Təbii ki, azərbaycanlı ekspertlərin yataqlarda monitorinq aparmasına törədilən əngəlin səbəblərindən biri və ilki də budur. Rusiya Ukrayada işğal etdikləri ərazilərdə taxılı yağmaladığı kimi, hərbçiləri də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarı ilə məşğuldur.
Belə olmasaydı, kontingentin komandanı general-mayor A.Volkov Şuşa-Xankəndi yolunda sivil azərbaycanlı etirazçıların tələbinə uyğun olaraq rus general aksiya iştirakçılartının qarşısına çıxıb, qaranlı məqamlara aydınlıq gətirməyə çalışardı. Amma biz nəyin şahidiyik?! Andrey Volkov olunan tələblərə rəğmən ortaya çıxmaq istəmir.
Sülhməramlıların və onlardan əvvəl erməni separatçıların ekoloqlarımızın yolunu kəsməsinin əsas səbəbi çox güman ki, maksimum vaxt qazanmaqdır. Bu yolla sülhməramlılar separatçı rejimlə əlbir olub yağmaladığı qızıl-mis yataqlarımızda izləri itirməyə, mədənlərimizdəki cinayətlər əməllərini ört-basdır etməyə can atırlar.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyasının davam etdiyi bir vaxtda bölgədə müəyyən bir əraziyə cavabdehlik daşıyan rus generalın ortaya çıxmamasına bundan böyük səbəb mane ola bilməz.
Azərbaycan ərazilərində talançılıq siyasəti aparmaları bir yana, üstəlik nəinki QHT nümayəndələrinin, eləcə də digər Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmasına imkan verməyən sülhməramlı kontingent beynəlxalq hüquqa və Azərbaycanın suverenlik prinsiplərinə zid davranış sərgiləməkdə davam edirlər.
Azərbaycan ictimaiyyəti hazırda artıq 24 saatdan çoxdur ki, Şuşa-Xankəndi yolunda dinc aksiya ilə ərazilərimizdə ekoterrora etirazını bildirməkdə heç bir pozucu hərəkət etmir. Əksinə ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə tamamilə uyğundur.
Rusiya azərbaycanlıları öz ərazilərinə buraxmaqda, monitorinq aparmasına şərait yaratmaqda maraqlı deyil. Rusiya sülhməramlı kontingenti azərbaycanlı eko fəalların etiraz aksiyaları keçirdikləri ərazinin yaxınlığında modul kazarmalar quraşdırmağa başlaması bunu deməyə əsas verir. Bir daha belə nəticə çıxır ki, əmr qulu olan Andrey Volkov Kremldən belə göstəriş alıb ki, etirazlar yatmayana kimi yolda yatassınız.
Azərbaycanlı sivil insanların haqlı etirazının qarşısını almaq üçün isə yolu bağlayan Rusiya tərəfi belə görünür ki, aksiya bitməyənə kimi nə yola düzdükləri dəmir arakəsmələri yığışdırmaq fikrindədir, nə də iriçaplı silahlarla zirehlənmiş hərbiçilərini mövqelərinə çəkmək.
Nəzərə alsaq ki, dünən olduğu kimi bu gün də sülhməramlılara dəstək məqsədi ilə xeyli sayda yeni hərbiçilər cəlb edilib, o zaman Moskvanın geri addım atmayacağı istisna edilmir. Amma istənilən halda yaranan bu mənzərə və davam edən bu prosesAzərbaycanın əlini daha da gücləndirmiş olacaq.
Bu gün Şuşa-Xankəndi yolunda baş verənlər sözsüz ki, postmünaqişə dövründə bir ilkdir. İndiyə qədər Bakıdan dəfələrlə Ermənistana və Moskvaya mesaj verilirdi ki, Laçın dəhlizi bağlana bilər. Amma Azərbaycan elə bir situasiya yaratdı ki, Laçın dəhlizini sülhməramlıların özü bağlamağa məcbur oldular. Bu, təbii ki, Bakı adına kifayət qədər uğurlu bir gedişdir.
Azərbaycanın bu addımı başda erməni separatçıları olmaqla, hamıya çox vacib siqnaldır. Biz Praqa görüşünü xatırlasaq, orada fikirlər səslənmişdi ki, ilin so ayında Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır və s. Amma rəsmi İrəvan destruktiv mövqeyindən əl çəkmədi, nətiucədə vasitəçi dəyişdi. Paşinyan "bacısı" Makronu öz yanına dəstəyə çağırdı, cəhdi bir nəticə vermədi. Bu hadisələr də Ermənistan tərəfinin destruktivliyinin məntiqi sonudur.
Ermənilər indi çıxış yolu tapmaq üçün batan saman çöpündən yapışan kimi bütün vasitələri sınamaq qərarına gəliblər kimi görünür. Əslində çıxılmaz vəziyyətdə qalacaqları öncədən də məlum idi. Bakı hər dəfəsində Ermənistanı danışıqlar prosesinə zidd davranışlardan, qərarlardan, addımlardan çəkindirməyə çalışırdı, amma nə fayda ...
Erməni politoloqu S.Danielyanın "Paşinyan vaxt itirmədən Baydenə zəng vurmalıdır" tələbi deyildiyi kimi, saman çöpündən yapışmağa bərabər bir təklifdir. Belə görünür ki, haylar daha Makrondan da əllərini üzdülər. Halbuki bir neçə gün öncə Fransa qondarma rejim "rəhbəri" Araikə ölkə mediasında geniş meydan verərək onun separatçılığı təbliğ, təşviq etməsinə böyük imkan yaratmışdı.
