yanaşı, humanitar yardımın göstərilməsinə yol açacaq. Almaniya münaqişədən zərər çəkənlərə yardım məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsində 2 milyon avro yardım edib. Biz həm də ATƏT Minsk qrupunun mandatının başa çatmadığını qeyd edirik: Minsk qrupu və onun həmsədrləri münaqişənin uzunmüddətli və dayanıqlı həlli üzrə danışıqlara kömək göstərməlidir. Son onilliklərdə işğal altında olmuş yeddi rayonda minalardan təmizləmə işləri aparılmalıdır. Ona görə də indi vəziyyətləri qiymətləndirmək və əməkdaşlıq üçün şirkətlərə tövsiyələr vermək hələ tezdir. Qeyd etmək lazımdır ki, bu məsələdə Almaniya hökuməti yox, özəl şirkətlər qərar verəcək.

Gürcüstan hökumət administrasiyasının rəhbəri istefa verdi

Gürcüstan hökumət administrasiyasının rəhbəri Natiya Mezvrişvili vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində məlumat verib.

 

“13 illik son dərəcə maraqlı və çətin fəaliyyətdən sonra bu gün dövlət qulluğundan gedirəm. Uzun illər birlikdə çalışdığım hər bir dövlət qulluqçusuna təşəkkür etmək istəyirəm. Hər kəsə - hökumətdə, parlamentdə, siyasətdə və ya digər sahələrdə, beynəlxalq tərəfdaşlar, qeyri-hökumət təşkilatları, jurnalistlər və bu dövrdə birlikdə işlədiyim hər kəsə təşəkkür edirəm”,- deyə Mezvrişvili qeyd edib.

Mezvrişvili Baş nazir Giorgi Qaxariyaya da xüsusi təşəkkürünü bildirib: “Heç tanımadığı bir adama- mənə güvənib bir çox yaxşı işlər görməyimə imkanı verdi. Ümid edirəm ki, harada olsam da, ölkənin tərəqqisi və uğuru üçün yaxşı işlər görə biləcəyəm”,- deyə Mezvrişvili yekunlaşdırıb.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağa dair imzaladıqları bəyanat İrəvanı istənilən ərazi iddiaları hüququndan məhrum edir və qondarma “dqr” separatçı layihəsinə son qoyur. Vəssalam! “artsax” yoxdur, Qarabağın heç bir sərhədi yoxdur - Azərbaycan var!

Axar.az xəbər verir ki, bunu beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, “ikinci erməni dövləti” layihəsinin mövcudluğu və müstəqilliyi perspektivləri məsələsi artıq bağlanıb:

“Dağlıq Qarabağ ərazisində döyüşlərin dayandırılmasına dair üçtərəfli bəyanatda status məsələsi nəzərdə tutulmayıb. Bu onu göstərir ki, heç bir “müstəqillik”dən söhbət getmir və “ikinci erməni dövləti” olmayacaq. İrəvan öz ambisiyalarına görə sarsıdıcı məğlubiyyətə uğrayıb və gec bərpa olunacaq. Ermənistan üçün bunu qəbul etmək çətin olsa da, o, hələ uzun müddət tanınmamış ərazi və separatçıların keçmiş “hökuməti” ilə oyun oynamağa çalışacaq, lakin bu, artıq perspektivsiz hekayədir”, - politoloq qeyd edib.

Monteneqroda qələbə sevinci

Monteneqronun paytaxtı Podqoritsa şəhərində və Herseq Novidə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə yürüş və avtoyürüş təşkil olunub. Yürüşdə Monteneqroda yaşayan Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin əməkdaşları, Azərbaycan –Monteneqro İqtisadi və Mədəni əlaqələr Mərkəzinin üzvləri iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə,  yürüş iştirakçıları bu tarixi gün münasibətilə Azərbaycan xalqının görkəmli ədibi Hüseyn Cavidin Podqoritsa şəhərindəki büstünü də ziyarət ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan - Monteneqro İqtisadi və Mədəni əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə yürüş iştirakçılarını tarixi qələbə münasibətilə təbrik edib, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin iradəsi, diplomatik məharəti və müdrikliyi, rəşadətli Azərbaycan ordusunun cəsarəti və igidliyi nəticəsində əldə olunduğunu bildirib.

Yürüş iştirakçılar bu xoşbəxt günləri xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza təşəkkürlərini ifadə ediblər.