Son xəbərlər

Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları bu videoya görə işdən çıxarıldı – VİDEO















Müğənni Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən çıxarılıb.

Azxeber.com xəbər verir ki, Şəkidə Afət Fərmanqızının mahnısına video çəkən tibb bacıları işdən qovulub. Bu barədə tanınmış produser və aparıcı Tarix Əliyev məlumat verib. O, işdən çıxarılan tibb bacısı ilə əlaqə saxlayaraq baş verən hadisə haqqında ətraflı məlumat əldə edib.

Tibb bacısı baş verən hadisəni təsdiq edərək Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin onları otağına çağıraraq işdən azad olunduqlarını deyib: “Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov bizi-otağına çağıraraq sosial şəbəkədə yayılan görüntünün kim tərəfindən çəkildiyini soruşdu. Onu bütün ölkədə biabır etdiyimizi dedi. O bizə ya könüllü işdən azad olunmağımızı ya da rəhbərlik tərəfindən işdən azad olunaraq bir daha heç yerdə işləyə bilməyəcəyimizi dedi”.

Ailə vəziyyətinin pis olduğunu deyən tibb bacısı ata və anasının onun maaşı ilə dolandığını da qeyd edib: “Valideynlərim yaşlı adamdı. Onlar mənim maaşım ilə dolanərdı. İndi 5 tibb bacısı işsiz qalmışıq”.

Qeyd edk ki, bir müddət əvvəl sosial şəbəkədə tibb bacılarını Afət Fərmanqızının mahnısı sədaları altında rqs etdiyi görüntülər yayılmışdı.
Nazir: “İkinci nəvəm dünyaya gəldi, çox sevinirəm”














” “Whatsapp”dan istifadə edirəm, lakin daha çox informasiya mübadiləsi üçün. Sözsüz ki, hərdən dostlar, ailə üzvləri bir-birilərinə şəkillər də ötürürlər. “Facebook”da isə şəxsi profilim yoxdur. Buna kifayət qədər vaxt ayırmaq lazımdır. Cədvəlim buna imkan vermir”.

Qaynarinfo xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”nun “QəbuldASAN” proqramında deyib.

Aparıcı Emin Musəvi naziri ikinci dəfə qız babası olması münasibəti ilə təbrik edib:

“On gündür ki, ikinci nəvəm dünyaya gəlib. Çox sevinirəm. Təbriklərinizi məmuniyyətlə qəbul edirəm. Allah bütün nəvələri və uşaqları saxlasın”.
Ailəsini Ayselin dağıtdığını deyən qadın — “Məni silahla hədələyir”















Müğənni Aysel Əlizadənin ailəsini dağıtdığını iddia edən Turanə adlı qadın yenidən “Səni axtarıram” proqramına qatılıb.

“Axşam.az” məlumatına görə, qadın danışmaq üçün əvvəlcə qorunmasını istəyib. O, aparıcı Xoşqədəm Hidayətqızına “Təhlükəsizliyimi nəzarətə götürürsünüzsə, çox şey danışacam. Mənə hədə-qorxu gəlirlər. Mən bura övladım üçün gəlmişəm” sözlərini deyib.

Proqramda Ayselə iş adamı Elçin Nəcəfovun bağışladığı “Porsche” markalı avtomobil nümayiş edilib. Bildirilib ki, maşının dövlət nişanında qeyd edilən “EA” Elçin və Ayselin adının baş hərfidir.

Qadın ərinin onu silahla hədələdiyini söyləyib. O, daha sonra ailəsi müğənnilər tərəfindən dağılan qadınlara müraciət edib.
Qeyd edək ki, Turanə 13 illik ailəsini Ayselin dağıtdığını bildirib. O, övladını məhkəməninin ona verdiyini, amma ərinin onun əlindən aldığını söyləyib:

“Aysel nömrəmi hardan bilir ki, mənə mesaj yazır? Onu 18-ci polis bölməsinə şikayət etdim. Atası məndən notariusda məcbur kağız aldı, qızımızı apardı Gürcüstana. Aysel də yanında idi. Gətirib vermirdi. Məni məcbur etdilər ki, uşağı ver”.

48 yaşlı Elçinin avtosalonları var və tikinti işi ilə məşğuldur.
Ailəsini Ayselin dağıtdığını deyən qadın — “Məni silahla hədələyir”
Tahir İmanov merlə görüşdü: Eldar Əzizovla danışmadığım gün yoxdur














Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun ailəsi onun adına veriləcək bir neçə küçə ilə bağlı təklif irəli sürüb.

