3 həftə əvvəl Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində həbs edilən Qafar Əkbəri istintaq təcridxanasında işgəncə verilməsi səbəbindən noyabrın 20-də həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, ağır vəziyyətdə Məlikan şəhərinin Sina xəstəxanasına köçürülən azərbaycanlı məhbusun bədənində çoxlu sayda işgəncə izi olub.
İnsan haqları təşkilatları bildirir ki, Əkbərinin yaxınlarının meyitdən paylaşdıqları fotolardan onun ayaq barmaqlarının dırnaqlarının çəkildiyi görünür.
Qeyd edək ki, Məlikan şəhərinin Yolqunlu kəndindən olan 48 yaşlı Qafar Əkbəri il yarım əvvəl baş vermiş qətl hadisəsində şübhəli şəxs qismində saxlanılmışdı.