Bütün bunlara rəğmən, son proseslər deməyə tutarlı əsaslar verir ki, yerdə Azərbaycanın resurusları möhkəmlənir. Brüssel, Soçi, Vaşinqton, Praqa danışıqlarının 44 günlük müharibədən sonra aldığı zaman göz önündə. Amma nəticədə sülh danışıqları istiqamətində heç bir real nəticə əldə olunmadı. Əvəzində ermənilər hər dəfə müxtəlif havadarları vasitəsi ilə danışıqlar prosesinin manipulyasiyası ilə məşğul olaraq bölgədə vəziyyəti daha gərgin bir duruma çatdırmağa can atdılar.
Amma dünəndən etibarən azərbaycanlı dinc sivil insanların 100 m/kv-lıq ərazidə təşkil etdikləri etiraz aksiyası 2 ilə yaxındır həllini tapmayan məsələ çözülmək mərhələsinə girdi. Biz eyni situasiyanı geridə qalan 2 il ərzində dövlət başçıları arasında təşkil edilən üçtərəfli görüşlər zamanı əldə edə bilmirdik. Amma rəsmi Bakı qarşı tərəfdən qarşılıqlı sülh istəyinin olmadığını görüncə "B" planını çox məharətlə işə salaraq, həm erməni separatçılarını, həm də onlara havadarlıq edən qüvvələri fakt qarşısında qoymağı bacardı:
Ərazi Azərbaycan ərazisidir. Bu səbəbdən də Rusiya sülhməramlıları etiraz edən sivil vətəndaşlarımıza qarşı heçnə edə bilməz. Ermənistan mediasında yayılan məlumatlara istinad etsək, dünəndən "yoxa çıxan" Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov ermənilərin "yolu açın" tələbinə cavab olaraq bildirib ki, "azərbaycanlılara heç nə edə bilmərik". Bu isıə o deməkdir ki, Azərbaycan hüquqi müstəvidə oyununu düzgün quurmağı bacardı.
Eyni zamanda, qondarma "arsax nümayəndələri"nin azərbaycanlılarla danışıqlarda iştirakına və separatçıların "deputatlarına" aksiyanın keçirildiyi əraziyə yaxınlaşmasına icazə verilmədiyini də nəzərə alsaq, rəsmi Bakının növbəti dəfə xalqın dəstəyini arxasına alaraq Qarabağda siyasi mənzərəni dəyişdirmək istiqamətində çox önəmli gediş etməyə müəssər olduğunu deyə bilərik.
Hə, o ki qaldı Rusiya sülhməramlılarının qeyri-qanuni əməllərinə, Rusiya "sülhməramlı"ları özləri də çox gözəl bilirlər ki, ayaqlarının dəydiyi hər yerə qan-qada, müsibət, dağıntı, separatizm, daimi gərginlik gətirirlər. Ona görə də onlara daha çox "fəlakət göyərçinləri" adlandırmaq düzgün olardı.
Çünki rus hərbiçiləri 2020-ci ilin 10 noyabr qərarı ilə torpaqlarımıza ayaq basdıqları ilk gündən ermənilərin keşikçisi, himayəçisi, havadarı rolunda çıxış ediblər. Ekoloqlarımızın və dağ-mədən mütəxəssislərimizin ermənilər tərəfindən talan edilən yataqlara buraxılmamasının kökündə də məhz Rusiya "sülhməramlı"larının birtərəfli, qərəzli mövqe tutmaları və cinayətin birbaşa iştirakçısı olmaları dayanır.
Kreml isə bütün bu biabırçılıqlara qəsdən göz yumur. Çünki "sülhməramlı"ların separatçılarla və Ermənistan hökuməti ilə işbirliyində olması Kremlin planlarına yarayır. Rusiyanın hazırki məqamda tək məqsədi Qarabağda möhkəmlənməkdir. Hətta separatçıların başçısı Araik Arutyunyanın adından Putinə "sülhməramlı"ların ailələri də Xankəndiyə gətirilsin..." müraciətinin ünvanlanması da mənfur məqsədlərinə nail olmaq üçün hazırlanan bir ssenaridir.
Rusiyanın bundan əvvəl Abxaziya və Cənubi Osetiyada da "sınaq"dan keçirdiyi bu cür mənfur planları Azərbaycanda nəticə verməyəcək. Çünki Bakının indi Kremldə cızılan bütün məkrli planları pozmaq imkanları var, necə ki, bunu son hadisələr bir daha əyani göstərdi.
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan
Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya (Assemblee Nationale) Ermənistanı
1 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"İstənilən müharibə danışıqlarla bitir. Necə ki, 1945-ci ilin mayında admiral Karl Dönitz ilə danışıqlar Avropada İkinci Dünya Müharibəsinə son qoydu".
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında “vacib bəyanat”la çıxış etməyə hazırlaşır.
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib.
“Azərbaycan hər zaman regionda dayanaqlı sülhün təmin olunması üçün davamlı
“Sentyabrın 12-13-də sərhədlərimizdə gedən döyüşlər, daha doğrusu, Ermənistanın