“Nazirliyin fəxri ad verdiyi müğənnilərin səksən faizi oxuya bilmir”














“Tənqidlərimə görə üstümə hücumlar normaldı, həyatın qanunu belədir, həmişə işi bilənə yox, bilməyənə tapşırırlar”
Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev gənc müğənniləri tənqid etdiyi üçün ona qarşı hücumlardan danışarkən deyib. Ə.Mirəliyev bildirib ki, tənqid etdiyi müğənniləri oxuya bilmir və onun dediklərini də qəbul etmirlər:

“Tanıdığınız müğənnilərin səksən faizi oxuya bilmir. Mədəniyyət Nazirliyi çatana xalq artisti və ya əməkdar artist fəxri adı verirsə, axırı da belə olmalıydı. Başqa nə gözləyirdiniz ki? Tənqidlərimə görə üstümə hücumlar normaldı, həyatın qanunu belədir, həmişə işi bilənə yox, bilməyənə tapşırırlar. Bunlar da ki, bilməyənlərdir və çalışırlar ki, bilənin də ağzını yumsunlar. Hamısı yaxşı bilir ki, oxuyanlardan kim hansı gücə malikdir, oxuya bilirmi, Azərbaycan musiqisi onun səsində varmı və ya yoxmu, hamısını bilirəm. Sadəcə ARB TV kanalında işləyirəm, ora mənim ailəmdi, ordan maaş alıram və ona görə də çox dərinə gedə bilmirəm”.
 Söyüşlü videoya görə “Space” səs rejissorunu işdən qovdu, amma…














Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru işdən qovulub.

Həmçinin oxu: “Space”in efirindəki söyüş qalmaqalına görə sərt atdımlar atıldı: Qovulmalar, qadağalar…

Minval.info xatırladır ki, həmin videoda qeyri-etik ifadələrdən öncə müğənni Rəşad İlyasovun mikrofonun bağlı olduğu görünür. Belə ki, o, mikrofonunu işarə edəndən sonra sənətçinin səsi efirə verilir. Ardınca isə həmin etik olmayan kəlimələr efirdə dilə gətirilir.

*Qeyd edək ki, videoda yaş məhdudiyyəti tələb edən ədəbsiz ifadələr var. Bu sözlər efirdə yayımlansa da, biz oxucularımıza bir daha xəbərdarlıq edirik.

<iframe src='https://bax.tv/player/59256.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Fuad Əlişovun keçmiş xanımı: “Məni gah tərk ediblər, gah ağladıblar” – VİDEO















Aktrisa Sevinc Əliyeva şəxsi həyatından danışıb.

Musavat.com saytına açıqlama verən aktrisa bildirib ki, ikinci dəfə ailə qurmağı düşünmür:

“Uşaqlarım böyükdür, 10 il sonra qızımı ərə verəcəyəm. Bundan sonra ailə qurmağı düşünmürəm. 34 yaşım var, bir xanım kimi xoşbəxtəm. Məni uşaqlarımın xoşbəxtliyi xoşbəxt edir. Vacib deyil ki, ailə qurum. Düşünürəm ki, uşaq bir valideyn görməlidir. İkinci dəfə ailə qurmağı düşünmürəm”.

Sevinc keçmiş həyat yoldaşının sevgilisi ilə foto paylaşmasına da münasibət bildirib: “Fuadla münasibətlərimiz tam normaldır. Mən olmayanda o uşaqları dərsə aparır, o olmayanda mən aparıram. O ciddi adamdır. O heç vaxt göstəriş üçün, foto paylaşmaz. Ümumiyyətlə, heç nə etməz. O onun şəxsi həyatıdır, Fuada xoşbəxtlik arzu edirəm”.

Aktrisa yerli filmlərin keyfiyyətindən də danışıb: “Vaxt sıxlığından hamısını izləyə bilmirəm. Əvvəllər komediyalarımızı pisləyirdilər ki, yaxşı zarafatlar etmirlər. Amma zamanla o tənqidlər yığışdırıldı. Dram janrında çəkilən filmlərin sayı artdı. Bu da məni sevindirir. Xarici dram filmlərini tamaşaçı sevərək izləyir. Bizdə niyə olmasın? Hazırda tək problemimiz ssenari qıtlığıdır. Çox gözəl ssenarilər yazan gənclər var. Onların da əhatəsi geniş deyil ki, üzə çıxsınlar”.

