Son xəbərlər

“Bir az da bundan danışın…” – Dostəliyeva















Xalq artisti Nazpəri Dostəliyeva qardaşı qızı Pərvanə Dostəliyeva ilə yaşadığı qalmaqala baxmayaraq, yeni fotosessiyasını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi yeni şəkillərini mediaya göndərib, daha sonra instaqram səhifəsində paylaşaraq onu tənqid edənlərə mesaj göndərib:

“Bir sənətkar olaraq hər zaman arxamca pis və yaxşı danışanlar olub. Gərək həyatda elə bir cümlə olasan ki, sənə nöqtə qoya bilməsinlər. Sizə yeni fotosessiyamı təqdim edirəm, bir az da bundan danışın”.

Pərvanə Dostəliyeva isə şəxsi səhifəsində status yazaraq qeyd edib ki, artıq insanlar Dostəliyevləri tanıyır:

“Sonuncu dəfə insanlara üzümü tutub deyirəm ki, Allah heç vaxt zalıma fürsət verməz. Onların pulu varsa, mənim də Allahım var. Mənə atılan böhtanlar, şərlər belə qalmaz. İnsanları artıq yormaq istəmirəm. Sözümü dedim və sübuta yetirdim. Bir daha deyirəm ki, məşhur olmaq niyyətində deyiləm. Həqiqətləri danışmaq tək məqsədim idi. İstədim ki, xalq onları tanısın”.
Nuşirəvan Məhərrəmli: “Yəni, bayağı, şit verilişlər qanun pozuntusu deyil…”















“Televiziya və ya radio yayımı sahəsində hər hansı bir qanun pozuntusu qeydə alınanda Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) tərəfindən bunun qarşısı qətiyyətlə alınır”.

Bunu “Report”a açıqlamasında şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, keyfiyyəti müəyyən qədər aşağı olan verilişlərdə bir çox hallarda qanunvericiliyin tələbləri pozulmur, sadəcə həmin verilişlər çox aşağı səviyyəlidir: “Bu da başqa məsələdir. Yəni, bayağı, şit verilişlər qanun pozuntusu deyil. Bu kimi verilişlər bir çox özəl kanallarda mövcuddur. Təəssüf ki, bəzi özəl kanallarda bu məsələlər qalır və əhalinin haqlı narazılıqlarına səbəb olur”.

N.Məhərrəmli qeyd edib ki, özəl televiziya kanallarının əsas məqsədi kommersiya marağıdır: “Azərbaycanda kifayət qədər digər televiziyalar var ki, onlarda şou xarakterli verilişlər yoxdur. Bura AzTV, Mədəniyyət kanalı, İTV, ARB 24, CBC peyk kanalı aiddir.Təəssüf ki, insanlarımız şou xarakterli verilişlərə daha çox önəm verdiklərindən xoşagəlməyən hal olanda da dərhal reaksiya verirlər. Əgər bu tip verilişlər əhalinin xoşuna gəlmirsə, təbii ki, onlar həmin tip verilişlərdən uzaq olmalıdırlar”.

MTRŞ rəhbəri vurğulayıb ki, ictimaiyyətin gözündə özəl televiziya kanalları aşağı səviyyəli kanallar kimi görünür: “Halbuki özəl telekanallarda 24 saat efirin çox cüzi hissəsi şouya ayrılır. Digər 18 saat başqa verilişlərə ayrılır. İstəyimiz odur ki, televiziya və radiolar tələb olunan qaydalara əməl etsinlər, milli-mənəvi dəyərlərə hörmətlə yanaşsınlar”.

“Mütəmadi olaraq televiziya kanallarının rəhbərləri ilə görüşdə seriallarla bağlı narazılıqlarımızı onlara bildiririk. Qeyd edirik ki, teleseriallar Azərbaycan həqiqətlərini özündə əks etdirməlidir. Lakin təəssüf ki, teleseriallarda göstərilən ailələr ölkəyə xas deyil. Onlar ssenari müəlliflərinin xəyalında olan ailələrdir. Bu cür məsələlərdən uzaq durmaq və real həyata istinad etmək məsləhətdir. Bu bizim üçün əsas məsələlərdən biridir. Azərbaycan ailəsi bu gün üçün özəl kanallarda nümayiş olunan teleseriallardakı ailələrdən deyil. “Bacanaqlar”, “Qız atası”, “Ay-ay-ay”, “Xalxın evi” və s. Bu kimi teleseriallar çox olsa da, təəssüf ki, Azərbaycan efiri üçün uyğun deyil və onların yaradıcılıq dəyəri olmur. Bu səbəbdən sonralar seyflərin küncündə qalacaq bir şeyə çevrilirlər”.
Azərbaycanlı ailəli müğənninin başqa şəxsdən iki uşağı var imiş — Tolik sirrləri açdı














Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də etdiyi açıqlama ilə hər kəsi məəttəl qoyub.
Metbuat.az xəbər verir ki, Tolik tanınmış azərbaycanlı kişi müğənninin nikahdan kənar iki övladının olduğunu efirdən bəyan edib.

Aparıcı-prodüser, bunu adı anonim saxlanılan müğənninin özünə sübuta yetirdiyini də diqqətə çatdırıb:
"Bir qadın bir kişi ilə görüşürsə, heç bir müğənni heç bir kişini evdən götürüb zəncirə bağlayıb demir ki, gəl mənimlə görüş, gedək mənə maşın al. Heç bir kişini də məcbur etmirlər. Mən müğənni tanıyıram ki, adını deyə bilmərəm. Siz o müğənnini görsəniz düşünərsiniz ki, bu kişi ailəsindən başqa heç kimə bağlı deyil. Amma mən bilirəm ki, o kişinin nikahdan kənar 2 övladı da var. Bunu ona sübut etdim və bu heç harada yayılmadı. Efirdə baxırsan suyu üfürə-üfürə içən adamdır. Amma həyatında başqası var və iki övladı olduğunu da gizlədirdi. Bunu bizə yazdılar, biz bunun üstünü açdıq. Amma efirə vermədik".
Mədəniyyət Nazirliyindən açıqlama: “Bəzi müğənnilərə efir qadağası qoyula bilər”















Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin toy müğənnilərinin efirə çıxarılmasına qadağa qoyulması barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Bəzi sənət adamları onun düşüncələrinə qoşulsa da, xalq artistinin fikirlərinə qarşı çıxanlar da az olmayıb. Bir çox müğənni gəlirinin toydan olduğunu bildirib və bu cür addımı haqsızlıq adlandırıb.

Bəs, Mədəniyyət Nazirliyi müzakirələrə səbəb olan mövzu ilə bağlı hansı addımı atacaq? Həqiqətən, toy müğənnilərinin efirə çıxarılması qadağan ediləcəkmi?

Musavat.com mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat sözçüsü İntiqam Hümbətovla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, müğənnilərin efirə çıxması ilə bağlı bir çox tədbirlər görüləcək: “Prezident İlham Əliyev ilə incəsənət xadimlərinin görüşündə televiziyaların durumu barədə məlumat verildi. Televiziyalarla bağlı prezident tapşırıq verib. Mədəniyyət Nazirliyi də daxil olmaqla bir neçə qurum bu məsələ ilə bağlı tədbirlər görəcək. Artıq təkliflər planı hazırlanır, tezliklə ictimaiyyətə təqdim olunacaq”.

İ.Hümbətov son günlər müğənnilərin qalmaqallarla gündəmə gəlməsi və bir-birini təhqir etməsinə isə belə münasibət bildirib: “Nazir Əbülfəs Qarayev ilə jurnalistlərin görüşündə müğənnilərin mədəniyyəti, davranışı barədə sual ünvanlamışdı. O da öz fikirlərini bölüşmüş, məsləhətlərini vermişdi. Nazirin məsləhətlərinə kimisi əməl edir, kimisi etmir”.
İzləyicisi Bayramı təhqir etdi — “Gör mən kimə görə cəbhədə xidmət etmişəm”















Ekstrasens Bayram Nurlunun yeni videosu yayılıb.
Ekstrasens İnstaqram səhifəsindən yeni görüntülərini paylaşıb. Videoda Nurlu restoranların birində rəqs edərək, qəlyan çəkir. 
Bu videoçarx izləyicilər tərəfindən bəyənilməyərək tənqid edilib.

