13 illik evliliyini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfova ətrafında qalmaqal bitmək bilmir.
Axşam.az bildirir ki, “Səni axtarıram” verilişinə gələn Turanə iş adamı olan əri Elçinin qızını ondan aldığını söyləyib.
Ayselin vəkili Ruhin Yolçuyev X.Hidayətqızına məktub yollayıb və yazıda bunlar qeyd olunub:
“Turanə adlı şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirilmiş, təhqir edilmiş, şəxsi və ailə həyatı üzrə yayılması məlumatlar Ayselin razılığı olmadan yayımlanmışdır”.
Xoşqədəm daha sonra Ayselə müraciət edib və deyib ki, studiyaya gəlib danışsın: “Bu cür gözəlliyə sahib olan, gənc qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver.
Azərbaycanda namuslu qızların sayının çox olmasını istəyirəm.
Səsi olmayan müğənniləri gərək efirə buraxılmasın. Bizim övladlarımız onlara baxıb örnək götürürlər: geyimindən, sənətindən, səsəindən tutmuş hər şeyə görə”.
Qeyd edək ki, Turanə “Yetim” ləqəbli ərinin avtosalonları olduğunu və tikinti işi ilə məşğul olduğunu söyləyib.
“Elə adi həyatda qadınlar var ki, şou-biznes nümayəndələri onlardan yüz dəfə namusludur. Müğənnilər namusuz, qeyrətsizdir? Hamının valideyni var. Biz öndəyik deyə, haqqımızda belə sözlər yayılır. Biz öndəyik deyə, belə görsənir”.
Damla yerli mətbuata açıqlamasında “Övladıma müğənni qız almaram” deyən həmkarlarını qınayıb:
“Bizim sənətimizi ucuzlaşdırmayın. İnsanların beyninə adi fikir yürütməyin. Deyirlər, oğluma müğənni qız almaram. Səni niyə alıblar?”.
Müğənni heç kimlə dostluq etmədiyini də deyib. O, “Tək dostum Allahdır. Heç kimlər dostluq etmirəm. Anamla birlikdə Həcc ziyarətinə getmək istəyirəm. Amma onun da şərtləri var. Toylara, içki məclislərinə gedirik. O saflıqdan gəlib, necə ora gedək?” deyə, söyləyib. (Axşam.az)
Müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan konsert proqramındakı çıxışı qalmaqala yol açıb. Onun Novruz şənliyində tələbələrin önünə adətinə uyğun açıq-saçıq geyimdə çıxması ictimaiyyətin narazılığına səbəb olub.
Minval.info xəbər verir ki, təhsil ekperti Kamran Əsədov sözügedən olayla bağlı sərt şəkildə tənqidi fikirlə çıxış edib.
“Təhsilə bu qədər qeyri ciddi yanaşmaq olmaz. Baş verən hadisələr onu göstərir ki, təhsil adına heç bir addım atılmır, ya da atılır, ancaq pisləşməsi üçün. Azərbaycanın gələcəyi olan gənclərin, düşünən beyni, potensial işçi qüvvəsi olan tələbələrin qarşısına bunu buraxmaq nə deməkdir? Təhsil millətin gələcəyidir, amma siz onu məhv edirsiz. Özü də məhv etmək istiqamətində var gücünüzlə çalışırsınız. Bəlkə buna bir qonaqlıq təşkil edib tapşırıqlarınızdan verərsiz?” – Kamran Əsədov bildirib.
ADNSU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov Qafqazinfo-ya bildirib ki, A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edilib:
“Hər il universitetdə bayram şənlikləri təşkil olunur. Konsert proqramı tədbirin bir hissəsini təşkil edib. Biz bunun üçün təşkilatçı şirkətə müraciət etmişik. Həmin şirkət müəyyən müğənnilərin siyahısını hazırlayıb və Tələbə Həmkarlar Komitəsinə təqdim edib. Tədbir iki hissədən ibarət olub. Birinci rəsmi, ikinci isə konsert.
Afaq Aslan ikinci hissədə iştirak edib. Həmin şəxsin xarici görünüşü ilə bağlı onu deyə bilərəm ki, o geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət edib. Onlar da tələbələrin istəyini nəzərə alaraq belə addım atıblar. Konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər”.
Bir neçə gün sonra bahar fəsli ölkəmizə qədəm qoyacaq. Bu münasibətlə artıq indidən evlərdə şirniyyatlar hazırlanır, xonçalar tutulur. Bayram günü isə müxtəlif təamlar hazırlanır, cürbəcür soyuq qəlyanaltılar, isti yeməklər, plovlar bişirilir. Bişirilən yeməklər və şirniyyatlar bir neçə gün boyunca yeyilir.
Bayram günləri ilə əlaqədar verilən istirahət günlərində bir çoxları evdə qalır və bişirilən yeməklərdən bolluca istifadə edirlər. Bu səbəbdən də bir çox insanlarda çəki artması, həzm pozğunluğu, köpmə, allergiya, ağırlıq kimi hallar müşahidə edilə bilər.
Bəs bu cür mənfi hallardan yaxa qurtarmaq üçün nələr etmək lazımdır?
Medicina.az bu məsələ ilə bağlı dietoloq Könül Məmmədovadan açıqlama alıb. Mütəxəssis deyib ki, ildə bir dəfə qeyd edilən bizim bu əziz bayramımızda Novruzun özünəməxsus, ləziz təamlarından imtina etmək düzgün olmaz. Amma ağır və həddən artıq qidalanmanın fəsadlarını digər üsullarla aradan qaldırmaq mümkündür. Bunun üçün ən yaxşısı bayram günlərindən sonra 3 gün ərzində detoks etməkdir.
Detoks aşağıdakndan ibarətdir:
3 gün ərzində səhər bir ədəd sarı alma, günorta yaşıl turşməzə alma, gecə 2 yaşıl və 1 sarı alma yesinlər.
Bundan əlavə gün ərzində 1 x/q bağayarpağı, 1 x/q solmazçiçəyi, 3 dilim zəncəfil, 1 litr qaynar suya əlavə olunur. Səhərə qədər saxlanılır. Səhər üzərinə əlavə olaraq 1 l su əlavə edilir. 3 gün hər gecə hazırlanmaq şərti ilə bütün gün boyu içilir.
Qeyd edim ki, həmin gün qeyd edilənlərdən əlavə heç bir qidadan və hətta adi sudan da istifadə etmək olmaz.
Bu detoksdan sonra insanlar bayrama hansı çəki ilə daxil olmuşdularsa, o çəkiyə yenidən qayıda və hətta əlavə olaraq bir neçə kq da atacaqlar.
“Oxuduğum kimi: Nələri yaddaşdan silmədi ki bu illər… Tamaşaçının indi dağ başına qaldırdığı starların, bir çoxları üçün kumir olanların elə yaşananlar, elə səhvlər və hərəkətləri unudulub ki… Söhbət heç tək bizim sənətçilərimizdən getmir, dünya ulduzlarının həyatlarında da çətin məqamlar yaşanıb, amma sonu nədir?”.
Axşam.az məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi həmkarı Aysel Əlizadə haqda yayılan iddialar barədə deyib. İfaçı İnstaqram hesabında baş verənlərlə bağlı fikirlərini bölüşüb:
“Reklam və gündəmdən başqa bir şey deyil. İnsanlar 3-4 gün danışıb, yeni mövzu ortaya çıxana qədər vaxtlarını doldurub başını qatarlar sadəcə. Çünki hərənin öz dərdi, problemi və özəl həyatı var. Və təbii ki, səhvsiz insan yoxdur. Kimsə böyük danışmasın.
Başqasının sirrini, özəlini açan hələ xeyir tapmayıb. İnsan özünü və uşaqlarını düşünsə, heç ağzını açmaz, amma heyiflər olsun ki, bir çoxları sadəcə danışmaq üçün danışır. Düşünmür bunun bədəlinin nə qədər ağır olduğunu.
Nəticədə, olan sənətçiyə və onun ailəsinə olur. Amma o da çətin olsa da, yenə unudulur. Demək istədiyim odur ki, hər bir halda çox da dərinə getməyin. Kimin günahı var, özü bilər”.
Qeyd edək ki, Turanə Nəcəfova adlı qadın “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və 13 illik ailəsini dağıtdığını iddia etmişdi.
Müğənni Aysel Əlizadə adı keçən qalmaqallı ailə münaqişəsi ilə bağlı açıqlama verib.
“Qafqazinfo” bildirir ki, ifaçı məsələni hüquq müstəvisində həll edəcəyini bildirib: “Barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər. Televiziyada yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dərhal dayandırılmasını, həmçinin, təkzib verilməsini və üzr istənilməsini tələb edirəm”.
Müğənni haqqında nalayiq ifadələrin işlədilməsinin qarşısını almaq üçün xəbər portallarından da məlumatların yığışdırılmasını xahiş edib.
Xatırladaq ki, Turanə Nəcəfova adlı qadın aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində 13 illik ailəsinin Aysel tərəfindən dağıdıldığını bildirmişdi. O, iş adamı olan keçmiş əri Elçin Nəcəfovun ailəsini müğənniyə görə atdığını deyib.