S. Əliyeva mənfi qadın obrazını canlandırmaq istədiyini də bildirib: “Həmişə yazıq, yetim qızı oynamışam, məni gah tərk ediblər, gah ağladıblar. Deyirlər, məsum siman var, sənə müsbət obraz yaraşır. Deyirəm, məsum pis ola bilməz? Çox istəyirəm ki, mənfi qadın obrazını canlandırım”.
Hülya Avşarın yeni videosu yayıldı














Uzun müddət ekranlardan uzaq qalan Hülya Avşar sosial şəbəkədə yeni videosunu paylaşıb.
Avşar qızı bu dəfə rəqs etdiyi yerdə lentə alınan videonu izləyicilərinə təqdim edib. 55 yaşı olsa da, bədən quruluşu ilə cavan qızlardan seçilməyən Avşarın yeni videosu qısa müddət ərzində 200 mindən çox insan tərəfindən izlənilib.

Bir çoxları onun bu rəqsini bəyənib, bəziləri isə yaradıcılıq yenilikləri barədə sual ünvanlayıb.<iframe width="1223" height="480" src="https://www.youtube.com/embed/BzLXt4OZIdY" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Tolik “Azərbaycan gözəli” seçilən qız haqda — "Hansı "day-day"ın sifarişi ilə seçilir?"














Prodüser Tarix Əliyev (Tolik) "Azərbaycan gözəli-2019" yarışmasının qalibi Melissa Nuriyeva haqqında yazıb.
Publika.az xəbər verir ki, o, bu barədə özünün İnstaqram səhifəsində paylaşım edib.

"Azərbaycan gözəli"nin fotosunu paylaşan Tolik qeyd edib:

"Mən bu qızı tanımıram. Həyatı barədə də heç nə deyə bilmərəm. Amma mənə maraqlıdır. Bu xanımın özü nə düşünür, "Azərbaycan gözəli" adına layiqdirmi?
Rayonlarımıza elə qızlarımız var ki, silikon nədir, makiyaj nədir bilmirlər. Amma bu qızdan min dəfə gözəldirlər.

Bu yarışları keçirən insanların çoxu İnsan Alveri ilə Mübarizə İdarəsinə çağırılmalıdır ki, görək bu yarışları hansı kriteriyaya uyğun seçirlər, hansı "day-day"ın sifarişi ilə hansı sponsor seçir?"
“Hercai”nin final tarixi bəlli oldu














Reytinqləri alt-üst edən “Hercai” serialının final tarixi bəlli olub.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, serial 31 may tarixində hər kəsə şok yaşadacaq 12-ci bölümü ilə mövsüm finalına çıxacaq.

Qeyd edək ki, “Hercai” izləndiyi qədər tənqid də olunur.

Xatırladaq ki, Mardin sakinləri serialın istehsalçılarını məhkəməyə veriblər. Şikayətçilər ərizələrində ekran işində Mardinin atən-ənənlərinin yanlış formada göstərildiyini, oranın imicinə ziyan gətirdiyini önə sürüblər.
Bukmekirlər Azərbaycanı “Eurovision 2019″da 5-ci yerdə görür















Ötən gün “Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayevin müsabiqənin II yarımfinalında sonuncu, 18-ci çıxış edəcəyi məlum olub.
News24.az xəbər verir ki, üç həftə ərzində 1 milyondan artıq baxış toplayan “Truth” mahnısı haqda artıq bukmekerlər də fikir bildirib. Bukmekerlərin proqnozlarına görə, Azərbaycan yarışmanın 2-ci yarımfinalında 5-ci, finalda isə 12-ci yerdə qərarlaşa bilər.
“Eurovision” Mahnı Müsabiqəsinin fanatları da yarışma ilə bağlı öz ehtimallarını irəli sürüblər. “Eurovision” müsabiqəsinin müxtəlif ölkələrdən olan fan-klublarının (Ogae) səsverməsinə görə isə Azərbaycan təmsilçisi ilk onluqda ola bilər. 41 ölkənin yarışacağı müsabiqə ilə bağlı OGAE səsverməsinin maraqlı tərəfi odur ki, Ermənistan fanları da Azərbaycan təmsilçisi Çingiz Mustefayeva səs verib.
Qeyd edək ki, “Eurovision 2019” mahnı müsabiqəsi İsrailin Tel-Əviv şəhərində mayın 14-ü, 16-sı və 18-də baş tutacaq.

“Müğənnilər mahnıların sözlərinə görə həbs oluna bilər? – Hüquqşünas açıqladı – VİDEOLAR















Son günlər yeni bəstələnən mahnıların sözləri və musiqisi tez-tez müzakirə olunur. Musiqilərin bayağı və ya hind, fars ritmləri üzərində olması tənqid edilir. Gənclər arasında geniş yayılan və sevilən musiqili meyxanaların sözlərinin isə insanlara pis vərdişlər aşılaması gündəmdən düşmür Son olaraq, “Kazbek” mahnısı narkotik vasitələri təbliğ etdiyi üçün rezonans doğurub.