İzləyicilərdən biri isə “Gör mən kimə görə cəbhədə xidmət etmişəm” deyə vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda Bayram Nurlu Moskvada yaşayan iş adamının qızı ilə evlənəcəyini açıqlayıb. <iframe width="580" height="316" src="https://www.youtube.com/embed/JMoQhQrX6y4" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
“Qadını çox azad buraxmaq olmaz” – Nadir Qafarzadə














Müğənni Nadir Qafarzadə “Səhər-Səhər” proqramında müzakirələrə səbəb olacaq açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, verilişin aparıcısı Elgiz Əkbər sənətçiyə “Nə vaxt baba olursuz?” sualını verib.

Nadir isə oğlunun hələ evlənmək istəmədiyini qeyd edib. Sənətçi bildirib ki, bunun səbəbi sosial şəbəkələrdir:

“Uşağım deyir ki, öz planlarım var. Sosial şəbəkələr çıxandan sonra oğlanlarda evlənmək qorxusu var. İndi uşağa bir söz deyirsən, deyir ki, səni polisə verərəm, hüquqlarım var. Arvada söz deyirsən, deyir ki, kişiylə arvadın hüquqları eynidir. Qadını çox azad buraxmaq olmaz”.
Röyanın efirdəki söyüşünə rəsmi reaksiya














“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə faktdır. Bu məsələnin aylar sonra hansı məqsədlə medianın gündəminə gəlməsi maraqlı məsələdir”.

Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov musavat.com saytına açıqlamasında deyib: “Bilirsiniz ki, televiziyalarda canlı yayım zamanı ləngitmə prosesi var. Əgər canlı yayım zamanı hər hansı xoşagəlməz ifadələr işlədilsə, bu ifadənin kəsilməsi və ya yerinə hər hansı başqa səsin verilməsi mümkündür. ATV-də belə imkanları var. Özüm izləmişəm, canlı yayım zamanı bu səslər kəsilib və efirə getməyib. Əgər o xoşa gəlməz ifadə efirə getsəydi, biz bunu bilərdik və telekanalla bağlı tədbir görərdik”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Röya “Zaurla Günaydın” verilişində Günayın qulağına dediyi söyüş açıq-aşkar eşidilir.
“Nə qədər cahil millətimiz var” – Şəbnəm















“Hüseynova bacıları” verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu ona irad bildirən izləyicisinə sərt cavab verib.

“Qafqazinfo”nun məlumatına görə, İnstaqramda verilişdəki situasiyanı ona xatırladan istifadəçinin “özünüzü biabır etməyin, ayıbdır” sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:

“Gör sənin kimi nə qədər cahil millətimiz var. Bu, səhnəarxası bir zarafat idi. Amma yaxşı ki, saytlar sizin kimi cahillərin başına torba hörüb hər şeyə inandırır”.

Xatırladaq ki, ARB TV-də yayımlanan verilişdə müğənni Avropa ölkələrini tanımamış, Amerikanı Avropanın paytaxtı adlandırmışdı.
Rəşad İlyasovun AzTV-dəki verilişi bağlandı















Əməkdar artist Rəşad İlyasovun AzTV və “Mədəniyyət” telekanalında yayımlanan “Yaradanlar və yaşadanlar” proqramı bağlanıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramının aparıcısı Tarix Əliyev bildirib.

Verilişinin aparıcısı R.İlyasovun sözügedən qalmaqalından sonra verilişin yayımdan qaldırıldığını, bir müddətində sənətçinin aparıcı kim efirə çıxmayacağını dilə gətirib.

Canlı efirə zəng edən Əməkdar artist Rəşad İlyasov məlumatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən R.İlyasovla birlikdə dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.