Son xəbərlər

 

“Müğənnilər mahnıların sözlərinə görə həbs oluna bilər? – Hüquqşünas açıqladı – VİDEOLAR















Son günlər yeni bəstələnən mahnıların sözləri və musiqisi tez-tez müzakirə olunur. Musiqilərin bayağı və ya hind, fars ritmləri üzərində olması tənqid edilir. Gənclər arasında geniş yayılan və sevilən musiqili meyxanaların sözlərinin isə insanlara pis vərdişlər aşılaması gündəmdən düşmür Son olaraq, “Kazbek” mahnısı narkotik vasitələri təbliğ etdiyi üçün rezonans doğurub.

Səsləndirilən tənqidi fikirlərdən sonra mahnının ifaçısı “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilib.



Bu gün isə Sumqayıt Şəhər Məhkəməsində Abdullayevin işinə baxılıb. Məhkəmə V.Abdullayevin 30 sutka müddətində inzibati qaydada həbs edilməsinə qərar verib.

Oxşar hadisə ötən ilin sonlarında Türkiyədə baş verib. “Mary Jane” adlı mahnının ifaçısı Burry Soprano narkotik maddələri təbliğ etməkdə ittiham olunaraq, həbs edilib. Çünki jarqon dilində “Mary Jane” narkotik maddələrə deyilir.



Uzun illər müğənnilər əsasən siyasi motivli mahnılara görə təzyiqlərə məruz qalıblar. Bəs, qanunvericilik nə deyir? Mahnı sözünə görə şair, müğənni həbs oluna bilərmi?

“Müğənnilər mahnıların sözlərinə görə həbs oluna bilər? – Hüquqşünas açıqladı – VİDEOLAR


Musavat.com mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, insanlar qanunvericilikdə əməlinə görə məsuliyyət daşıyır: “Musiqiyə, sözə görə insanları məsuliyyətə cəlb etmirlər. Son günlər isə tənqid olunan mahnıda narkotikanın təbliğindən söhbət gedir. Bir tərəfdən biz orta məktəblərdə, ali təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizəni gücləndirir, maarifləndirmə işləri aparır, gənclərin narkotikdən uzaq olmasını təbliğ edirik. Digər tərəfdən isə narkotiki təbliğ edən mahnılar yayılır, narkotik vasitələr təbliğ olunur. Narkotikanın təbliği cəmiyyəti uçuruma aparır. Mahnıların sözləri, musiqisi qanunla qadağanı olunmayan fəaliyyəti əks etdirə bilər, burada hər hansı hüquqi məsuliyyətin yaranmasından söhbət gedə bilməz. Lakin həmin şəxslər həbs olunmasa da, onlara xəbərdarlıq edilə, fəaliyyətləri ilə bağlı tədbirlər görülə bilər. Əsasən, mahnı terrora, ayrı-seçkiliyə çağırış edərsə, bu zaman həmin mahnıları oxuyan şəxslər məsuliyyətə cəlb oluna bilər. Əxlaqa uyğun olmayan sözlərdən istifadə edən ifaçılar həbs olunmasa da, onlara xəbərdarlıq edilməlidir. “Kazbek” mahnısını oxuyan mahnının sözlərinə görə deyil, üzərindən narkotik maddə tapıldığı üçün saxlanılıb”.

Hüquqşünas əlavə edib ki, insanların əxlaqını pozan, onlara zərərli vərdişlər aşılayan mahnılar çoxalarsa, qanunvericilikdə bununla bağlı addımlar atılmalıdır: “Düşünürəm ki, bu cür mahnılar geniş vüsət alarsa, insanlara mənfi təsir edərsə, ənənələrimizə, mentaitetimizə əks olan addımlar atılarsa, bunun qarşısını almaq üçün hüquqi addımlar atıla bilər. Amma o addımlar hüquqi dəyərlərə zidd olmamıldır. Çünki biz beynəlxalq hüquq normalarını qəbul etmişik. Atdığımız addımlar bu normaları pozmamalıdır”.
03 Aprel 2025 Putinin adamı ABŞ-a Trampı sakitləşdirmək üçün gedib
05 Mart 2025 Rusiyanın Səfəvilərdən tələb etdiyi hədiyyə və… xəyanəti
04 Fevral 2025 Türkiyəli məşhur müğənni Bakıya gəlir
15 Yanvar 2025 Azərbaycanlı tələbənin Türkiyədə kitabı nəşr edildi
09 Yanvar 2025 Daha bir Hollivud aktyorunun evi yandı
07 Yanvar 2025 Nicat Rəhimovun səhhətində problem yarandı - Video
27 Dekabr 2024 Tarkandan təyyarə qəzasına reaksiya
26 Dekabr 2024 Türkiyəli məşhurlardan başsağlığı paylaşımları
17 Dekabr 2024 Polad müəllimə dedim ki, bir biclik etmək olar... - Aqil Abbas
17 Dekabr 2024 2025: Yaşıl ilan ilində bizi nələr gözləyir?
16 Dekabr 2024 Dünyanın ən bahalı xəncəri: Sultan Şaha göndərəcəkdi - Foto
11 Dekabr 2024 Məhkəmə: O adamdan qan çıxmalı idi, buna icazəm var
10 Dekabr 2024 Xalq artisti mülki iddia qaldırdı: 450 min manat istəyir
09 Dekabr 2024 Nəsiminin Suriyadakı məqbərəsi - Yeni video
06 Dekabr 2024 Məşhur aşpaz həbs cəzası aldı
06 Dekabr 2024 Nazirliyin sabiq əməkdaşı ABŞ-da diaspor təşkilatı yaratdı
06 Dekabr 2024 Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını “mənimsədi”
05 Dekabr 2024 İlber Ortaylı xəstəxanaya yerləşdirildi
05 Dekabr 2024 “Vahid” serialdan gedir
05 Dekabr 2024 Sərdar Ortaç bu halı ilə sevənlərini üzdü - Foto
04 Dekabr 2024 Türk rejissor: Film çəkilişində Qarabağ qazisi gəldi ki…
20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında