Elçin Mirzəbəyli: “Bölgənin məsuliyyətini bölgə dövlətləri öz üzərinə götürür”

“Ortalıqda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı region dövlətlərinin - Türkiyə və Gürcüstanla yanaşı, Rusiya və İranın da birmənalı, dəqiq və aydın mövqeləri var”

Rusiyanın 1960 nəfərlik hərbi heyətinin Laçın koridorunda yerləşdirilməsini bəzi dairələr “Rusiya ordusu Azərbaycana girdi” kimi qələmə verib, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Birincisi, heç 2 min nəfərə çatmayan kontingent Rusiya ordusu demək deyil, onlar yalnız sülhməramlı kontingentdir. Bunlar ayrı-ayrı məsələlərdir. 1960 nəfərlik heyətdən sonra ordunun gəlməsi mexanizmi yoxdur. İkincisi, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda daha çox heyətlə təmsil olunacağına dair bilgilər var. F-16 uçaqları burdadısa, demək, onu idarə edən pilotlar, o təyyarələrə xidmət edən personal da burdadılar. Üstəlik başqa türk hərbçilərinin də ölkəmizdə olması istisna edilmir, həm də böyük heyətlə. Üçüncüsü, Rusiyasız Qarabağ probleminin həllinin mümkün olmadığı az qalsın uşağa da sirr deyil. Rusiya savaşılacaq rəqib yox, anlaşılacaq qonşudur Azərbaycan üçün. Hazırda da Moskvayla ən uyğun şərtlərdə anlaşmışıq. Anlaşılmasaydı bu qədər torpaq qaytara bilməzdik.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ordusunun tarixi zəfərini, xalqımızın, dövlətimizin regonda, subregionda uzunmüddətli, dayanıqlı sülh və təhlükəsizliyə təminat verən, klassik, əzici və bəzən isə aşağılayıcı geosiyasi reallıqları dəyişən böyük uğurunu gözdən salmağa çalışan bir qrup şəxsin və onların ənənəvi trol-terminatorlarının davranışları təəssüf doğurur. Ordumuzun 44 günlük, dünya hərb tarixinə əməliyyartlarının nəıticəsi olaraq, biz təkcə uzun illərdən bəri işğal altında olan torpaqlarımızı azad edərək, ölkəmizin beynəlxalq səviyyədə tanınmış bütün əraziləri üzərində suveren hüquqlarımızı təmin etməmişik, həmçinin bizim böyük gələcəyə, strateji hədəflərimizə doğru aparan yolda milli həmrəyliyə, birliyə nail olmuşuq: “Bu birlik isə artıq yaradıcı kinetik enerjiyə çevrilib və işğaldan azad edilən torpaqlarımızda, bütövlükdə isə ölkəmizdə, bütün istiqamətlərdə nəhəng işlər görmək üçün hazır vəziyyətdədir. Biz gələcəyə alnıaçıq, üzüağ, məğrur, özünə güvənən bir dövlət və onun vətəndaşları kimi addımlayırıq.

Azərbaycan Ordusunun zəfəri sayəsində biz regionda, işartıları bir neçə il öncədən sezilən, lakin kövrək olan əməkdaşlıq üçün ciddi zəmin hazırlamışıq. Ortalıqda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı region dövlətlərinin - Türkiyə və Gürcüstanla yanaşı, Rusiya və İranın da birmənalı, dəqiq və aydın mövqeləri var. Region dövlətləri yaxşı başa düşürlər ki, əgər bölgədə xarici müdaxilə üçün açıq mövzular qalarsa, sülhün və təhlükəsizliyin davamlılığını təmin etmək mümkün olmayacaq. Bu baxımdan da bütün təhlükəli mövzuları qapatmaq, separatizmə son qoymaq və ərazi iddialarını həmişəlik gündəlikdən çıxarmaq lazımdır. Yaxın Şərqdə, Ərəbistan yarımadasında, Aralıq dənizi hövzəsində baş verən proseslər bizim regionun böyük dövlətlərində bölgənin gələcəyi üçün aydın təsəvvürlərin yaranmasına səbəb oldu. İndi bölgəmizdə olduqca ciddi, son 100 ilin ən böyük dəyişiklikləri baş verir və ilk dəfədir ki, təcavüzkar davranışlarına son qoyulmuş Ermənistan və onun indiki rəhbərliyini oynadan qüvvələr prosesdən məğlub çıxıblar".

