Baltik dənizindəki sualtı kabellər aşındığı üçün qırılıb, burada heç bir "Moskva əli" yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Belə hadisələr ildə bir neçə yüz dəfə baş verir. Bəs nələr bu qəzalara səbəb olur? Gəminin lövbəri çəkməsi zamanı insan faktoru, sualtı qayığın yanlışlığı və sadəcə aşınma. Hər şeydə Moskvanın əlini axtarmaq olar, amma məntiq, faktlar və obyektiv məlumatlar var", - deyə diplomat vurğulayıb.