Bu barədə “Report”a mərhum bəstəkarın nəvəsi, “Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.

O bildirib ki, təklif edilən küçələr Bakının Nərimanov rayonu ərazisində yerləşir: “Müvafiq dövlət qurumlarından müsbət rəy alınandan sonra küçəyə Süleyman Ələsgərovun adı veriləcək. Əslində, biz küçəni seçib müvafiq qurumlara müraciət etmişik. Amma həmin küçənin artıq ad daşıdığına görə imtina olunduğu deyilib. Bir də bunun üçün vaxt lazımdır. Çünki biz təkliflərimizi müvafiq qurumlara göndəririk və onlardan cavab gələnə qədər vaxt gedir. Ona görə də hələ ki, müzakirələr gedir. Bu müzakirələrdə S.Ələsgərovun ailə üzvləri şəxsən iştirak edir. Bu, bir gündə həyata keçirilən iş deyil. Yüz ölçüb, bir biçmək lazımdır”.

T.İmanov vurğulayıb ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovla bir neçə dəfə görüşüb. “Eldar Əzizovla telefonla danışmadığım gün yoxdur. Bu barədə ikitərəfli danışıqlar və fikir mübadiləsi aparırıq”.

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib.
“Aysel Əlizadə 13 illik ərimi əlimdən alıb” — Müğənniyə şok ittiham + VİDEO
Aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı şok ittiham səsləndirilib.

“Qafqazinfo” məlumatına görə, proqrama çıxan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını iddia edib.

Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin sürdüyü və mətbuatda bu haqda xəbəri çıxan “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.
Turanə bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti işləri həyata keçirir.

Martın 19-u Bakıda Novruz şənliyi keçiriləcək















Hər il olduğu kimi, bu il də paytaxtımızda Novruz bayramı dövlət səviyyəsində keçiriləcək. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, UNESCO-nun mədəni irs siyahısında Azərbaycanın qədim milli bayramı kimi qeyd edilən Novruz bayramı paytaxtın bütün rayonlarında şənliklərlə qeyd olunacaq.

Bakıda martın 19-na planlaşdırılan əsas tədbir Qız qalasının qarşısındakı meydanda baş tutacaq, daha sonra Milli Parkda davam etdiriləcək.

Tədbirlərdə nümayiş olunacaq çalğı, rəqslər, bədii hissə Mədəniyyət Nazirliyi, güləş, zorxana və digər idman tədbirləri isə Bakı Şəhər Gənclər İdarəsi tərəfindən hazırlanacaq.

Eyni zamanda, Qız Qalasının qarşısında böyük tonqal qalanacaq.

Bundan başqa, bütün bayram günləri ərzində İçəri Şəhərdə və Sabir bağının qarşısında konsert proqramı və yarmarka təşkil olunacaq.

Qeyd edək ki, prezident İlham Əliyev ailəsi ilə birlikdə hər il Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edir.
“Güclü kişi qarşıma çıxsaydı, xoşbəxt olardım” – Mətanət














ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı müğənni Mətanət Əsədova olub.

Sənətçi həyatından danışıb. Mətanət bildirib ki, özünü xoşbəxt qadın hesab etmir:

“Xoşbəxt deyiləm. Xoşbəxt onda olardım ki, oturardım evdə. Çörək qazanmaq üçün oxuyuram. Xoşbəxtlik deyil. Onda xoşbəxt olardım ki, özümdən güclü kişi qarşıma çıxardı, mən də evdə oturardım.

Heç nəyin qiymətini bilməzdim. Bilərdim ki, mənim işimi görən biri var. O vaxt xoşbəxt olaram ki, mən bu zülmdən qurtararam”.
Könül Xasıyeva Bakını birdəfəlik tərk edir















Xalq artisti Könül Xasıyeva birdəfəlik rayona köçür.

Milli.Az xəbər verir ki, bu barədə xanəndə “5/5″də özü məlumat verib.

K.Xasıyeva bu addımı vida konsertindən sonra atacağını efirdən bəyan edib:
“Martın 17, 18-də vida konsertim olacaq. Sonra rayona köçmək istəyirəm. Bəsdir! Gedim biraz da dağların qoynunda yaşayım. Səhnədə, efirdə bəsdir artıq. Yarım əsr yaşadım, yaxşı yaşadım. Rayonda ata evim yaxşı təmir olunub. Anam da təkdir, istəyirəm gedim. Kazımı da aparacam”.

Qeyd edək ki, sənətkar əslən Şəki bölgəsindəndir.