Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb.

Bəyanatda deyilir: "Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb.

Şuşa Azərbaycan üçün böyuk tarixi və mənəvi əhəmiyyətə malik bir şəhərdir və onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik.

Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. Bir müddət öncə Şuşanın Yuxarı Gövhər Ağa Məscidinin arxitekturasının təhrif edilərək “İran məscidi”, rus kilsəsinin təhrif olunaraq “erməni kilsəsi” kimi qələmə verilməsi də bu qəbildən olan təxribatlardan idi.
Bundan başqa, Ermənistan rəhbərliyi bir neçə ay əvvəl Şuşada qondarma “inaqurasiya” şousu təşkil etmişdi.

Mütəmadi xarakter almış belə addımlar münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır.

Ermənistanın bu kimi təxribatçı və azğın əməlləri heç vaxt bizim öz ata-baba yurdlarımıza qayıtmaq əzmimizi qıra bilməyəcək.

Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış azərbaycanlı icması torpaqlarımıza qayıdaraq Azərbaycan Respublikasının suverenliyinin təcəssümü olan qurumları təşkil edəcək".

Əli Abbasov müşavir oldu

Xəbər verdiyimiz kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovu vəzifəsindən azad edib.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Ə.Abbasov bildirib ki, hazırda AMEA prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

“Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. İndiki vəzifəm daha yüksəkdir və əhatə dairəsi genişdir. Hesab edirəm ki, indiki vəzifəm mənə daha yaxındır”, - deyə o, qeyd edib.

Rusiya Ermənistana silahları bu yolla verib

Azərbaycanın 20 faizə yaxın torpağını işğal edən və faktiki olaraq Azərbaycanla müharibə şəraitində olan Ermənistana Rusiyadan 400 tondan artıq silah-sursat daşınması cəmiyyətdə narahatlıq yaradıb. Tovuz döyüşlərində Azərbaycanın generalını və digər rütbəli zabitlərini şəhid verməsindən sonra bu məlumatların təsdiqlənməsi Rusiyaya qarşı suallar yaradıb. Ölkə Prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında da bu məsələlər müzakirə olunub və Rusiyadan buna görə açıqlama istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq bu məsələ sosial şəbəkələrdə, media və televiziya kanallarında vətəndaşların, ekspertlərin, ictimai xadimlərin müzakirəsinə səbəb olub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov AzTV-də çıxışı zamanı hadisələri təhlil edərək bildirib ki, Rusiyanın  Ermənistana silah göndərməsinin ortaya çıxması və Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının və dövlətinin prinsipial mövqeyini ortaya qoyması bütün dövlətlər, dünya ictimaiyyəti və hər bir kəs üçün açıq siqnal olmalıdır: “Azərbaycan heç vaxt qonşu dövlətlərə hədə gətirəcək hər hansı iş birliyində olmayıb. Qarşı tərəflər də Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə hörmət etməli, hədə olacaq hərəkətlərdən kənar durmalıdırlar. Amma bəzi dövlətlərin nankorluğunu görürük. Biz Rusiya ilə bir sıra strateji beynəlxalq layihələrdə yer almışıq. Bu hadisələr onu göstərir ki, Rusiyada hələ də post-imperiya ideyaları ilə yaşayanlar var. Azərbaycan artıq 50-60 il əvvəlki dövlət deyil. Qlobal münasibətlər sistemində də ənənəvi güclər deyil, çoxlu oyunçular var. Regiondakı dövlətlərin başqa gücü var”.  

Azərbaycan Naminə Alyans partiyasının rəhbəri Abutalıb Səmədov bildirib ki, Azərbaycanın müstəqil siyasət yürütməsini Rusiyada müəyyən dairələr qəbul edə bilmirlər: “Ermənistan isə Rusiyanın forpostudur. Azərbaycan özünə güvənir, heç kimin maraqlarına xidmət etmir. Tovuz təxribatından sonra Rusiyanın Ermənistana silah göndərməsinin səbəbi odur ki, gördülər ki, Azərbaycan öz gücü ilə Ermənistana sarsılmaz zərbə vura bilər. İndiki məqamda bu köməyin məqsədi odur ki, Azərbaycanın danışıqlarda mövqeyinin möhkəmlənməsinə imkan verməsinlər. Rusiya çalışır ki, hər iki ölkəni özündən asılı etsin. Amma Ermənistanı asılı etmək üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Buna görə də Rusiyada bəzi qüvvələr Azərbaycana arxadan zərbə vurmağa çalışırlar”. 

Ordu.az saytının hərbi eksperti Ədalət Verdiyev deyib ki, müharibə şəraitində jurnalistlər də informasiya müharibəsi aparmalıdırlar: “Ermənistana ötürülən 400 ton silahı bir günə də istifadə etmək olar ya da məhv etmək olar. Yalnız artileriyamızın verdiyi imkanlar ilə Ermənistanın potensialının 5-7 faizini 2 günə sıradan çıxara biləcək imkanımız var. “Aprel”, “Tovuz”, “Babakər” hadisələri Ermənistan üçün bir siqnaldır. Ermənistan da anlayır ki, “Qarabağ Ermənistandır” deməklə hər şey bitmir, bunun bir cavabı olacaq. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Ermənistana üzdə dəstək verməyəcəyini desə də, iclasdan dərhal sonra bir gündə iki reyslə Gürcüstan üzərindən Ermənistana silah göndərmək istəyir. Gürcüstan bundan imtina etdiyi üçün Aktau limanına, oradan İrana, oradan Azərbaycanın işğal olunmuş ərazisi üzərindən Ermənistana silah göndərir. Halbuki, Rusiya o əraziləri Azərbaycan ərazisi kimi rəsmən tanıyır. Rusiyanın təyyarəsi Azərbaycanın icazəsi olmadan bizim ərazimizin üzərindən uçursa, deməli, Rusiya bizim suverenliyimizə təhdiddir. Əgər bu hadisələrdən Rusiya siyasi rəhbərliyinin xəbəri yoxdursa, bu məsələ araşdırılsın, cavab verilsin”. 

Qeyd olunub ki, Azərbaycanın Tovuz hadisələrindən sonra Türkiyə ilə birgə təlimlər keçməsi Ermənistanı və onun havadarlarını narahat edib. 

Fuad Çıraqov bildirib ki, Tovuz hadisələrindən öncə Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun üzvlərini fəaliyyətini sərt tənqid edib:

“Minsk qrupunun üzvlərindən biri olan Rusiyanın ardıcıl olaraq Ermənistanı silahlandırması bu qurumdakı fəaliyyətinə ziddir. Rusiya necə ola bilər ki, münaqişənin həll olunması ilə bağlı qrupun rəhbəri olsun, həm də işğalçı dövləti silahlandırsın. Buna görə də ekspertlər, ictimaiyyət nümayəndələri bu məsələni müzakirə etməli və beynəlxalq aləmə mesaj verməliyik ki, bu status-kvo ilə, bu qrupun fəaliyyəti ilə razı deyilik. Artıq bu bizi təmin etmir. Minsk qrupunun 3 həmsədrindən ikisi Ermənistanın tərəfini tutur. Münaqişənin sülh yolu ilə, Azərbaycanın hərbi güc tətbiq etmədən həlli üçün yeni format tapılmalıdır və həmsədrlərin üzvlərində dəyişiklik edilməli, burada Azərbaycanın maraqlarını müdafiə edən dövlətlər də söz sahibi olmalıdırlar. Minsk qrupu formatı etimadını itirib. Rusiya 2016-cı ildə Ermənistana “İskəndər” raketi verdi. Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və özünü qeyri-səmimi tərəf kimi göstərir”.

 

 
Vilayət Eyvazovdan yeni

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Bəybalayev Emin Xanəhməd oğlu Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin Avtomobil Nəqliyyatı Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

E.Bəybalayev bundan əvvəl Maddi Texniki Təminat Baş idarəsinin Avtomobil Təsərrüfatının mühəndisi vəzifəsində işləyib.

Prezident Putinə zəng etdi

Avqustun 12-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilib və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

Müdafiə nazirləri Fəxri və Şəhidlər xiyabanını ziyarət etdilər

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, avqustun 12-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

 




 
Hulusi Akarı Zakir Həsənov qarşıladıXəbər verdiyimiz kimi, bu gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfər edib.

Qonaqları Azərbaycanın Müdafiə naziri Zakir Həsənov qarşılayıb.

Qeyd edək ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.


Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikasının Baş Naziri

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri.

Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikasının Baş Naziri

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri.

Prezident Bakıya gətirilən yeni taksilərlə tanış oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.

Prezident İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Dövlətimizin başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verilib.

Bildirilib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub.