Rusiyanın hərbi gəmiləri Bakıya gəldiAzərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala” və "Astraxan” kiçik artilleriya gəmiləri, "SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib. 
 
Müdafiə Nazirliyindən Sfera.az-a  verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan  Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Tərəflər "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.
 
DSX-nin 5 zabitinə ali hərbi rütbə verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Araz Məmməd oğlu Məmmədova

general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə

general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova

polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.

Prezident onlara fəxri adlar verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adları verilib:

Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı

“Əməkdar tibb işçisi”

Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.

Prezident hərbi qulluqçuları təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Xəlilov Abbas Sultan oğlu – general-leytenant

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Ələkbərov Azad Qaçay oğlu – general-leytenant

Hüseynov Mehman Əliyusif oğlu – polkovnik

Muradov Asif Əhmədağa oğlu – polkovnik

Nağıyev Murad Tofiq oğlu – polkovnik

Şirinov Azər Əliyusif oğlu – polkovnik

“Vətən uğrunda” medalı ilə

Babayev Bəhmən Rza oğlu – polkovnik

Əliyev Niyazi Süleyman oğlu – polkovnik

Əliyev Ruslan Novruz oğlu – polkovnik

Rəhimov Rəşad Manaf oğlu – polkovnik

Salamov Samir Akif oğlu – polkovnik

Tağıyev Bəhruz Sabir oğlu – polkovnik

Umarov Füzuli Məhəmməd oğlu – polkovnik-leytenant

Qaybalıyev Vüsal İnşallah oğlu – mayor

Səfərov Elçin Rauf oğlu – mayor

Babanlı Nurəli Səlim oğlu – baş leytenant

“İgidliyə görə” medalı ilə

Məmmədov Nahid Məmməd oğlu – polkovnik

Nağıyev Vəli Yusif oğlu – polkovnik

Niftullayev Zaur Rəşid oğlu – polkovnik

Mehdiyev İlkin Hüseyn oğlu – mayor

Məmmədzadə Ömər Əbülfəz oğlu – baş leytenant

Yunisli Ziya Rauf oğlu – baş leytenant

Qasımov Mirağa Hafiz oğlu – kiçik gizir

Mürşüdov Əjdər Sərdar oğlu – kiçik gizir

“Hərbi xidmətlərə görə” medalı ilə

Əliyev Xalid Vahid oğlu – polkovnik

Xasiyev Ruslan Mais oğlu – polkovnik

Məmmədov Əyyub Vəli oğlu – polkovnik

Qasımov Yusif Şamil oğlu – polkovnik

Bayramov Zəfər Abbas oğlu – polkovnik-leytenant

Məlikov Vüqar Səfər oğlu – polkovnik-leytenant

Mirzəliyev Rauf Vaqif oğlu – polkovnik-leytenant

Muradov Seymur Nurəddin oğlu – polkovnik-leytenant

Orucov Rövşən İdris oğlu – polkovnik-leytenant

Aslanov Aslan Məhərrəm oğlu – mayor

Baxşəliyev Rüfət Aydın oğlu – mayor

Həsənov Elmir Mircəlil oğlu – mayor

Xəlilov Əsəd Adil oğlu – mayor

Malaxov Fuad Vaqif oğlu – mayor

Məmmədzadə Cavid Nəsir oğlu – ədliyyə kapitanı

Şükürov Mahmud Sabir oğlu – kapitan

Əhmədli Hüseyn Arif oğlu – baş leytenant

Hüseynli Nurlan Yusif oğlu – baş leytenant

Mənəfov Elnur Elsevər oğlu – baş leytenant

Yusifov Elnur Qabil oğlu – baş leytenant

Əliyev Etibar Rəsul oğlu – gizir

Quliyev Cehun Rauf oğlu – kiçik gizir

Məmmədov Asif Fərhad oğlu – kiçik gizir.

Daha bir səfir geri çağırıldı

Prezident Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri ilə bağlı sərəncam verib.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Yeni Təhsil naziri  deputatlarla görüşüb

Bu gün Təhsil Naziri Emin Əmrullayev Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri ilə görüşüb.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb. O bildirib ki, vidokonfrans formatında keçirilən görüşdə əsas müzakirə mövzusu yeni tədris ilinə hazırlıq məsələləri olub.

Prezident sədr müavinini səfir təyin etdiPrezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

İlham Əliyevin digər sərəncamı ilə F.Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Prezidentdən Eldar Həsənovla bağlı vacibPrezident İlham Əliyev Eldar Həsənovun iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

BBC-də yayımlanan sual-cavab məzmunlu “Hardtalk” verilişinin aparıcısı Stepan Sakurun Ermənistan Baş naziri Nikol Paşinyandan aldığı müsahibə haqqında xəbər vermişdik.

Yenisabah.az xəbər verir ki, S. Sakur “Twitter” vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevdən də müsahibə almaq istədiyini bildirib. O həmçinin suallara ölkə rəsmilərindən hər hansı birinin də cavab verə biləcəyini qeyd edib:

“Ermənistan baş naziri Nikol Paşinyanla olan müsahibəm həm Ermənistan həm də Azərbaycan tərəfində qeyri-adi rezonans doğurub. Dünyanın hər iki tərəfi eşitməyə ehtiyacı var. Bəs siz necə fikirləşirsiniz, cənab Prezident? Ya da rəsmi Bakıdan hər hansı yüksək vəzifəli şəxs”.

No description available.