Səsləndirilən tənqidi fikirlərdən sonra mahnının ifaçısı “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilib.



Bu gün isə Sumqayıt Şəhər Məhkəməsində Abdullayevin işinə baxılıb. Məhkəmə V.Abdullayevin 30 sutka müddətində inzibati qaydada həbs edilməsinə qərar verib.

Oxşar hadisə ötən ilin sonlarında Türkiyədə baş verib. “Mary Jane” adlı mahnının ifaçısı Burry Soprano narkotik maddələri təbliğ etməkdə ittiham olunaraq, həbs edilib. Çünki jarqon dilində “Mary Jane” narkotik maddələrə deyilir.



Uzun illər müğənnilər əsasən siyasi motivli mahnılara görə təzyiqlərə məruz qalıblar. Bəs, qanunvericilik nə deyir? Mahnı sözünə görə şair, müğənni həbs oluna bilərmi?

“Müğənnilər mahnıların sözlərinə görə həbs oluna bilər? – Hüquqşünas açıqladı – VİDEOLAR


Musavat.com mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, insanlar qanunvericilikdə əməlinə görə məsuliyyət daşıyır: “Musiqiyə, sözə görə insanları məsuliyyətə cəlb etmirlər. Son günlər isə tənqid olunan mahnıda narkotikanın təbliğindən söhbət gedir. Bir tərəfdən biz orta məktəblərdə, ali təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizəni gücləndirir, maarifləndirmə işləri aparır, gənclərin narkotikdən uzaq olmasını təbliğ edirik. Digər tərəfdən isə narkotiki təbliğ edən mahnılar yayılır, narkotik vasitələr təbliğ olunur. Narkotikanın təbliği cəmiyyəti uçuruma aparır. Mahnıların sözləri, musiqisi qanunla qadağanı olunmayan fəaliyyəti əks etdirə bilər, burada hər hansı hüquqi məsuliyyətin yaranmasından söhbət gedə bilməz. Lakin həmin şəxslər həbs olunmasa da, onlara xəbərdarlıq edilə, fəaliyyətləri ilə bağlı tədbirlər görülə bilər. Əsasən, mahnı terrora, ayrı-seçkiliyə çağırış edərsə, bu zaman həmin mahnıları oxuyan şəxslər məsuliyyətə cəlb oluna bilər. Əxlaqa uyğun olmayan sözlərdən istifadə edən ifaçılar həbs olunmasa da, onlara xəbərdarlıq edilməlidir. “Kazbek” mahnısını oxuyan mahnının sözlərinə görə deyil, üzərindən narkotik maddə tapıldığı üçün saxlanılıb”.

Hüquqşünas əlavə edib ki, insanların əxlaqını pozan, onlara zərərli vərdişlər aşılayan mahnılar çoxalarsa, qanunvericilikdə bununla bağlı addımlar atılmalıdır: “Düşünürəm ki, bu cür mahnılar geniş vüsət alarsa, insanlara mənfi təsir edərsə, ənənələrimizə, mentaitetimizə əks olan addımlar atılarsa, bunun qarşısını almaq üçün hüquqi addımlar atıla bilər. Amma o addımlar hüquqi dəyərlərə zidd olmamıldır. Çünki biz beynəlxalq hüquq normalarını qəbul etmişik. Atdığımız addımlar bu normaları pozmamalıdır”.


Millət vəkili Qənirə Paşayeva qəhrəman şəhidimiz Əbdülməcid Axundov haqqında çəkilmiş “Mən səninləyəm, Ana Vətən” adlı bədii-sənədli filmin təqdimatında çıxış edib, televiziyalara, məktəblərə, hərbi hissələrə, iş adamlarına, təşkilatlara çağırış edib. Millət vəkili Qənirə Paşayeva çıxışında Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib. Q.Paşayeva vurğulamışdır ki, Əbdülməcid Axundovun ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Millət vəkili Q.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan bu cür filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Əbdülməcid Axundov kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmasının vacibliyini qeyd edib. Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirik deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri Əbdülməcid Axundov kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Tədbir çərçivəsində millət vəkili Q.Paşayeva aprel şəhidlərinin ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib. 
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=Jb3JK9dX4I0

Elariz ABŞ vətəndaşı oldu















Müğənni Elariz Məmmədoğlu ABŞ vətəndaşlığı alıb.

Bu barədə müğənni özü “Instagram” səhifəsində məlumat verib.

O bildirib ki, artıq ABŞ vətəndaşıdır.

Qeyd edək ki, Elariz bir müddət əvvəl “Greencard” udub.