![]() |
![]() |
Gürcüstan diplomatik münasibətlərin bərpasını hələ də Abxaziya və Cənubi Osetiya ilə bağlı Rusiyanın mövqeyinə bağlayır.
Rusiya 2008-ci ildə bu bölgələrin müstəqilliyini tanıyıb və bu qərar dəyişdirilməyəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.
Qaluzin əlavə edib ki, Rusiya Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlığa hazırdır. O, iki ölkə arasında ticarət və nəqliyyat sahəsində əlaqələrin genişləndiyini, viza rejiminin ləğv olunduğunu xatırladıb.
“Diplomatik münasibətlərin bərpasına da hazırıq. Bizim üçün heç bir məhdudiyyət yoxdur,” – deyə o vurğulayıb.