Gürcüstan və Ukraynanın Saakaşvili problemi - Baku Press Klub

E.Mirzəbəyli onu da qeyd etdi ki, hələlik müəyyən qədər zəif və həssas olsa da, Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünün bərpası üçün ciddi perspektivlər yaranıb. Qarşılıqlı etimad mühiti və əməkdaşlıq möhkəmləndikcə bu perspektiv daha real, daha əlçatan olacaq. Gürcüstan prezidentinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatan prosesə münasibətində yer alan ümidverici məqamlar da buradan qaynaqlanırdı: “Bölgəmiz dəyişir, region dövlətləri normal, sivil, qarşılıqlı faydalı olan, suveren hüquqlara sayğıyla müşayiət olunan ciddi bir əməkdaşlıq platformasına doğru hərəkət edirlər. Bölgənin məsuliyyətini bölgə dövlətləri öz üzərinə götürür və məqsədləri yalnız region xalqlarını, dövlətlərini istismar etməkdən ibarət olan xarici oyunçuları prosesdən uzaqlaşdırırlar, şeytanın ayağını bizim bölgədən kəsirlər! Bu isə şübhəsiz ki, müxtəlif bəhanələr, həmçinin hərbi qarşıdurmaya zəmin yaradan boşluqlar vasitəsilə regionu özlərindən asılı vəziyyətdə saxlamaq istəyən qüvvələri təmin etmir.

Rəngdən-rəngə, dondan-dona, dindən-dinə düşən simasız nüfuz müvəkkillərinin əndişəsi də buradan qaynaqlanır. Çünki belələrini idarə edənlərin əli bölgədən üzüləndən sonra onların “xidmətlərinə” də ehtiyac qalmayacaq.

Rusiyanın sülhməramlıları missiyasına xitabən “Rusiya ordusu Azərbaycana girdi” deyə absurd iddialar irəli sürənlərə gəldikdə isə 1960 nəfərlik heyətin “ordu” olmadığı, zatən hər kəsə bəllidir. Digər tərəfdən, bu sülhməramlılar Azərbaycan nə zaman istəsə Laçın koridorunu tərk edəcəklər".

Qəbələ RLS — Vikipediya

Politoloq vaxtilə Qəbələ RLS-lə bağlı iki dövlət arasındakı sivil anlaşmanı və buna uyğun davranışları xatırlatdı: “Bu fakt düşünürəm ki, bu sadə həqiqəti dərk etmək üçün yetərlidir. Digər tərəfdən, hərbi əməliyyatların davam etdiyi müddətdə Rusiya müharibənin Azərbaycan ərazisində getdiyini bəyan edərək, prosesə hər hansı bir formada müdaxilə etmədi. Fransa kimi ölkələrdən fərqli olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdı və bunu açıq şəkildə dövlət başçısı səviyyəsində dilə gətirdi. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin də sülhyaratma prosesində fəal şəkildə, Rusiya ilə koordinasiya içərisində iştirak edəcəyi artıq hər kəsə bəllidir. Türkiyə ilə Rusiya qarşılıqlı etimadlı mühit yaratmaq bacarıqlarını və əməkdaşlıq edə biləcəklərini Suriyada da bütün dünyaya nümayiş etdiriblər. Həmçinin Suriyanın ərazi bütövlüyü ilə bağlı hər iki dövlət prinsipial mövqe sərgiləyib. Bu baxımdan da Azərbaycanın ərazi bütövlüyünə münasibətdə münaqişələrin həllində birgə, əməkdaşlıq şəraitində hərəkət edən hər iki dövlətin mövqeyi eynidir və dəyişməzdir”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!