Son xəbərlər

Afəti Rusiyada pul yağışına tutdular — VİDEO














Müğənni Afət Fərmanqızı yeni videogörüntüsü ilə yenə gündəmə gəlib.
Rusiya əyalətlərinin birində toy məclisinə qatılan müğənni, rəsmən “pul yağışına” tutulub.

Belə ki, məclisdə Nəsiminin “Pəncu Şeş” qəzəlinə oxuduğu mahnısını ifa edən müğənninin başına pul səpələyiblər. Fərmanqızı görüntüləri öz İnsagram hesabından paylaşıb.

İfaçı videoya özünə məxsus şərh də verib:

“Ürəyi zəif olanlar üçün. Səhər ac qarnına iki dəfə. Ürəyin ritmini qaydaya salır”.
Görüntü İnstagram izləyiciləri tərəfindən maraqla qarşılansa da, narazı olanlarda tapılıb.

“Siz böyük müğənni olsaydınız, imkan verməzdiniz o pulları ayaq altına səpsinlər. Onun üçün Nəsimidən oxumaq yox, Nəsimini oxumaq lazım idi.“-deyə fikir bildirənlərdə olub.

Xatırladaq ki,böyük şair Nəsimidən “Pəncü Şeş” qəzəlini hind musiqisi üzərində oxuyan müğənni tənqid edilmişdi.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/e1fmfFs8n6Q" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Bayram Nurlu jurnalisti hədələdi — “Utanmaz, bunun danışığına bax”















Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində qalmaqallı anlar yaşanıb.
Aparıcı Tarix Əliyevin (Tolik) qonaqlarından biri olan jurnalist Ülviyyə Alovlunun Bayram Nurlu haqqında dediyi sözlər onu özündən çıxarıb.

Belə ki, verilişdə o, açıqlama verərək uzun saçlı kişilərə simpatiyası olduğunu bildirib. Tolik isə nümunə kimi Bayram Nurlunun adını çəkdikdə Alovlu:

“Bayram kişidi bəyəm? ” ifadəsini işlədib.

Bu sözlərdən sonra Bayram jurnalistə əsəbləşərək, təhqir olunduğunu bildirib və onu məhkəmə ilə hədələyib.
Ekstrasens “Utanmaz, bunun danışığına bax, heç kəsə icazə vermirəm ki, çıxıb məni təhqir etsin. Kim danışsa, qanuni yollarla hərəkət edəcəyəm. Sən get, Tolikin başına dolan, yoxsa səninlə birbaşa məhkəmədə görüşəcəkdim.”- deyə qeyd edib.

Xatırladaq ki, Bayraməli Musayev adlı ekstrasens “Bayram Nurlu” ləqəbi ilə tanınır.
“Sizi də, özümü də biabır etdim” – Pərvanə Dostəliyeva














Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qızı olduğunu deyən Pərvanə Dostəliyeva daha bir videosu ilə gündəmə gəlib.

İnstaqramda yayımladığı videoları silən Pərvanə bunun səbəbini açıqlayıb. O, müğənnilik karyerasını yenidən başlamaq üçün özünü bu yolla reklam etdiyini deyənlərə cavab verib:

“Deyirlər, müğənnilik etmək istəyirdin, özümü reklam etdin. Mənim üçün müğənnilik kitabı bağlanıb. Məqsədim qisasımı almaq idi. Sizi biabır edim, insan içinə çıxa bilməyin. Özümü də, sizi də biabır etdim. Əcəb elədim. Çıxıb Elza Seyidcahana deyirdiz ey, “biz bacılara qarşı çaşma”. Çaşdım, nə edəcəksən? Nə var dedim.

Mənim və anamın haqqında artıq-əskik nələrsə yaymayın. Bir kəlmə danışsanız, nə var açıb tökəcəm. Bildiklərimi danışsam, yer yerindən oynayacaq. Yatmış fili oyatma. Sakitləşib oturmuşam yerimdə. Videoları da sildim, çünki həyatıma davam edirəm. Dediyimi dedim və bitdi. Qisasımı aldım”.

Qeyd edək ki, Pərvanə atası tərəfindən 6 yaşında təcavüzə uğradığını bildirib. O, bibisi Nazpərinin ona efirlərdə qadağa qoyduğunu iddia edib.

///axşam.az<iframe src='https://bax.tv/player/60876.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Roza İlhamə Quliyevanın taxtında oturmağı arzulayır















Müğənni Roza Zərgərli mərhum xalq artisti İlhamə Quliyevanın taxtına namizəd olub.

Bu haqda “ATV maqazin onlarla” verilişində deyib. Roza bildirib ki, hətta sağlığında Quliyeva özü də onu özünə oxşadırmış:

“Bir dəfə dedi ki, sən də mənim cavanlığıma oxşayırsan. Bizim sözlərimiz də bir-birinə bənzəyir. İlhamə xanım kamera önündə hər şeyi dediyi kimi idarə edirdi. Mən də çox yaxşı idarə edirəm. Bir oğul yoxdur, mənim sözümün qabağında söz desin”.

Onun bu fikrinə həmkarları da biganə qalmayıblar. Nadir Qafarzadə “Rozanın dili varsa, dilçəyi də var. Bilir kimə İlhaməlik edəcək” söyləyib.

Elza Seyidcahan isə “Heç kimə arzulamıram ki, o, taxtda otursun. O, yaxşı taxt deyil. O taxta getsən, məhv olarsan, otur öz yerində” deyə, Rozaya məsləhət verib.

Elvin Abdullayev isə “Roza Zərgərlidə hökmranlıq, tələbkarlıq var” deyə, bildirib.
Zaurun Günayı qısa ətəkdə — FOTO















Teleaparıcı Zaur Baxşəliyevin həyat yoldaşı Günay Baxşəliyeva sosial şəbəkədə qızları Dilavərlə fotosunu paylaşıb.
"Ölkə.Az"-ın məlumatına görə, Günay və qızı qara rəngli geyimə üstünlük veriblər. Fotoda diqqət çəkən digər məqam isə Baxşəliyevanın qısa ətəyi olub.
Zaurun Günayı qısa ətəkdə — FOTO
Zaurun Günayı qısa ətəkdə — FOTO
Zaurun Günayı qısa ətəkdə — FOTO
Məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib















Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.

ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
Afət Fərmanqızı bu dəfə “Dombra”ya əl atdı















ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinin qonaqlarından biri də müğənni Afət Fərmanqızı olub.
İfaçı verilişdə maraqlı açıqlamaları və ifaları ilə yadda qalıb. O, verilişə eksklüziv olaraq tam yeni mahnıları ilə qonaq gəldiyini söyləyərək, ifalarını təqdim edib. Lakin nəğmələrdən birinin “Dombra” olduğu marağa səbəb olub. Belə ki, ifaçı onu özünün yeni mahnısı kimi təqdim edib.
Xaırladaq ki,”Dombra” mahnısı Noğay Türklərinin xalq sənətçisi Arslanbek Sultanbekovun ifasında məşhurlaşıb. Nəğmə bütün türk ellərində vətənpərvərlik marşı kimi qəbul edilir.
Elgizdən Abbasa cavab: “Məsuliyyətsiz yanaşıb”















Xəbər verdiyimiz kimi, əməkdar artist Abbas Bağırov “Səhər-səhər” verilişinə qonaq olarkən qarşılaşdığı halda narazıçılığını bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni anonsun onun demədiyi sözlər əsasında hazırlandığından gileylənmiş və bir daha aparıcı Elgiz Əkbərin verilişinə, eləcə də ARB kanalına getməyəcəyini yazıb.

Elgizin müğənniyə cavabı gecikməyib. O, Abbasın haqlı səbəbdən incidiyini bildirib:

“Abbas Bağırovun narazıçılığını xəbər portallarında gördüm. Abbas Bağırov dəyər verdiyim müğənnidir, ona böyük hörmətim var. Verilişdə də o, hörmətlə qarşılandı. Tamaşaçılar da bu proqramdan razı qalıb. Çünki mənə mesajlar yazırdılar… Anonsu yığan texniki heyətin məsuliyyətsiz yanaşması əsasında Abbas bizdən inciyib. Buna haqqı da var”.
Kamil Zeynallı Zauru hər kəsin içində belə pərt elədi – VİDEO














Kamil Zeynallı iti ilə birgə məkanlardan birinin açılışına gedib.

Kamil iti Maksa ətir vurub. Bunu görən Zaur Kamal “Kamil, itə də ətir vurursan? Olmaz” deyib.

Kamilin “Niyə olmaz? Sənə olar, ona olmaz?” cavabı isə hər kəsin gülüşünə səbəb olub.

Həmin görüntüləri təqdim edirik<iframe src='https://bax.tv/player/60638.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Səmra yenə geyimi ilə diqqət çəkdi – FOTO















“Eurovision” təmsilçimiz Səmra Rəhimli sosial media hesabında yeni fotosunu paylaşıb.

Müğənni qara bodidə olan şəklinə “Sizi bu dəfə nələr gözləyir?” şərhini yazıb.

İfaçıya qısa zamanda xeyli rəy və bəyənmə gəlib.Səmra yenə geyimi ilə diqqət çəkdi – FOTO